Аллаһын елчиси


RəSULULLAH (S) Və DÖZÜMLÜLÜK



Yüklə 1,51 Mb.
səhifə29/40
tarix21.10.2017
ölçüsü1,51 Mb.
#8879
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

RəSULULLAH (S) Və DÖZÜMLÜLÜK


Böyük ilahi məqsədlərə çatmaq üçün çətinliklərə dözmək lazım gəlir. Haqq qüvvələri ilə qarşı-qarşıya daim şeytan qüvvələri səf çəkib dayanır və ilahi məqsədlərə mane olur. «Elə bir peyğəmbər göndərmədik ki, Şeytan onun istəkləri qarşısında mane yaratmasın» («Həcc» 52). Peyğəmbərin arzusu xalqın hidayətidir. Şeytan bu arzu qarşısında müxaliflik edir və insanlar çaşqınlıq yaratmağa çalışır. Bu daim insan və cin şeytanların hədəfi olub. Bu fitnələrə qarşı çıxmaq üçün mübariz və möhkəm bir ruhiyyə lazımdır. Düşmənin mədəni, təbliği və nizami hücumları qarşısında möhkəm dayanmaq, çətinliklərdən qorxmamaq gərəkdir. Düşmən ifşa edilməli, onun fitnələri öz əleyhinə tamamlanmalıdır. Dinin yüksəliş haqq qüvvələrin fədakarlığı ilə mümkündür.

Peyğəmbər (s) Mədinəyə hicrət edəndə müsəlmanlar qüdrətə çatdılar. Onun göstərişi ilə əbu Süfyanın ticarət karvanını tutmaq üçün Mədinədən çıxdılar. Burada məqsəd ələ qənimət keçirilməsi idi. Lakin Allah-taala elə müqəddər etdi ki, müsəlmanlar Məkkədən karvanı qarşılamaq üçün gəlmiş silahlı dəstə ilə qarşılaşdılar və vuruş başladı. Bu vuruşda müsəlmanlar əzəmətə çatdılar və əbu Cəhəl, Utbə, Şəybə kimi Qüreyş başçıları xar oldular. Təqribən yetmiş nəfərin ölümü və bir o qədərin də əsir olması ilə kafirlər acı bir məğlubiyyətə uğradılar.

Peyğəmbər (s) və müsəlmanların bu fədakarlığı islamın əzəmətinə və haqqın qələbəsinə səbəb oldu. Allah-taala cəbhədə mətanət ətası ilə dinə yardım edir. «Yada sal o zamanı ki, Allah iki karvandan birini sizə verdi. Siz silahsız bir karvanla qarşılaşmaq istədiniz. Lakin Allah haqqı möhkəmlətmək kafirlərin kökünü qorparmaq istədi» («ənfal» 7). Ona görə də sizi silahlı karvanla qarşılaşdırdı. Allah-taala mö’cüzə ilə də kafirləri məhv edə bilərdi. Lakin insanların imtahanı üçün bu iş onların əli ilə həyata keçməli və onların dözümlülüyü aşkara çıxmalıdır. Din haqq qoşununun dözümü ilə əbədidir. «əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, sövmələr, kilsələr, bədlər, Allah adı zikr edilən məscidlər uçulub dağılmışdı» («Həcc» 2).

Din müdafiə və cihadla möhkəmlənər. Qur’an düşmənlə qarşılaşmaq üçün möhkəm dözümlü olmağı tapşırır. Dözümlülük olmasa, ilahi hədəflər həqiqətə çevrilməz. «Polad iradəli peyğəmbərlər kimi səbr et» («əhqaf» 35). «Mə’mur olduğun kimi müqavimət etməlisən» («Hud» 11-ci cild).

Rəsulullah (s) Allahın göstərişi ilə ilahi məqsədlər uğrunda o qədər mübarizə apardı ki, ondan tez qocalmasının səbəbi soruşulanda buyurdu: «Hud» surəsinin müqavimət göstərişi verən ayəsi və «Vaqeə» surəsi məni qocaltdı. («Nurus-səqəleyn» 2-ci cild). Həzrətin (s) həyatı və mübarizəsi hamı üçün haqq yolda mübarizə dərsidir. Rəsulullah (s) düşmənin fitnələrinə, yeni quruluşun çətinliklərinə, cəbhə və cihadın çatışmazlıqlarına, yaxınlarının ölümünə, vətənin fərağına o qədər dözdü ki, dözümün fövqünə yetdi. Bu Qur’anın göstəriş verdiyi həmin gözəl səbrdir. «Kafirlərin əziyyətlərinə mətanətlə səbr et» («Məaric» 5).

RəSULULLAH Və FəDAKARLIQ (TəHLÜKəLəRİN QəBULU)


Böyük məqsədlər yolunda böyük də təhlükələr olur. Bir qism insanlar bu təhlükələrdən qorxurlar. Təhlükələr qoynunda böyümüş cəsur insanlar isə böyük və təhlükəli məs’uliyyətləri qəbul edirlər. Hədəflər böyüdükcə təhlükələr də böyüyür. Peyğəmbərlər cəmiyyətdə ən böyük e’tiqadi və ictimai-siyasi dəyişikliklər yaratmışlar. Sözsüz ki, ən böyük müxalifliklər və vuruşmalar da onların qarşısına çıxmalı idi. Çiynində bəşəri risalət yükü olan peyğəmər e’tiqadi və siyasi yönümdən dərin dəyişikliklər həyata keçirdi. Bu yolda böyük təhlükələrlə qarşılaşdı. Məkkədəki on üç ildə düşmənin istehza və acı sözlərindən əlavə «Ləylətül-mobit» kimi bir fitnən peyğəmbəri izləmişdi. Həzrət (s) bütün bunlardan qorxmadı.

Mədinədə olduğu on ildə şəxsən başçılıq etdiyi 27 və 50 döyüş baş verdi. Özünün başçılıq etdiyi bə’zi döyüşlər xüsusi ilə təhlükəli idi. Bədr, Ühüd, əhzab, Xeybər, Hüneyn kimi döyüşlərdən həzrətin (s) mətanəti və ətrafdakıların vəfadarlığı olmasaydı, yeni yaranmış islam cəmiyyəti süqut edə bilərdi.

Həzrət (s) Allahın buyurduğu ilə ən qorxulu təhlükələri də qəbul etməli idi: «Allah yolunda vuruş, səndən başqası bu işə vəzifəli deyil» («Nisa» 84). «Həzrət (s) özündən əvvəl özündən sonra kimsənin məsul olmadığı bir vəzifəyə məsul oldu» («Nurus-səqəleyn» 1). Çünki kimsə bəşəri bir risalətə məs’ul olmamışdır. Elə ona görə də ən böyük təhlükə ilə qarşılaşmalı idi. O, adi bir qoşun başçısı deyildi ki, kənarda dayanıb əsgərlərə «irəli» əmrini versin. O, döyüşün ən qanlı ocaqlarında düşmənə qarşı şəxsən döyüşürdü.

O, cəbhənin ön xəttində idi. Öz şücaətləri ilə düşməni qorxudan mübarizlər çətin məqamlarda həzrətə sığınırdılar. Əli (ə) buyurur: «Elə ki, düşmənlə üz-üzə gəldik döyüş çətinləşdi, həzrətə sığınırdıq». Bədr, Hüneyn, Xeybər fatehi əli (ə) e’tiraf edən zaman digər döyüşçülərin halı aydın olur. Bir həqiqət aydın olur ki, heç bir insan ilahi məqsədlərin həyata keçməsində peyğəmbər tək özünü təhlükəyə salsın.



«ən çətin günlərdən olan Bədr günündə biz peyğəmbərə sığınardıq və o, düşmənə hamıdan yaxın olardı». «Düşmənlə üz-üzə dayananda və döyüş qızışanda peyğəmbərə sığınardıq, düşmənə ən yaxın peyğəmbər olardı».

Ühüd döyüşəndə peyğəmbərin əmrindən çıxandan sonra əksər müsəlmanlar qaçdılar. Peyğəmbərin ətrafında çox az adam qaldı. «Müsəlmanların məğlub olduqları bu döyüşdə peyğəmbər və onun ətrafında əli, Təlhə, Zübeyr qalmışdı». («Tarixe Yə’qubi» 1). Cəmiyyətdə böyük ilahi məqsədləri həqiqətə çevirən peyğəmbərin fədakarlığı idi. Bu fədakarlıq o qədər tə’sirlidir ki, misli görünməmişdir. Bu həmin cahil bütpərəst və alçalmış müvəhhid xalqdan tərbiyələnmiş üsul idi. Peyğəmbərin özünü təhlükəyə atması haqq yolda dözüm göstərən ardıcıllar üçün nümunə idi. «Məhəmməd Allahın elçisi və onun tərəfdarları kafirlərə qarşı barışmazdır».

əlbəttə ki, özünü təhlükəyə salmaqla yanaşı həzrət qorunma tədbirləri də görürdü. Çünki peyğəmbər kimi bir şəxsiyyətin vücudu düşmənin süqutu və haqqın qələbəsi üçün olduqca dəyərli idi. Bu qorunma həm də başqalarına lazım idi. Təhlükəni qəbul etmək dedikdə nəzərdə bu tutulur ki, şücaətli ruhiyyə ilə qəti mövqeyə malik idi və öz mövqeyinin təhlükələrini qəbul edirdi. Bununla yanaşı düşmənin ona qarşı fitnələrindən həmişə xəbərdar idi.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin