Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə40/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   129
B12 vitaminin defisiti zamanı

yaranan anemiya
B12 defisitli anemiya ilk dəfə olaraq 1849-ci ildə Lon­don­dan həkim Thomas Ad­dison (1796-1883), 1872-ci ildə isə Sürixdən həkim Antoine Biermer (1827-1892) tə­rəfindən yazılıb, pernisioz və ya bədxassəli anemiya adlandırılıb.

1870-ci ildə Londonda Samuel Fenvick adlı həkim perni­sioz anemiyadan və­fat et­miş xəstədə autopsiya zamanı mədə­nin selikli qişasının atrofiyasını müəy­yən edir.

1880-cı ildə məşhur alman həkimi bakterioloq, biokim­yaçı Paui Ehrlich (1854-1915) belə xəstələrin sümük ili­yində özünəməxsus quruluşlu iri hüceyrələr aşkar etdi. O, bu hüceyrələri meqaloblastlar adlandırdı.

1923-cü ildə O. Naeqeli pernisioz anemiyalı xəstələrdə neytrofillərin hi­per­seq­mentasiyasını aşkar etdi.

XX əsrin əvvəllərinə qədər pernisioz anemiya müalicə olunmayan xəstəlik hesab olunurdu. Xəstələrin hamısı bir neçə ildən sonra tələf olurdular. Lakin birbaşa per­ni­sioz ane­mi­ya ilə əlaqədar olmayan bəzi tədqiqatlar nəticəsində xəstəliyin patogenezi və müalicəsi istiqamətində müsbət irəliləyişlər əldə olundu.

1922-ci ildə George Wipple bir qrup it üzərində təcrübə apardı. O itlərdə qan­bu­rax­ma vasitəsi ilə posthemorragik anemiya yaratdı və onları mal əti, malın daxili or­qan­ları ilə qidalandırmağa başladı. Həm ətin, həm də daxili orqanların tərkibindəki də­mirin hesabına heyvanlarda hemoqlobinin səviyyəsi normallaşdı. Məlum oldu ki, qa­­ra ciyərlə qidalanan itlərdə hemoqlobin daha tez bərpa olunub. Bu qara ciyərin tər­ki­bin­də dəmirin nisbətən çox olması ilə izah edildi.

George Minot və Villiam Murphy bu təcrubədən istifa­də edərək çiy qara ci­yər­lə müx­təlif tipli anemiyaları müalicə etməyə başladılar. Lakin gözləmədikləri hal­da per­ni­sioz anemiyalı xəstələrdə də müsbət effekt alindı. Müəlliflər 1926-cı ildə bu elmi nə­ticəni çap etdirdilər. 1934-cü ildə isə George Minot, Villiam Murphy və George Wipple pernisioz anemiyanın müa­li­cə­sin­də əldə etdikləri nailiyyətlərə görə tibb və fi­­ziologiya sahəsində Nobel mükafatına layiq görüldülər.

1930-cu ildə Bostondan həkim Villiam Castle daha mütərəqqi bir üsul təklif et­di. O, mədə şirəsində hazırlanmış mal ətini kapsullarda yerləşdirdi. Bu kap­sul­larla müa­­­licə olu­nan xəstələrdə də tez bir zamanda remissiya alındı. Mədə şirəsində ha­zır­lan­­­mamaış mal əti, yaxud da tək mədə şirəsi belə bir effekti vermirdi.

Castla görə ətin tərkibindəki «xarici faktor» mədədə olan «daxili faktorla» bir­lə­şərək hemopoetik maddə əmələ gəti­rir, bu isə qara ciyərə sorularaq orada toplanir. Sonralar isə məlum olur ki, «xarici faktor» B12 vitamini, daxili faktor isə qastro­muko­pro­­tein­dir.

Xarici faktor 1948-ci ildə İngiltərəli alim Lester Smith və Amerikalı alim K. Folkers tərəfindən kəşf olundu və B12 vitamini ad­lan­dı­rıl­dı. B12 vitamininin quruluşu isə Dorothy Crowfoot Hodking tərəfindən öyrənildi.

B12 vitamini kobalamin adlanır və 2 kofermenti var:


  1. metil­ko­ba­la­min

  2. adenozilkobalamin

Qanın plazmasında B12 vitaminin əsas forması metil­kobalamindir. B12 vi­ta­mi­ni heyvani mənşəli qida məhsul­larında (qara ciyər, ət, yumurta, süd və süd məh­sul­la­rı və s.) olur. Bitki mənşəli qida məhsullarının tərkibində isə rast gəlinmir. B12 vi­ta­mi­­nin miqdarı qara ciyər və böyrəklərdə daha çoxdur (100 mkq/100q). Ət­də isə nis­bətən azdır (0,5-2 mkq/100q). Yumurta və süddə daha da azalir və ko­ba­la­­fi­­lin zü­la­li ilə cıx birləşdiyinə görə sorulması da zəifləyir.

Or­qa­nizm­də B12 vitaminin miqdarı 2-5 mq-dır. Əsas yer­ləşdiyi orqan qara ci­yər­dir. B12 ehtiyatı or­qa­nizmdə çox­dur, çatışmazlığının yaranması üçün 3-6 ilə kimi vaxt tə­ləb olunur. Sut­kalıq tələbat 3-7 mkq-dır. Gün ərzində 2-5 mkq sidik və kalla iti­ri­lir.

Daxili faktor və ya Castle faktoru qələviyə davamlı termolabil qlu­ko­pro­tein­­dir. Molekulyar küt­ləsi 45000-dir. 1q da­xili faktor 25 mq B12 vitamini özü­nə bir­ləşdirir. İn­sanda da­xi­li faktor mədənin fundal hissəsindəki parienteral hü­cey­rələr tə­rə­findən sin­tez olu­nur. Daxili faktorun miqdarı ra­dio­immunoloji metod vasitəsi ilə təyin edilir.

Mədəyə daxil olan B12 vitamini daxili faktorla birləşə bilmir, çünki bu bir­ləş­mə qələvi mühitdə olmalıdır. Əvəzində isə R protenlə birləşir. (R-Rapid ingilis sözü olub mə­nası ”tez” deməkdir). Vi­ta­min B12 və R-protein birləşməsi 12 barmaq ba­ğır­sa­ğa da­­xil olur.

12 barmaq bağırsaqda tripsinin təsirindən R protein parça­lanır. Mədədən ba­ğır­sa­­­­ğa kecən daxili faktor qələvi mü­­hit­də R proteindən ayrılmış B12 vitamini ilə bir­lə­şir və ko­balamin-daxili faktor kompleksi əmələ gətirir. Ko­balamin-daxili faktor kom­plek­­­si davamlıdır, bağırsaq fermentləri tərəfindən par­­çalanmır. Bu birləşmə nazik ba­ğır­saq boyunca hərəkət edir və daxili faktor re­sep­­tor­­ları vasitəsi ilə nazik bağırsaqda olan kubulinlə birləşir.

Kubulin zülaldır, bütün nazik bağırsağın selikli qişa­larında aşkar olunur. Ko­ba­la­min-daxili faktor kompleksinin kubulinlə birləşməsi kalsium ionlarinin iştirakı ilə pH 5,4 mü­hit­də baş verir. Kobalamin-daxili faktor kompleksi kubu­linə bir­ləş­dikdən son­ra B12 vitamini nazik bağırsağın selikli qişasından qana sorulmağa baş­­layır. Bu pro­­­ses bir neçə saat davam edir. Bu müddət ərzində reseptorlara yeni kobalamin-da­xi­li fak­­tor kompleksi birləşir. B12 vitamini sorulduqdan sonra kom­pleks dağılır, daxili fak­­­tor parçalanır.

Qana sorulduqdan sonra B12 vitamini trans-kobalamin zülalları ilə birləşir.Trans­ko­balamin II ilə birləşən B12 vi­ta­mi­ni sümük iliyinə ötürülür. Transkobalamin II bir çox hü­cey­rə­lər tərəfindən, o cümlədən bağırsaq enterositləri, makrofaq, hepatosit, fib­ro­­blast və qanın bəzi sələf hüceyrələri tərəfindən sintez olunur. Transko­ba­la­min I və trans­kobalamin III də B12 vitamini ilə aktiv birləşir. Transkobalamin I-ko­ba­la­min kom­pleksi hepatositlər tərəfindən təmizlənir və B12 vitamini ödə daxil olur. Trans­ko­ba­lamin III qranulositlərdə daha cox yerləşir və bu hüceyrələrin par­ça­lan­ması za­manı miq­darı da artır. B12 vita­mi­ni­nin an­caq 10-25%-itrans-kobalamin II ilə bir­ləşir. B12 vi­tamininin 1%-ə qədəri daxili faktorsuz qana so­ru­la bilər. Bu ancaq yük­sək do­za­da B12 vitamini qəbul et­dik­də ya da cox miqdarda qara ciyər yedikdə baş verir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin