Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə45/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   129
Müalicə. Xəstəliyin müalicəsi hal-hazırki dövrdə asan və effeklidir.Vaxtilə per­ni­sioz anemiya adlandırılan xəstəlik indi bir neçə həftəyə sağalır. Müalicənin əsas me­todu çatışmayan vitaminin xəstəyə verilməsidir. Parenteral şəkildə siankobalamin və ya oksikobalamin verilir. Siankobalamin qa­na daha tez sorulur. Zərdabda mak­si­mal konsentrasiyası 1,5-2 saatdan sonra olur. 1mq siankobalaminin 50-80 mkq-ı or­­qa­­­nizm­də qalır. Hidroksikobalamin də siankobalamin kimi tez sorulur, zərdabda mak­simal do­zası 2 saatdan sonra olur. 1 mq preparatın 25-30%-i orqanizmdə qalır.

Müalicə yüksək doza ilə başlanılır. Siankobalamin sut­ka­da 1000 mkq əzə­lə daxilinə, 4-6 həftə müddətində təyin edilir. Hidroksikobalamin isə günaşırı 1000mkq və ya gün­də 500 mkq 4 həftə təyin edilir. Müalicənin 3-4-cü günü retiku­lositlərin miqdarı ar­tır. 5-8-ci gün isə maksimal həddə çatır (retikulositar kiz). Qan göstəriçiləri nor­mal­laş­­dırdıqdan sonra saxlayıcı terapiyaya kecirlər. Preparat 2 ay ərzində hər həftə 1000 mkq, sonra isə ayda 1 dəfə 1000 mkq olmaqla təyin edi­lir. Hemodinamikanın kəskin də­yiş­mə­si zamanı erit-rosit küt­ləsi transfuziya olunur. B12 defisitli anemiyanın səbəbi qurd in­­­va­­zi­­ya­sı­dır­sa, müvafiq müalicə aparılmalıdır. Ağır funi­kul­yar mieloz zamanı B12 vi­­tamini 2000 mkq dozada da təyin olu­na bilər. Aparılan müalicənin effekti olmursa, bu diaq­­no­zun səhv qoyulduğunu göstərir. Müalicə hematoloji remissiya alınana qədər da­vam et­di­ri­lir.

He­­­­­ma­­­­tolojiremissiyanın göstəricilərinə aiddir:


  1. Retikulositar reaksiyanın əmələ gəlməsi.

  2. Sümük iliyində qanyaranmanın normallaşması.

  3. Periferik qanın normaya düşməsi

  4. Qanda B12 vitaminin miqdarının normal həddə çat­ması

Müalicə nəticəsində meqaloblast eritropoez normoblast erit­ropoezlə əvəzlənir. Sümük iliyində, periferik qanda gös­tə­ricilər normal şəklə düşür. Erit­ro­sit­lə­rin parçalanması dayanır, dəri örtükləri və selikli qişaların rəngi nor­mal­la­şır, qaraci­yər, dalar kiçilir, qan zərdabında, sidikdə piqmentlərin miqdarı azalır (he­mo­siderin, bi­lirubin, urobilin). Xəstənin ümumi vəziyyəti yax­şılaşır. Anemik simp­tom­lar itir. Rəng göstəricisi azalaraq norma həddinə düşür. Qlossit bir qədər gec bər­pa olunur. Pa­res­te­zi­yalar keçir, reflesklər bərpa olunur, psixikanın vəziyyəti normall­aşır. Lakin fu­ni­kulyar mieloz geri dönməyən prosesdir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin