Kəskin posthemorragik anemiya Kəskin posthemorragik anemiya-qanın əhəmiyyətli miqdarda qısa müddətə itirilməsidir.Bu anemiyanın əsasında iki başlıca faktor durur:
dövr edən qanın ümumi həcminin azalması kardiovaskulyar şok və kollaps yaradır.
dövr edən eritrosit kütləsinin azalması nəticəsində toxumaların oksigenlə təchizatı pozulur.
Etiologiya.Kəskin qanaxmaların səbəbi travmalar, əməliyyat zamanı və əməliyyatdan sonrakı qanaxmalar, doğuş travmaları, cift və göbək ciyəsi damarlarından qanaxmalar, mədə-bağırsaq sistemindən qanaxmalar (xora, xoralı kolit, şiş və s.), uşaqlıqdan kənar hamiləlik, vərəm və bronxoekta-ziyalar, menometrorragiya, doğuşdan sonra qanaxmalar, hemorragik diatezlər və s. ola bilər.