Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə76/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   129
Talassemiya
Talassemiya globin zəncirin irsi pozulması ilə şərtlənən heterogen xəstəliklər qrupudur və kəmiyyət hemoqlobinopa­toyalarına aid edilir.

1925-ci ildə amerikalı həkim Tomas Cooley və Pearl Lee 5 anemiyalı uşaqda ta­las­semiya xəstəliyinin əlamətləri haqqında məlumat vermişdilər. Müayinə zamanı bu xəs­tələr­də sarılıq, dərinin rənginin dəyişməsi, hepatosp-lenomeqaliya, kəllə və digər sü­­mük­lərin deformasiyası, qanın müayinəsində isə çoxlu miqdarda nüvə tərkibli hə­dəf­­vari hüceyrələr, mikrositoz, sümük iliyində eritroid hiperplaziya aşkar edilmişdir.

1932-ci ildə Q.H.Whipple və W.L.Branford T.Kyli xəstə­­li­yin morfoloji dəyi­şik­li­yi haqqında məlumat vermiş­dilər. Sonra İtaliya alimləri E.Rietti (1925), E. Qreppi (1928), P.Micheli (1938) xəstəliyin daha yüngül forması haqqında el­mi məqalələr dərc etdirdilər.

1936-cı ildə Q.H. Wipple və W.L.Brandford bu xəstə­liyə talassemiya adı ve­ril­mə­sini təklif etdilər. Talassa yunan sözü olub, “dəniz“ hemiya “qan” deməkdir. Xəs­təlik Aralıq dənizi boyunca yaşayan insanlarda rast gəlindiyi ücün belə adlandı­rıl­dı.

Talassemiya xəstəliyinin qlobin zəncirin sintezinin pozulması nəticəsində yaran­ması haqqında fikirlər ilk dəfə L.K.Panling (1958), V.M.İngram və A.O.W. Stretton (1959) tərəfindən irəli sürülmüşdür.

β qlobin zəncirin sintezinin pozulması β talassemiya, α qlobin zəncirin pa­to­lo­giyası isə α talassemiya adlanır. Eyni zamanda γ, δ, βδ globin zəncirlərinin irsi po­zul­ma­sı nəticə­sində yaranan talassemiya haqqında da məlumatlar var.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin