«Fədakarlığın bəhrəsi»
Şiə məzhəbinin fəxri, zöhd və təqvasıyla məşhur olan mərhum Müqəddəs Ərdəbili ( vəfatı 993 q.) bahaçılıq və qıtlıq ilərində öz malını kasıb və yoxsullar arasında bölüşər, özünə isə ancaq bir fəqirin payı qədər götürərdi.
İllərin birində yenə bu işi təkrarlayarkən arvadı bu işdən narahat olub dedi:
Bizim malımızı fəqirlərə paylayır, amma öz övladını ac qoyursan?
O, arvadının bu sözünə etiraz etmədən etikaf etmək üçün Kufə məscidinə getdi. Etikafın ikinci günü bir kişi müəyyən qədər əla növ un və buğdanı Ərdəbilinin mənzilinə gətirib dedi:
Bunları ev sahibi göndərdi və özü isə Kufə məscidində etikaf saxlayır. Halbuki mərhum Ərdəbili bundan xəbərsiz idi. Etikafdan sonra bu məsələdən agah olduqda başa düşdü ki, bu Allah-taala tərəfindən bir mərhəmət imiş və buna görə də Allaha həmd-səna etdi.2
Dostları ilə paylaş: |