Allaha iman



Yüklə 1,29 Mb.
səhifə5/32
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#842
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   32
2-Məntiqi cəhətdən

Məntiqi baxımdan isə hissi və eksperimental nəzəriyyə tam yeni bir cərəyan yaratdı. Bu nəzəriyyənin əsas şüarı budur:

Məfhumu təcrübə və eksperiment yolu ilə isbat olunmayan cümlə mənasız kəlamdır. Bu cümlənin rolu, pərakəndə vəziyyətdə heç bir hədəf və məqsəd olmadan bir-birinin yanına düzülən hərflərin rolu kimidir. Amma məzmunun doğru və ya yalan olmasının isbat edilməsi mümkün olan cümlənin mənası vardır. əgər insan belə cümlənin məzmununu reallıqla uyğun olmasını təsdiq etsə, deməli, düzgün və doğru bir cümlədir, əks halda isə yalan cümlə sayılır.

Məsələn: Qışda yağış yağır cümləsi həm məna, həm də məzmun baxımından doğru cümlədir. Lakin yayda yağış yağır cümləsi mənalı olmasına baxmayaraq, məzmununa görə yalan cümlə sayılır. Amma əgər Qədr gecəsində asimandan hiss olunmayan, gözlə görünməyən bir şey nazil olur deyilsə, doğru və ya yalan olmasını nəzərə almasaq da belə, mənasız bir cümlədir. Çünki, eksperiment və hiss vasitəsi ilə onun məzmununun isbat olunması, doğru və ya yalan olmasını bəyan etmək qeyri-mümkündür. Deyz4 Qədr gecəsində nazil olmuşdur, cümləsi mənasız olduğu kimi, bundan əvvəlki cümlənin də mənası yoxdur. Eləcə də, deyz vardır cümləsinin mənası olmadığı üçün, Allah vardır cümləsi də mənasız sayılır, çünki, Allahın varlığı hiss və eksperiment yolu ilə dərk olunmur.

Bu kimi məntiq də, onda olan ümumilik səbəbi ilə paradoksla (tənaqüzlə) qarşılaşdı. Çünki, bu qaydanın özünü də birbaşa hiss yolu ilə isbat etmək olmur və bəyan etdiyi məfhumun hökmünə görə mənası olmayan bir sözdür. Çünki, bu məntiqin bəyan etdiyi hər cümlənin məfhumu hiss və təcrübə yolu ilə sübuta yetməzsə, o, mənasızdır kəlamı ümumi bir qanunu bəyan edir. Digər tərəfdən, hiss özü də cüzi və məhdud bir çərçivədə olan vəziyyət və halətlərə şamil olduğundan, heç bir külli və ümumi hökm hiss çərçivəsində həsr olunmamalıdır.

Beləliklə, bu məntiqi hərəkat da axırda öz-özlüyündə paradoksal nəticə ilə qarşılaşır (və öz mahiyyətini itirmiş sayılır). Bu həm də, alimlərin varlıqları izah etmək istədikləri bütün ümumi qanunlarla da ziddiyyət təşkil edir. Çünki, hansı növdən olmasından asılı olmayaraq, ümumilik məsələsi birbaşa hiss olunmur, yalnız məhdud və müəyyən varlıqların əlamət və əsərlərindən ümumi bir nəticə kimi alınır.5

Xoşbəxtlikdən, elm özünün kəsilməz təkamülü yolunda bu qəbildən olan fikir cərəyanlarından və təmayüllərdən təsirlənməmiş və kainatın sirlərini kəşf etməkdə özünün həmişəki metodunu davam etdirmişdir. Elm öz işini həmişə eksperimental təcrübədən başlayır, lakin özünü məntiqi və fəlsəfi cərəyanların yaratdığı bu məhdud və şərti keçidlərdə saxlamır. O, təbii hadisələri izah etməkdə əqlin fəaliyyətindən bəhrələnir, onları ümumi bir qanun çərçivəsində qərar verərək, varlıqların arasında olan qarşılıqlı asılılıq və əlaqələri kəşf edir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin