Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə22/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   129
Patogenez. Xronik xəstəliklər anemiyasının yaran­ma­sının əsas patogenetik me­xa­nizm­lərinə aiddir.

  1. Eritropoezin pozulması

  • eritropoez inhibitorları aktivlənir

  • sitostatik və ya radioaktiv şüalanma nəticəsində erit­ropoezin inhibasiyası

  • şiş hüceyrələri tərəfindən eritronun sümük iliyindən sı­xış­dırılıb çı­xa­rıl­ma­sı

  1. Eritrositlərin yaşama müddətinin qısalması

  • DDL sindromunda damardaxili hemoliz

  • autoimmun hemoliz

  • qanitirmə

  1. Dəmir mübadiləsinin pozulması

  • qeyri-eritroid hüceyrələr və bakteriyalar tərəfindən də­mirə olan tələbatınartması

  • makrofaqlardan xaric olan dəmirin eritroid hücey­rə­lə­rə ötürülməsinin pozulması

  1. Eritropoetinin hasilatı azalır, eritroid sələf hü­cey­rə­lə­rin EPO həssaslığı artır.

Hemoqlobinin səviyyəsinin azalması əsas xəstəlikdən, ilti­habi proseslərin ağır­lı­ğın­dan asılıdır. İnfeksion xəstəliklər za­manı iltihabi prosesin aktiv dövründə həf­tədə 18 q/l he­mo­qlobin azalır. Müəyyən bir səviyyədən sonra (90 q/l) he­moq­­lo­bi­nin azal­ma­sı dayanır. Epidemioloji müayinələr göstərdi ki, xroniki ürək çat­ışmaz­lı­ğın­da ya­ra­nan anemiyaya səbəb böyrək disfunksiyası, iltihab və eritropoetinə olan re­zis­tent­lik­dir. Bağırsaqlarda sorulmanın azalması, daima aspirin qəbulu və protenuriya də­mir de­fisitli anemiya yaradır. Xroniki böyrək çatışmazlığında anemiyaya səbəb ilk növ­bə­də eritro­poezin inhibasiyasıdır. Eyni zamanda xəstə hemodializ müa­licəsi alır­sa, təd­­ricən qanitirmə nəticəsində dəmir defisiti yaranır. Hər hemodializ pro­se­si­nin so­nun­da analizatorda 10-15 ml qan qalır. Hər bir xəstə həftədə 30-45 ml, ayda isə 120-180 ml qan itirir. Eyni zamanda mütəmadi olaraq müa­yinə üçün götürülən qan da nə­zərə alınmalıdır. Xroniki böyrək çatışmazlığında anemiyaya digər bir səbəb də DDL sind­romu və onun yaratdığı qanaxma və damar daxili hemolizdir.

Klinika. Xroniki xəstəliklər anemiyasında spesifik kli­ni­ka yoxdur. Anemiyanın ge­dişatı əsas xəstəlikdən asılıdır. Hemoqlobin adətən 100 q/l-dən aşağı olmur. Lakin xro­­niki böy­rək çatışmazlığında hemoqlobin 30-40 q/l-dən də az ola bilər. Xəs­tə­lər­də sideropenik sindromlar olmur.

Xroniki xəstəliklər anemiyası üçün xarakter əlamətlər:



  • mülayim dərəcəli normositar normoxrom və ya hi­po­xrom anemiya

  • anemiya proqressivləşmir, əlamətləri əsas xəs­təlikdən asılı olur

  • trombositopeniya, leykopeniya olmur, normal və ya yün­gül retikulositoz olur

  • eritrositlərin yetişmə sürəti zəifləyir, yaşama müd­dəti bir qədər qısalır, sümük iliyində tərkibində dəmir olan makrofaqların miqdarı normal olur və ya artır. Sideroblast­larin miqdarı azalır və ya təyin olunmur

  • qanda eritropoetinin səviyyəsi normal olur və ya bir qədər artır, B12 və fol turşusunun miqdarı isə normal həddə olur

  • zərdabda dəmirin miqdarı azalır, doymamış trans­ferrinin konsentrasiyası artır

  • zərdabda ferritinin miqdarı normal olur və ya artır. Qan zərdabının ümu­mi dəmir birləşdirmə qabiliyyəti aza­lır. Sümük iliyində dəmir ehtiyatı ar­tır


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin