Ali-Muhammedin sirleri indd


Nicat tapacaq fi rqənin imamları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə30/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   26   27   28   29   30   31   32   33   ...   227
AliMuhemmedin sirleri

Nicat tapacaq fi rqənin imamları
Mən və məndən sonra qiyamətə qədər gələcək vəsilərim doğru yola 
yönəldilmiş hidayət edənlərik. Allah bizi Qurandakı bir çox ayədə Özünə və 
Peyğəmbərinə yaxınlaşdırmışdır. Bizi pak, tərtəmiz, günahsız və məxluqlarına 
şahid, yer üzündə höccət, elminin xəzinədarı, hikmət mədənləri və vəhyinin 
təfsirçiləri etmişdir. Quranı bizimlə, bizi də Quranla birgə qərar vermişdir. 
Peyğəmbər (s) söylədiyi kimi, hovuzu başında onunla görüşənə qədər Quran 
bizdən, biz də Qurandan əsla ayrılmarıq.
Bu yetmiş üç fi rqədən yalnız biri oddan, bütün fi tnələrdən, zəlalətdən və 
şübhələrdən nicat tapmışdır. Onlar doğurdan da cənnət əhlidirlər. Cənnətə sor-
ğu-sualsız daxil olacaq bu fi rqənin sayı yetmiş min nəfərdir.


Ali-Muhəmmədin sirləri
43
Qalan yetmiş iki fi rqənin hamısı haqdan kənar dinə yiyələnənlərdir və 
onlar Şeytanın dininin köməkçiləridirlər. (Elmlərini) İblisdən və dostlarından 
götürürlər. Allahın, elçisinin və möminlərin düşmənidirlər. Sorğu-sualsız oda 
girəcəklər. Allahdan və Peyğəmbərdən (s) uzaq düşmüş, Allahı və Peyğəmbərini 
(s) unutmuş, Allaha şərik qoşmuş və Ona küfr etmişlər. Bilmədikləri halda Al-
lahdan başqasına ibadət etmişlər. Onlar gözəl və xeyirxah işlər gördüklərini 
zənn edirlər. Qiyamət günü belə deyəcəklər: “Rəbbimiz Allaha and olsun ki
biz müşrik deyildik!”
1
, “Onlar sizə and içdikləri kimi, Allaha da and içəcək 
və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!”
2
Süleym dedi: “Ey Möminlərin Əmiri! Sizi imam bilməyən, lakin 
düşmənçilik etməyən, sizin düşmənçiliyi öz əqidəsinə çevirməyən, təəssüb 
çəkməyən, həmçinin sizin vilayətinizi qəbul etməyən və düşmənlərinizdən də 
uzaqlaşmayan şəxs haqqında rəyiniz nədir? O, bunları (imamətinizin haqq ol-
masını) bilmədiyini söyləyir və bu da həqiqətdir”.
İmam Əli (ə) buyurdu: “Onlar yetmiş üç fi rqəyə daxil deyillər. Peyğəmbər 
(s) yalnız haqq olduqlarını iddia edərək özlərini tanıtmış və camaatı öz dinlərinə 
dəvət edən yetmiş üç fi rqəni nəzərdə tutmuşdur. Onlardan yalnız biri Rəhmanın 
dini üzərində, yetmiş ikisi isə Şeytanın dinindədir. Onu qəbul edənləri dost tutar 
və düşmənçilik edənlərdən uzaqlaşarlar.
Amma Allahı yeganə bilən və Peyğəmbərinə (s) iman gətirən, amma bizim 
vilayətimizi və düşmənlərimizin zəlalətini bilməyən, bizə qarşı düşmənçiliyi 
olmayan, bir şeyi halal, ya da haram etməyən, bilmədiyi halda barəsində ixtilaf 
olmayan Allah hökmlərinə əsaslanan şəxs nicat tapar.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin