Ali-Muhammedin sirleri indd


Məsumluq peyğəmbər və imamlara itaətin şərtidir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə181/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   177   178   179   180   181   182   183   184   ...   227
AliMuhemmedin sirleri

Məsumluq peyğəmbər və imamlara itaətin şərtidir
Yalnız Allaha, peyğəmbərinə və Allahın özünə yaxınlaşdırdığı əmrin sa-
hib lərinə İtaət etmək olar. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, 
Pey ğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”
1
 Peyğəmbər (s) 
məsum və pak olduğu üçün Allah ona itaət etməyi buyurur. O, əsla Allaha üs-
yanı əmr etməz. Allah əmr sahiblərinə də itaət etməyi buyurur. Çünki onlar 
günahsız və məsumdurlar. Əsla Allaha üsyanı əmr etməzlər”.
Əhli-Beytin (ə) yolu zəlalətdən nicat verir
Süleym deyir: “Əli ibn Əbu Talib (ə) Peyğəmbərin (s) söylədiklərini bitir-
dikdən üzünü mənə tutub dedi: “Bir zəlalət dəyirmanı mütləq olacaq. Üyütməyə 
başladıqda gözəl görünəcək. Gözəlliyi isə sərtliyindədir. Onun kütlənməsi isə 
Allahın üzərindədir.
1
“Nisa” surəsi, ayə 59.


Ali-Muhəmmədin sirləri
233
İtrətimin ən yaxşıları və əslimin ən təmizləri kiçik ikən insanların ən 
helmliləri, səbirliləri və böyük ikən də insanların ən alimləridirlər. Bilin ki, Al-
lah çətinlik və məşəqqət zamanlarını bizim vasitəmizlə rahatlığa çevirər, bizim 
əlimizlə yalanı dəyişdirər.
1
Bilin ki, biz Əhli-Beytin hökmü Allahın hökmündəndir və biz doğru 
söyləyənin sözünü eşitdik. Əgər bizim yolumuzu izləyib, yolumuz və izimizlə 
addım-addım getsəniz, bizim bəsirətlərimizə (dərin fi kirlərimizə) hidayət olar-
sınız. Əgər bizə müxalif çıxsanız həlak olarsınız. Əgər bizi nümunə götürsəniz, 
Allahın kitabına əsaslananlar olaraq bizi önünüzdə görərsiniz. Əgər bizə qarşı 
çıxarsanız, bununla yalnız özünüzə zərər yetirərsiniz.
Allah Əhli-Beytdən (ə) olan şahidlərdən zəmanələrinin 
insanlarını soruşacaq
Allah hər bir zamanda yaşayan insanlardan hesab soruşacaq və onların za-
manlarında bizdən onların üzərində şahid olanları çağıracaq. Kim doğru söyləsə, 
onu təsdiqləyəcəyik, kim yalan danışsa onu inkar edəcəyik. Peyğəmbər (s) qor-
xudan, hidayət edən, cinlərə və insanlara qiyamət gününə qədər göndərilən el-
çidir. Ondan sonra nəbi və rəsul yoxdur. Qurandan sonra da kitab enməyəcək.
Hər bir zamanda yaşayanlar üçün bir doğru yol göstərən, höccət və imam 
vardır. Onlara doğru yolu və dəlilləri göstərər, onları Rəblərinin kitabına və 
Peyğəmbərlərinin sünnəsinə istiqamətləndirər. Hər dəfə dünyadan ayrıldıqda 
yerinə özü kimi birini vəsiyyət edər. Onlar Quranla və Quran onlarladır. Ho-
vuzun başında Peyğəmbərə (s) qovuşana qədər onlar Qurandan və Quran da 
onlardan ayrılmaz.
Biz elə bir Əhli-Beytik ki, atamız İbrahim bizim üçün dua edib belə dedi: 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin