Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə7/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   129
Hemoqlobin tipləri

Tərkibi

% miqdarı

A (əsas)

α2 β2

96-97%

A2 (minor)

α2 δ2

2,5-3,5%

F (Fetal)

α2 γ2

0,5-1%

Cower 1

τ 2 ε2

embrional hemoqlobin

Cower 2

α2 ε2

embrional hemoqlobin

Portland

ς2 γ2

embrional hemoqlobin

Bütün hemoqlobinlərdə hemin quruluşu eynidir, la­kin onlar bir-birindən qlo­bin­də olan amin turşuların tərki­binə görə fərqlənirlər. Hemoqlobinin α zəncirinin tər­ki­­bin­də 141 amin turşu, β, γ və δ zəncirində isə 146 amin turşu var. α və τ (dzeta) zən­­ci­rin kodlaşdıran gen 16-cı xromosomda, ε, β, γ, δ zəncirini kodlaşdıran gen isə 11-ci xro­mosomda yerləşir.

Uşaq doğulandan sonra fetal hemoqlobin A hemo­qlobinlə əvəz olunmağa baş­la­yır. 4-6-cı ayda fetal hemoqlo­binin səviyyəsi azalaraq norma həddinə çatır.

Sağlam insanda 1 sutka ərzində 5 milyona yaxın erit­rosit parçalanır. Sutka ər­zin­də isə 360 milyard eritrosit faqo­sitoz prosesinə uğrayır. Eritrositlərin 80-90% hü­cey­rə da­xi­li mexanizmlə, 10-20% isə damar daxili mexanizmlə parçalanır. Eritrositlərin par­­ça­lan­masının əsas yolu eritrofaqositoz prose­sidir. Dalaq, qara ciyər, sümük iliyinin mak­ro­faqlarında erit­ro­sitlər tərkib hissələrə-lipidlərə, zülallara və qlobinə ayrılır. He­min fer­­men­tativ parçalanması nəticəsində dəmir ayrılır və yenidən istifadə olunur.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin