Anemiyalar


Anemiyalı xəstələrin müayinəsində



Yüklə 1,02 Mb.
səhifə5/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   129
Anemiyalı xəstələrin müayinəsində

əsas prinsiplər

Anemiya bəzi müəlliflərə görə diaqnoz deyil, pato­loji vəziyyətdir. Bu patoloji və­­ziyyətin səbəblərini isə araş­dırmaq lazımdır. Bəzən anemiya hər hansı bir ağır pa­to­­lo­giyanın əlaməti kimi aşkarlana bilər. Bütün anemiyalı xəstələrə dəmir pre­pa­rat­la­rı­nın tə­yin edilməsi çox zaman özünü doğrultmur. Lakin düşünmək lazım deyil ki, ane­miya həmişə hər hansı bir xəstəliyin əla­mə­ti­dir. Bir sıra fizioloji vəziyyətlər-ha­mi­ləlik, laktasiya dövrü, uşaqlarda sürətli boy ar­tı­mı zamanı da anemiya əlamətləri olur.

Anemiya çətin diaqnoz olunan hər hansısa bir xəstəliyin əlaməti kimi meydana çıxırsa, belə bir hal əsas xəstəliyin gedişatını daha da ağırlaşdırır.

Hidremiyalar zamanı plazmanın həcmi artdığı ücün­qan durulaşır. Belə hal ha­mi­lə­lərdə, ürək çatmamazlığı olan xəstə­lərdə, hipoalbunemiya zamanı müşahidə edilir. Bu za­man qa­nın vahid həcmində olan eritrositlərin miqdarı, hemo­qlobinin səviyyəsi dəyiş­mir, lakin müayinə zamanı bu göstəricilərin azalması aşkar olunur.

Anemiyann diaqnozu hərtərəfli toplanmış anamnezə və obyektiv müa­yi­nə­lə­rə əsaslanır. Periferik qanın müayinəsi zamanı anemiyanın dərəcəsini və morfoloji ti­pi­ni aşkar etmək olur.

Anemiyanın yaranmasının patogenetik mexanizmlərini aydınlaşıdrmaq üçün əla­və olaraq biokimy­əvi, mor­foloji, funk­­si­onal müayinələr aparmaq lazımdır. Anam­nez top­layarkən isə bir sıra əlamətlərə diqqət yetirilməlidir.

Xəstədə aşkarlanan anemiya əlamətlərinin qısa za­man­da və yaxud uzun müddətə ya­randığını bilmək lazımdır. Keçirdiyi xəstəliklər (əməliyyat, qanaxmalar, doğuş qa­nax­maları, infeksion xəstəliklər), qəbul etdiyi dərman preparatları (hemoliz, qan­ya­­ran­­manın depressiyası), işlədiyi sahə (şüalan­ma, ağır metallarla, aromatik karbo­hid­rat­larla kontakt) haq­qın­da məlumat toplanılmalıdır. Aşkar və ya gizli qanaxmalar (me­­­lena, hematuriya, menorragiya, metroragiya), sinir siste­mi­nin patologiyaları (pa­res­­­teziya, yerimənin pozulması, dildə yaranan ağrılar) çəkinin azalması, ossalgiya, səbəbsiz tit­rə­­­mələr, sarılıq əlamətləri, splenomeqaliya, öddaşı xəstəlikləri də irsi və qazanılma ane­­miyanın əlamətləridir.

Xəstənin qidalanması haqqında da məlumat top­lamaq lazımdır. Düzgün qi­da­lan­ma­­­maq və ya tərkibində dəmir, fol turşusu, B12 vitamini, E vitamini olmayan qida məh­­­­sullarıilə mütəmadı qidalanmaq da sonda anemiya ilə nəticələnir.

Xəstənin cinsi, etnik mənsubiyyəti, yaşadığı bölgə, yaşı böyük əhəmiyyət kəsb edir. Talassemiya daha cox Şəki-Qə­bə­lə bölgəsində, qlükoza-6-fos­fat­dehidro-genaza de­­­fisitli anemiya isə oğlanlarda və cənub (tropik-subtropik) bölgə­sin­də rast gəlinir. B12 de­fi­sit­li ane­miyayaşlı insanlarda, hemo­qlobin sintezinin patologiyası isə daha çox körpə uşaq­­­lar­da müşahidə edilir.

Xəstələr çox zaman ümumi zəiflik, baş ağrıları, baş gicəl­­lənmədən, yaddaş zəif­li­yin­­dən, iş qabiliyyətlərinin po­zul­­ma­sın­dan şikayət edirlər. Bunlar hipokse­mi­ya­­­­nın əla­­­mətləridir. Dəri və selikli qişalar avazıyır. Əgər hemolitik və B12 defisitli anemi­ya­dır­­­sa, dəridə sarılıq damüşahidə edilir. Xəstələrdə təngənəfəslik, ürəkdöyünmə əla­mət­­­­lə­ri qan dövra­nının funksional vəziyyətini göstərir və kəskin qan­itir­mə­­lər za­ma­nı da­ha qabarıq olur. Buhipoksemiya şəraitində toxuma­lara oksigeni nəql et­­mək üçün qan döv­ra­nı­nda yaranan kom­pen­sator reaksiyadır. Obyektiv müa­yi­nə­də ta­xi­kar­di­­ya, ürə­­yin ölçülərinin böyüməsi aşkar olunur, zirvədə və aortada sistolik küy eşidilir.

Anemiyaların diaqnostikasında laborator müayinələr böyük əhəmiyyət daşıyır. İlkin olaraq aşagıdakı müayinələri aparmaq lazımdır.

1. Qanın ümumi müayinəsi: hemoqlobin, eritrositlərin sayı, rəng göstəricisi, he­ma­­to­krit, retikulositlərin sayı.

2. Eritrositlərin morfoloji müayinəsi - ölçüləri, forma­sı,eritrosit indeksləri - MCV, MCH, MCHC.

3. Leykositlərin miqdarı, leykositar formula, trom-bo­sit­lərin sayı.

4. Zərdabda dəmir, zərdabın dəmir birləşdirmək qabiliy­yəti, transferrin, ferritinin təyini.

Əgər lazımdırsa, sümük iliyinin müayinəsi də aparıl­malıdır. Bu məqsədlə xəs­tə sternal punksiya və trepano­biop­siya olunur. Xəstədə hemolitik anemiya əlamətləri olduqda aşağı­dakı müayinələr apa­rıl­ma­lı­dır; zərdabda biliru­bin, laktat­dehidrogenaza, qaptoqlobulin, plazmada hemoq­lobin, met­­he­moqlobin, sidikdə hemosiderin və hemoqlobin, erit­rositlərin osmotik re­zis­tent­li­­yi, hemoqlobinin elektro­forezi, eritrositlə­r­də qlükoza-6-fosfatdehidrogenaza fermen­tinin təyi­ni, Kumbs sı­na­­ğı, Hem sınağı, saxaroza testi və s.

Eritrositlərin hasilatının pozulması ilə şərtlənən ane­mi­yalarda zərdabda B12 vitamini və fol turşusunun səviy­yəsi­təyin edilir. Talassemiya şübhəsi yarananda erit­rositlərin elektroforezi aparılır. Sternal punksiya isə diaqnozu tam də­qiq­ləş­dir­mə­yə kömək edir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin