Ali-Muhammedin sirleri indd


Uca Allah Muhəmmədi (s) Əlini (ə) və İmamları (ə)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə167/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   163   164   165   166   167   168   169   170   ...   227
AliMuhemmedin sirleri

211
Uca Allah Muhəmmədi (s) Əlini (ə) və İmamları (ə) 
höccət seçmişdir
Bilin və agah olun ki, Allah bir dəfə yer üzünə nəzər saldı və onlardan 
iki nəfəri seçdi. O ikisindən biri mənəm. Məni nəbi və rəsul göndərdi. Digəri 
isə Əli ibn Əbu Talibdir. Mənə onu özümə qardaş, dost, vəzir, vəsi və xəlifə 
etməyimi buyurdu.
Bilin və agah olun ki, o, məndən sonra bütün möminlərin mövlasıdır. Al-
lah onu sevəni sevər və onun düşməninə düşmən olar. Onu mömindən başqası 
sevməz və ona münafi qdən başqası nifrət etməz. O, məndən sonra yer üzü-
nü saxlayan və sakitləşdirəndir. O, Allahın təqva sözü və qopmaq bilməyən 
möhkəm ipidir. “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. 
Allah isə - kafi rlərin xoşuna gəlməsə də - öz nurunu tamamlayacaqdır”.
1
Bilin və agah olun ki, Allah yer üzünə ikinci dəfə nəzər saldı və mənim 
Əhli-Beytimdən on iki nəfəri vəsi olaraq seçdi. Onları ümmətimin ən üstünü 
qərar verdi. Onlar bir-birinin ardınca göylərdəki ulduzlar kimidirlər. Nə vaxt bir 
ulduz batsa başqa bir ulduz doğar. Onlar hidayət olmuş və hidayət edən imam-
lardır, onlara hiyləgərin hiyləsi və alçaldanın alçaltması zərər verməz.
Onlar Allahın yer üzündəki höccətləri, məxluqları üzərində şahidləri, elmi-
nin xəzinədarları, vəhyinin tərcüməçiləri və hikmətinin mədənləridirlər. Onlara 
itaət edən Allaha itaət etmiş və onlara qarşı çıxan Allaha qarşı çıxmışdır. Onlar 
Quranla və Quran da onlarladır. Hovuzun başında mənimlə görüşənə qədər bir-
birlərindən ayrılmazlar.
Bu sözlərimi burada olanlar olmayanlara çatdırsın. İlahi, şahid ol! İlahi şa-
hid ol!” Bunu üç dəfə təkrarladı”.
1
“Saff” surəsi, ayə 8.


212
Suleym ibn Qeys Hilali
HƏDİS 46
Əbu Zər və Miqdadın dilindən Əlinin (ə) ən əzəmətli 
üstünlükləri
Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən nəql edir ki, Əbu Zərdən soruş-
du: “Allah sənə rəhm eləsin! Əli ibn Əbu Talib (ə) haqqında Peyğəmbərdən (s) 
eşitdiyin ən gözəl hədisi mənə söyləyə bilərsən?” 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin