Yayılması. Talassemiya xəstəliyi Araliq dənizi sahillərində yerləşən ölkələrdə, Cənub-Şərqi Asiyada, Yaxın və Orta Şərqdə, Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan, Sakit Okean adalarında, Çin, Hindistan, Pakistan, Tailand, İspaniya, Portuqaliyada daha cox yayılmışdır. Xəstəliyə malyariyanın yayıldığı endemik ocaqlarda daha cox rast gəlinir. Bu isə eritrositlərin malyariya törədicilərinə qarşı nisbətən dözümlülüyi ilə izah olunur. α talassemiya Afrikada geniş yayılmışdır. Yeni Qvineya papuaslarının 80%-i α talassemiya geninin daşıyıcısıdırlar. α talassemiya Hindistan və Pakistanda da çox yayılıb. H hemoqlobinopatiyası italyalılar, hindistanlılar, çinlilər arasında aşkar olunub. H hemoqlobinopatiyasının sporadik formasına ruslar, yəhudilər, azərbaycanlılar, dağıstanlılar arasında da rast gəlinir.