AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə87/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   83   84   85   86   87   88   89   90   ...   134

«Xalis incilər silsiləsindən»


Ariflərin imamı Əli (əs) buyurur: “Elm çaya, hikmət isə dəryaya bənzər. Alimlər çayın ətrafında hərlənərlər, hükəma dəryanın ortasında qəvvaslıq edərlər. Amma ariflər nicat gəmilərində seyrə çıxarlar.

«Ora sənin yerin deyil»


Məhəmmədtəqi Bafqinin qardaşı Qaimi Bafqi hekayət edir:

Qardaşım Məhəmmədtəqi dəfələrlə İmam Zamanla görüşmüşdür... Bir gün Nəcəfdən səkkizinci məsum imam Həzrət İmam Rizanı (ə) ziyarət etmək üçün Məşhəd səfərinə çıxır. İraq sərhəddini keçib İranın qərb sərhədlərinə daxil olanda görür şiddətli qar yağır. İlam əyalətinin dağlarını, dərələrini qar ağ yorğana bürüyüb və hava bərk soyuqdur.

Yol üstündə bir çayxanaya yetişir. Öz-özümə deyir: Havanın bu soyuğunda, bu saatda dağı aşıb keçmək çətin olacaq, yaxşısı budur bu gecəni burada keçirim, səhər açılanda Allahın köməkliyi ilə dağı keçərəm.

Bu niyyətlə çayxanaya gedir. Görür çayxanada bir dəstə yerli kürdlər qumar oynayır, yaramaz işlərlə məşğuldurlar. Fikrə dalır ki, gecəni burada necə keçirəcək. Əgər onlara nəsihət etməyə başlasa, qara qəlblərinə təsir etməyəcək, əgər sussa, bir şey deməsə, oturub günaha tamaşa etsə, bu da ona çox çətin olacaq.

Bu əndişədə çək-çevir edirkən ucadan bir səs eşidir:

Məhəmmədtəqi, gəl.

Səsin ardınca çölə çıxır, görür çayxananın kənarında, yaxınlıqda yamyaşıl yarpaqları göz oxşuyan, təravətli bir ağacın altında çöhrəsindən nur yağan, hörmətli izzətli bir şəxs əyləşib. Salam verir. Həmin şəxs ehtiram, məhəbbətlə salamın cavabını verib deyir:

Ora sənin yerin deyil, gəl mənim yanıma!

Məhəmmədtəqi həmin ağacın altında, o şəxsin yanında əyləşir, görür nəsə burada başqa bir aləm var. Havanın belə soyuğunda ağacın altında ürəkaçan bahar havası hiss edir. Gecəni o şəxsin yanında qalır və onun mərifət xəzinəsindən, elm bağçasından bəhrələr götürür.

Səhər, sübh namazından sonra o şəxs buyurur:

Şeyx Məhəmmədtəqi! İndiki hava işıqlandı, yolumuza düzəlsək yaxşıdır.

Yola düzəlib getməyə başlayırlar. Bir az yol getdikdən sonra Ayətullah Bafqi anlayır ki, böyük bir iftixara nail olmuş və misilsiz bir feyzə çatmışdır. Həmin şəxs bu anda təbəssüm edib deyir:

Bilirəm ki, artıq məni tanıdın, indi ayrılmaq vaxtıdır. Sağollaşır ki getsin, Bafqi narahat olur, iltimas edib deyir:

Ey mənim mövlam, icazə verin sizin yanınızca gəlim.

Həzrət deyir:

Yox! Siz mənimlə gələ bilməzsiniz.

Bafqi soruşur:

Bəs bir də sizi nə vaxt görə biləcəm?

Həzrət cavab verir:

Həmin səfərinizdə iki dəfə yenə sizinlə görüşəcəm − Bir dəfə Qumda, və bir dəfə də Səbzivarda.

Bunu deyib nəzərindən qeyb olur.

Ayətullah Bafqi görüş şövqü ilə Quma kimi qərar tuta bilmir. Quma daxil olandan sonra üç gün ziyarət və görüş üçün orada qalmalı olur. Amma nədənsə gözlədiyi kimi olmur. Qəmli, fikirli halda Xorasana tərəf hərəkət edir. Bir ay yol gedəndən sonra Səbzivar torpağına qədəm basır. Yol gedə-gedə fikirləşir: Pərvərdigara! Axı necə oldu ki, nə Qumda həzrəti görə bildim, nə də burada? Niyə o həzrətin vədəsi düz çıxmadı?

Bu xəyalda ikən birdən qulağına at nalının səsi gəlir. Dönüb baxır, görür ki, həzrət vüqarlı halda atın üstündə onun kənarında durubdur. Salam verir. Söhbət əsnasında deyir:

Ey ağam! Siz mənə vədə vermişdiniz ki Qumda sizi bir daha görəcəyəm, amma deyəsən bu səadət mənə nəsib olmadı, niyə?

Həzrət buyurur:

Yox, elə deyil. Mən gəlmişdim, siz həzrət Məsumənin hərəmindən çölə çıxmışdınız. Bir nəfər Tehranlı qadın sizdən bir məsələ haqqında soruşurdu, siz də başınızı aşağı salıb onun sualına cavab verirdiniz. O vaxt mən sizin kənarınızda durmuşdum, siz diqqət etmədiniz.1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin