Aplastik anemiya
Aplastik anemiya qanyaranma sisteminin ağır xəstəliyi olub, periferik qanda pansitopeniya, aplaziya ilə nəticələnən hipohüceyrəli sümük iliyi ilə xarakterizə olunur. Xəstəlik nozoloji forma kimi ilk dəfə 1888-ci ildə P.Erlix tərəfindən yazılmışdır.
Yayılması. Nadir halda rast gəlinən xəstəlikdir. İl ərzində 1 milyon əhaliyə 2-3 xəstələnmə halı düşür. Ölkələrdən asılı olaraq rastgəlmə tezliyi müxtəlifdir. Aplastik anemiya Uzaq Şərqdə, Yaponiya və Tailandda daha çox müşahidə edilir. Yaponiyada rastgəlmə tezliyi 1milyon əhaliyə 11-14 nəfər, Tailandda isə 1 milyon əhaliyə 4-6 nəfərdir. Xəstəliyə hər yaş qrupunda rast gəlinir. Lakin 10-25 yaş arasında və 60 yaş ərəfəsində rastgəlmə tezliyi daha yüksəkdir.
Dostları ilə paylaş: |