Ali-Muhammedin sirleri indd


Bəni-Abbas dövləti barədə xəbərlər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə199/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   195   196   197   198   199   200   201   202   ...   227
AliMuhemmedin sirleri

Bəni-Abbas dövləti barədə xəbərlər
Ey İbn Abbas! Həsən Kufədən bir neçə mindən
1
1 nəfər əskik adamla ya-
nına gələcək.
Ey İbn Abbas! Bəni-Üməyyənin hakimiyyəti bitdikdə ilk Bəni-Haşimdən 
hakimiyyətə gələcək ilk şəxs sənin övladlarındır. Onlar bəzi etdiklərini 
edəcəklər”.
İbn Abbas deyir: “O kitabın bir nüsxəsi mənim olsaydı, bu mənim üçün 
üzərinə günəş doğan hər şeydən daha sevimli olardı”.
1
Bu kitabın 30-cu hədisinə müraciət et.


260
Suleym ibn Qeys Hilali
HƏDİS 67
Cəməl savaşından sonra Əmirəl-mömininin (ə) Bəsrədəki 
xütbəsi
Süleym dedi: “Cəməl savaşında qələbə çaldıqdan sonra Əlinin (ə) Ziyad 
ibn Ubeydin evinə getdiyinin şahid oldum. Ev Peyğəmbərin səhabələrilə dolu 
idi. Onların arasında Əmmar, Əbu Heysəm ibn Teyhan, Əbu Əyyub və yetmiş 
nəfərə yaxın Bədr əhli də vardı. Evə sığışmayanlar isə həyətində toplaşmışdılar. 
Həmin vaxt bir kişi İmamın (ə) Şamdakı şiələrindən birinin məktubunu gətirdi: 
“Müaviyə camaatı döyüşə və Osmanın qanının intiqamına çağırır. Onları bu 
sözlərlə təşviq edir: “Həqiqətən Əli Osmanı öldürdü və qatillərini himayə etdi. 
O, Əbu Bəkr və Ömər haqqında tənəli sözlər danışır, özünün Peyğəmbərin 
xəlifəsi olduğunu və xəlifəliyə onlardan daha çox haqq sahibi olduğunu iddia 
edir”. Bu sözlərdən avam camaat və Quran əhli hiddətləndilər və onlardan az 
bir dəstə istisna olmaqla hamısı Müaviyənin ətrafında toplaşıblar”.
Xilafət barəsində Əmirəl-mömininin (ə) sözləri
Süleym deyir: İmam Əli (ə) Allaha həmd və səna etdikdən sonra dedi: 
“Peyğəmbərinin (s) vəfatından bəri bu ümmətdən nələr gördüm? Səhhakın oğlu 
və əshabı mənə qarşı yaşlı səhabəni qoydular və sonra da ona beyət etdilər. Mən 
həmin vaxt Peyğəmbərin (s) qüslu, kəfənlənməsi və dəfnilə məşğul idim. Hələ bu 
işləri başa çatdırmamışdım ki, onu beyət etdilər, mənim haqq və höccətim barədə 
ənsarla mübahisələrə başladılar. Allaha and olsun, o və ona yardım edənlər 
xəlifəliyin yaşlı səhabədən çox mənim haqqım olduğunu yəqin bilirdilər.
Onların yaşlı səhabənin ətrafında birləşib və məni tərk etdiklərini gördüyümdə 
onları Allaha and verdim və bəlkə islah olarlar deyə Fatiməni bir ulağa mindirib
iki oğlum Həsən və Hüseynin əlindən tutdum. Bədr müharibəsində iştirak edənlər, 
ənsar və mühacirlərin öndə gedənlərindən yardım istəmədiyim və köməyə çağır-
madığım bir kəs qalmadı. Haqqım barəsində onları Allaha and verdim. Dəvətimə 
cavab vermədilər və yardım etmədilər. Siz, ey Bədr müharibəsində iştirak 
edənlərdən burada olanlar, mənim haqdan başqa bir şey söyləmədiyimi bilirsiniz!
Onlar dedilər: “Ey Möminlərin əmiri! Doğru söyləyirsən! Bu əməlimizə 
görə Allahdan bağışlanma diləyir və tövbə edirik”.


Ali-Muhəmmədin sirləri
261
Əli (ə) dedi: “Camaat cahiliyyə dövrünə yaxınlaşmışdılar. Mən isə Muhəm-
məd (s) ümmətinin parçalanmasından və sözlərinin ixtilafından qorxdum. 
Peyğəmbərin (s) mənə olan əhdini xatırladım. Çünki onların edəcəklərini mənə 
öncədən xəbər vermiş və yardım tapsam onlarla döyüşməyi, əks təqdirdə isə əl 
saxlayıb canımı qorumağı əmr etmişdi.
Sonra yaşlı səhabə (xəlifəliyi) Səhhakın oğluna qaytardı. Allaha and olsun ki, 
o, xəlifəliyin Səhhakın oğlundan çox mənim haqqım olduğunu bilirdi. Ümmətin 
parçalanmasını istəmədiyim üçün beyət etdim, dinlədim və boyun əydim.
Sonra Səhhakın oğlu məni altı nəfərdən biri edib şuranın rəhbərliyini 
Əbdürrəhman ibn Ovfa tapşırdı. Əbdürrəhman isə Osmanla gizli görüşdü və 
özündən sonra xəlifəliyi ona verəcəyinə vəd alıb onu xəlifə etdi. Və mən yenə 
ümmətin parçalanma və ixtilafından çəkindim.
Sonra Osman İbn Ovfa xəlifəliyi vermədi. Ovfun oğlu da Osmandan uzaq-
laşdığını bildirdi, xütbə söyləyib başmağını çıxarar kimi onun beyətini boy-
nundan çıxardı. Bir müddət sonra Ovfun oğlu öldü və onun cənazə namazına 
Osmanın buraxılmamasını vəsiyyət etdi. Ovfun övladları onu Osmanın zə-
hərlədiyini güman etdilər.
Sonra Osman öldürüldü və camaat toplaşıb üç gün mənim haqqımda 
məşvərət apardılar. Ardınca yanıma gəldilər və öz istəklərilə, məcbur edilmədən 
mənə beyət etdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin