Eritrositlərdə piruvatkinaza fermentinin
aktivliyinin çatışmazlığı zamanı yaranan irsi
hemolitik anemiya
Eritrositlərdə piruvatkinazanın aktivliyinin pozulması ilə şərtlənən irsi hemolitik anemiya digər anemiyalarla müqayisədə az rast gəlinən formadır. Xəstəlik autosom-resessiv şəkildə irsə verilir. Qlikoliz prosesinin pozulması ilə şərtlənən hemolitik anemiyalarin 95%-ni piruvatkinaza patologiyası təşkil edir.
Xəstəlik haqqında ilk dəfə 1961-ci ildə K.R. Tanaka, W.N. Valentine və S. Miva məlumat vermişdilər. Bu xəstəlikdən əziyyət çəkənlər Şimali Avropa əhalisidir. Lakin piruvatkinaza fermentinin irsi defisiti yaponlar, italyanlar, meksikalılar, suriya ərəbləri, eyni zamanda Afrikanın qara dərili əhalisi arasında da aşkar olunub. Xəstəliyin heteroziqot daşıyıcıları praktik sağlam insanlardır. Bu insanlarda fermentin aktivliyi normanın 50-70%-ni təşkil edir.
Dostları ilə paylaş: |