«Burada böyük bir şəxs öldürüləcək»
Şeyx Bəhayidən belə nəql olunur:
Günlərin bir günü İkinci Şəhid ilə atam Şeyx Hüseyn ibn Əbdüssəməd Harisi Meditəranənin sahilindən ötüb keçirmişlər. Zeynəddin ibn Əli Amuli sonralar qətlə yetiriləcəyi məkana çatdığı zaman, birdən onun çöhrəsinin rəngi dəyişir. Sanki gözlənilməz, qəfil bir hadisəylə üzləşir. Atam ondan narahat olmasının səbəbini soruşduqda, belə deyir:
Bu yerdə böyük bir şəxs öldürüləcək.
Bir müddət keçəndən sonra o, həmin yerdə şəhid edilir. 1
Dostları ilə paylaş: |