Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) və Əlinin (ə) yaradılışı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə165/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   161   162   163   164   165   166   167   168   ...   227
AliMuhemmedin sirleri

Peyğəmbərin (s) və Əlinin (ə) yaradılışı
Əli ibn Əbu Talib ayağa qalxdı və dedi: “Ya Peyğəmbər! Mən kiməm
nəslimi və nəsəbimi söylə ki, camaat mənim səninlə olan yaxınlığımı bilsinlər”.
Peyğəmbər (s) buyurdu: “Ya Əli! Sən və mən Ərşin altında asılmış nur-
dan olan iki sütundan xəlq edildik. Məxluqlar yaradılmazdan iki min il əvvəl 
Məliki (Allahı) təqdis edirdilər. Sonra o iki sütundan ağ, bükülmüş iki məni 
yaratdı. Onları seçmə və şərəfl i sülblərdən pak və təmiz rəhmlərə nəql etdi. 
Yarısını Abdullahın sülbündə və yarısını da Əbu Talibin sülbündə qərar verənə 
qədər belə davam etdi. Onun bir parçası mən və bir parçası da sənsən. Bu, Al-
lahın həmin sözüdür: İnsanları sudan (nütfədən) yaradan, onları əvvəlcə 
əsl qohum və sonradan (kürəkən) qohumu edən Odur. Rəbbin qadirdir!”
1
İmam Əli (ə) Allahla bəndələri arasında bir səbəbdir
Ya Əli! Sən məndən və mən də səndənəm. Ətin ətimə və qanın qanıma 
qarışmışdır. Sən məndən sonra Allahla məxluqları arasındakı səbəbsən. Kim 
sənin vilayətini inkar etsə, özü ilə Allah arasındakı səbəbi (bağı) qoparmışdır 
və cəhənnəmin ən alt dərəcələrindən birində olacaq.
Ya Əli! Allah yalnız mənimlə və sonra səninlə tanınar. Sənin vilayətini in-
kar edən Allahı və Onun rübubiyyətini inkar etmişdir.
1
“Furqan” surəsi, ayə 54.


Ali-Muhəmmədin sirləri
209
Ya Əli! Sən məndən sonra Allahın yer üzündəki ən böyük əlaməti və 
qiyamətdə ən böyük rüknsən. Kim sənin kölgənə sığınsa, qələbə çalar. Çünki 
məxluqların hesabı sənə həvalə edilmişdir və sənə (vilayətinə) qayıdacaqlar. 
Mizan sənin mizanın, yol (Sirat) sənin yolun, (qiyamət) dayanacağı sənin da-
yanacağın və hesab sənin hesabındır. Sənə arxalanan xilas olar və sənə müxalif 
çıxan məhv və həlak olar. İlahi, şahid ol! İlahi şahid ol!”
Sonra Peyğəmbər (s) aşağı endi. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin