irsi hemolitik anemiya Eritrosit metabolizminin irsi patologiyası olanqlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı daha geniş yayılmış fermentopatiyadır. Qlükoza-6-fosfatdehidrogenaza fermenti 1950-ci ildə Amerikada malyariya əleyhinə primaxin qəbul edən və nəticədə hemolitik kriz keçirən qara dərili əsgərdə aşkar olunmuşdur.
1955-ci ildə E. Beutler et al. yazırdı ki, dərman qəbulundan sonra hemolitik kriz yaranan xəstələrin eritrositlərində iri Heinz cisimcikləri əmələ gəlir. Kecmişdə kriz keçirmiş xəstənin qanını in vitro asetilfenilhidrazinlə inkubasiya etdikdən sonra yenidənçox miqdarda Heinz cisimcikləri yaranır və bərpa olunan qlütationun miqdarı azalır.