Anemiyalar


İmmun hemolitik anemiyalar



Yüklə 1,02 Mb.
səhifə92/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   129
İmmun hemolitik anemiyalar
İmmun hemolitik anemiyalar-heterogen xəstəliklər qru­pu olub, immun me­xa­nizm­lə­rin təsirindən eritrositlərin vax­tın­dan əvvəl destruksiyası ilə xarakterizə olunurlar. İm­mun proseslərin xarakterindən asılı olaraq hemolitik ane­mi­ya­lar allo­immun, trans­im­mun, heteroimmun və autoimmunol­maqla 4 qrupa bölünürlər.

Alloimmun hemolitik anemiyada xəstənin eritrositləri­nin antigeninə qarşı anitel və ya xəstənin antitelinə qarşı antigen olan eritrositlər orqanizmə kənardan da­­­xil olur (döl və yenidoğulmuşların hemolitik xəstəliyi, posttransfuzion im­mun reak­­siyalar). Alloimmun hemolitik anemiyada ananın anti­tellərinin təsirindən döl və ye­­­ni­doğulmuşlarda eritrosit­-lərin yaşama müddəti qısalır. Bu hemolitik ane­mi­ya ye­nidoğulmuşların hemolitik xəstəliyi zamanı müşahidə edilir. Belə ki, anada rezus fak­­to­ra qarşı antitel yaranır və cift vasitəsi ilə bu antitel uşağın qan dövranına ke­çir. Xəs­tə­yə qan qrupu və ya rezus faktoru uyğun olmayan eritrosit kütləsinin kö­çürülməsi za­manı da alloimmun hemolitik anemiya yaranır.

Transimmunhemolitik anemiya zamanı autoimmun hemo­litik anemiyası olan ana­dan cift vasitəsi ilə antitellər uşağa kecir və onda da hemolitik anemiya ya­ra­dır.

Heteroimmun (qapten) hemolitik anemiya zamanı xəs­tənin eritrositlərinin sət­hində yeni antigen yaranır. Orqa­nizmdə isə yeni antigenə qarşı antitellər əmələ gəlir və onlar bir­lə­şərək komplementin aktivlənməsinə, hüceyrənin dalaqda faqositoz pro­se­si­nə uğ­ra­ma­sına səbəb olur. Qapten həm dər­man preparatları, həm də viruslar ola bi­lər.

Autoimmun hemolitik anemiyada eritrositlərin öz antigeninə qarşı antitellər yaranır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin