AşT layihəsi hələ 2005-ci ildən fəaliyyət göstərən, İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzlərinin (alac) əsasında təşkil edilmişdir


AŞT layihəsi çərçivəsində tövsiyələrin həyata keçirilməsi



Yüklə 0,79 Mb.
səhifə2/3
tarix25.10.2017
ölçüsü0,79 Mb.
#12594
1   2   3

AŞT layihəsi çərçivəsində tövsiyələrin həyata keçirilməsi

Bu hesabat hazırlandığı dövr ərzində, 17 May 2013-cü ildə keçirilən dəyirmi Masada təqdim edilən aşağıdakı tövsiyələr icra olunmuşdur.


Hüquqi çərçivə

Nazirliyə təqdim olunan tövsiyələr paketində əsasən Notariat haqqında qanuna və Notarisuların Davranış Kodeksinə müəyyən dəyişikliklərin edilməsi tövsiyə edilmişdi. Nazirlikdən əldə etdiyimiz məlumata görə bununla bağlı təkliflər Parlamentə və Nazirlər Kabinetinə göndərilib. Göndərilən təkliflərə ŞA tərəfindən edilən tövsiyələr də daxil edilib. Bununla belə, daha ətraflı məlumat əldə etmək mümkün olmayıb. Məlum olan budur ki, təklif edilən tövsiyələrə daxil olan əlavələr əsasən yeni təsis edilən xüsusi notariatların hüquqi çərçivəsini müəyyənləşdirmək ilə bağlı bir sıra ilkin qanun layihələrindən ibarətdir33.


Notariatların fəaliyyəti ilə bağlı qaydalara edilən dəyişikliklərə əsasən notariatlar müraciətçilərin razılığı əsasında ərizələri Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə göndərə bilərlər.
İnstitutsional çatışmazlıqlar

Beynəlxlaq təəcrübənin öyrənilməsi məqsədilə Rusiya, Ukrayna və digər ölkələr ilə təcrübə mübadiləsi aparılıb.


Notariatlarda elektron ödəmənin tətbiqi, bu sahədə korrupsiyanın azalmasına gətirib çıxarıb. ALAC statistikaları da bu faktı təsdiqləyir.
Qaynar xətt

Qaynar xətlərin əməkdaşlarının təlimə cəlb edilməsi və ya qaynar xətlərin fəaliyyətinə nəzarət etmək və səmərəliliyi qiymətləndirmək məqsədilə ayrıca qurumun yaradılması ilə bağlı məlumat yoxdur. Qaynar xətlərə daxil olan müraciətlər və onların həlli ilə bağlı da informasiya əldə etmək mümkün olmayıb


Veb səhifə

Nazirliyin veb səhifəsi xeyli inkişaf etdirilib, lakin sosial şəbəkələrlə bir-başa əlaqə mövcud deyil34.


Elektron xidmət

Notariatlarda (və ölkə boyu Nazirliyin digər strukturarında) elektron qaydada növbəyə yazılmaq imkanına əlavə olaraq notariatların fəaliyyəti və göstərilən xidmətlər barədə məlumat almaq imkanı da yaradılıb35. Bütün bu xidmətlər vahid portala daxil edilib36. Qüvvədə olan qanunvericiliklə təmin edilməli olan vahid interaktiv onlayn xidmət - Dövlət Notariat Arxivindən notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin verilməsi37 Nazirlik tərəfindən icra olunmayıb. Ümid edirik ki, hazırda Nazirlik tərəfindən icrası istiqamətində işlər görülən Elektron Notariatın formalaşdırılması38 çərçivəsində bu xidmət də təmin ediləcək.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ədliyyə Nazirliyinin 300 rəsmisini, əksəriyyəti dövlət notariusları olmaqla elektron imza ilə təmin edib39. Bu notariatlar tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni xidmətin – müraciətçilərin əvəzindən Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı idarəsindən əmlakın yüklülüyünə və ya başqa adla Forma 1-in alınmasını asanlaşadıracaq40.
Dövlət institutlarının şəffaflığı və hesabatlılığı

ŞA tərəfindən təklif edilib ki, sıravi vətəndaşlarla, xüsusilə əyalətlərdə yaşayan vətəndaşlarla daha yaxın təmasın qurulması üçün yerlərdə görüşlər keçirilsin. Görüşlərdə iştirak edən vətəndaşların sayı barədə dəqiq məlumat olmasa da, bu tipli görüşlərin Şəki, Şirvan və digər regionlarda keçirilməsi məlumdur.41


Nazirliyin səhifəsində illik hesabatlar yerləşdirilməsə də, ayrı-ayrı fəaliyyətlərlə bağlı nazirliyin veb səhifəsində yerləşdirilən Ədliyyə qəzetində məlumatlar verilir.
Yekun və Tövsiyələr

Ümumilikdə nazirlik yeni innovativ ideyalara açıqdır və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığa həvəslidir. Lakin, penitensiar xidmətdən savayı, nazirliyin fəalliyətinə müstəqil vətəndaş nəzarətini təmin edən strukturlaşmış mexanizm mövcud deyil.


Nazirliyin veb səhifəsi kifayət qədər əhatəlidir. Veb səhifədə əlavə sub-səhifələrin köməkliyi ilə alt şöbələr barədə məlumatlar yerləşdirilir. Nazirliyin qaynar xətti fəaliyyət göstərsə də, müraciətlərin həlli ilə bağlı ictimaiyyət üçün açıq olan təhlil mövcud deyil.
Mövcud qanunvericilik xüsusi notariusların fəaliyyətini tənzimləmək üçün yetərli deyil və inkişaf etdirilməsinə ehtiyac duyulur.
Onlayn xidmətlər daha çox informativ xarakter daşıyır və elektron xidmət kimi qiymətləndirilməsi ilə bağlı narahatçılıqlar mövcuddur. Bu günədək, hökumət tərəfindən öhdəlik kimi müəyyən edilən yeganə interaktiv xidmət həyata keçirilməyib. Notariusların Notariat Arxivin elektron bazasına girişi təmin edilməlidir.
Veb səhifədə dağınıq halda mövcud olan fəaliyyətlərlə bağlı məlumatlar illik hesabat formasında dərc edilməlidir.
ŞA təşkilatı xüsusi notariusların sayının arıtılması ilə bağlı hökumətin səylərini dəstəkləyir. Vətəndaşların hüquqi biliklərinin zəif olmasını nəzərə alaraq hesab edirik ki, notariuslar elektron imza tələb edən bəzi elektron xidmətlər də daxil olmaqla dövlət ilə vətəndaşlar arasında müxtəlif səviyyəli transaksiyaların keçirilməsi zamanı hüquqi təmsilçi qismində çıxış etmə səlahiyyətinə sahib olmalıdırlar. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qeydiyyat idarəsinə göndərilməsi ilə bağlı tətbiq edilməyə başalanan yeni alətlərin gələcəkdə daha da inkişaf etdirilərək əmlakın statusu ilə bağlı dəyişikliklərin edilməsi və eyni zamanda digər sənədləşdirilmələrin aparılması üçün lazımı formalar hazırlanmalıdır.
MƏNBƏLƏR:

  1. Ölkə qanunverciliyi (istinadlara bax)

  2. Ölkə mediası (istinadlara bax)

  3. Ədliyyə Nazirliyinin veb səhifəsi www.justice.gov.az

  4. Ədliyyə Nazirliyindən daxil olan 22.06.2012 tarixli, N 05/1969-14 nömrəli məktub

  5. Şəffaflıq Azərbaycan təşkilatının Bakı, Gəncə və Quba mərkəzlərinin təcrübəsi

  6. Ədliyyə nazirliyi ilə 30 Oktyabr 2013-cü il tarixli telefon danışığı

  7. Dövlət notariusu ilə 5 dekabr 2013-cü il tarixli müsahibə

  8. Dünya Bankının–Azərbaycan Tərəfdaşlığı Proqramının, Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi, Azərbaycan Tərəfdaşlıq Proqramına Baxış, aprel 2013, oktyabr 2013 dəyişikliklərilə, www.worldbank.org


Daşınmaz əmlakın dövlət qeydiyyatı
Giriş

“Şəffaflıq Azərbaycan” təşkilatının məqsədi hökuməti Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin artırılmasına təşviq etməkdən ibarətdir.


ALAc layihəsi çərçivəsində verilən tövsiyələrin icra vəziyyəti
Bu mövzuda ilk dəyirmi masa 10 Aprel 2012-ci il tarixində keçirilib. 29 Aprel 2013-cü il tarixində keçirilən ikinci dəyirmi masa qədər olan dövr ərzində Şəffaflıq Azərbaycan (ŞA) tərəfindən verilən aşağıdakı tövsiyələr icra olunub.
Hüquqi çərçivə

ŞA daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedurların sadələşdirilməsi ilə əlaqədar tövsiyələr vermişdi. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən tələb olunan prosedurların sayı 7-dən 4-ə endirilmişdir42. Onlar aşağıdakılardır:



  • Satınalmadan öncə əmlakın əvvəlki mülkiyyətçisinin yoxlanılması və əmlakın özgəninkiləşdirilməsi haqqında şəhadətnamənin əldə edilməsi,

  • Alqı satqı əməliyyatının notarial təsdiqi,

  • Yeni əmlaka mülkiyyət hüququ verən sənədin alınması üçün qeydiyyat forması,

  • Mülkiyyət hüququ verən sənədin, o cümlədən texniki pasportun hazırlanması və verilməsi.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” qanunun Korrupsiyaya qarşı mübarizə üzrə 2012-2015-cü illər üçün Milli Fəaliyyət Planına uyğunlaşdırılması üçün dəyişikləri əhatə edən qanun layihəsi parlamentə baxılması üçün göndərilmişdir.43 Qanun layihəsi ikinci əl daşınmaz əmlak bazarı üçün mülkiyyət haqqında sənədin verilməsi müddətini 20 gündən 7 günə və əmlakın özgəninkiləşdirilməsi haqqında şəhadətnamənin verilmə vaxtını isə 5 gündən 1 günə qədər azaltmağı nəzərdə tutur. Təklif edilən dəyişikliklər həmçinin əmlakın təsnifatı formalarını 15-dən 10-a endirir. 44


Elektron xidmətlərin sayının artırılması və ipotekanın qeydiyyatı və bitməsini də əhatə etməsi üçün hüquqi bazanın yaradılması istiqamətində səylər göstərilmişdir. Müvafiq qərara dəyişikliklər hazırlanmış və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir.45
İnstutsional çatışmazlıqlar

İnstitutsional çatışmazlıqların aradan qaldırılması məqsədilə ŞA bir sıra addımların atılmasını tövsiyə edib. Komitə tərəfindən Etik Davranış Qaydaları hazırlanıb və bu kodeksin pozulması ilə əlaqədar Dövlət Qulluğu Komissiyasına hesabat təqdim edilib. 2012-ci ildə 16 bu cür hal baş verib və bununla bağlı məlumat ictimaiyyət üçün açıqıdır.46 Əməkdaşları etik davranış qaydaları ilə tanış etmək məqsədilə bir sıra təlimlər keçirilib. (2012-ci ilin 9 oktyabr və 22 dekabr tarixləri). Amma ŞA-nın ofislərinə qurumla bağlı daxil olan müraciətlərdən görünür ki, təlimlər bir o qədər də səmərəli deyil.


Texniki imkanların artırılması ilə bağlı bir sıra işlər görülüb. Bakı şəhərinin Yasamal, Suraxanı, Nəsimi, Nizami rayonları üzrə Qeydiyyat idarələri təmir edilib, elektron məlumat mübadiləsinin aparıla bilməsi üçün mərkəzlər fiber optik kabellerlə təmir ediliblər.
Ölkə üzrə rəqəmsal kadastr xəritəsinin hazırlanması istiqamətində işlər aparılır və məlumat bazası elektron formata keçirilir47
Qurum əməkdaşları arasında korrupsiya hallarına rast gəlinir48. Bir çox hallarda qeydiyyat idarəsinin verdiyi qərarla razılaşmayan vətəndaşların bu problemi həll etmək üçün yeganə yolu məhkəməyə müraciət etməkdir49.
Qaynar Xətt

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qaynar xətt əsaslı bir neçə nömrədən istifadə edir. Bunlara 148 nömrəli qeydiyyat məsələləri ilə bağlı müraciətlər üçün ayrılan xətt və 566-07-44 nömrəli ümumi xətlər daxildir. Komitənin veb səhifəsində yerləşdirilən məlumatlara əsasən 2012-ci ildə qaynar xəttə 300 müraicət daxil olub. Veb səhifədən istifadə etməklə və digər üsullarla isə əlavə 360 müraciət daxil olub. Bu rəqəm digər qurumlar ilə müqayisədə bir o qədər də yüksək deyil. ŞA tərəfindən Qaynar xəttə edilən müraciətləri cavablandıran əməkdaşlara təlimlərin keçirilməsi və qaynar xəttin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsinin aparılması üçün ayrıca bölmə yaradılması ilə bağlı tövsiyəsinin icra olunub-olunmaması haqqında məlumat olmasa da, müraciətlərin analizinə dair hesabat veb səhifədə yerləşdirilib.


Veb səhifə

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin veb səhifəsində, qurumun fəaliyyəti ilə bağlı ümumi məlumatları əldə etmək üçün imkan mövcuddur, lakin Komittəyə tabe olan alt qurumlar barədə bunu söyləmək çətindir.


Elektron xidmətlər

Komitə elektron xidmətləri 2012-ci ilin may ayından icra etməyə başlayıb. 2012-ci ilin sonuna qədər Komitə tərəfindən təklif edilən elektron xidmətlərlə bağlı 700 müraciət qeydə alınıb. 50Bu rəqəm digər qurumlar ilə müqayisədə aşağıdır.
2013-cü ilin aprel ayında Komitə yeni elektron portalını təqdim etdi ki, bu portal vətəndaşlara əlavə 9 xidmət təklif edir51. Bununla belə xidmətlər vahid elektron hökumət portalına inteqrasiya edilməyib52.Bundan başqa xidmətlərdən istifadə üçün elektron imza (Rabitə və İnformasiya Texnologiyaları nazirliyi tərəfindən verilir) və kart oxuyucu tələb olunur ki, bu da xidmətlərdən istifadə imkanlarını çətinləşdirir. Məhz buna görə də, ŞA tərəfindən verilən tövsiyə elektron xidmətlərdən vətəndaşların daha asan istifadə edə bilməsi üçün imkanların yaradılmasından ibarət idi.
Şəffaflıq və Hesabatlılıq

ŞA tərəfindən tövsiyə edilməsinə baxmayaraq, Komitə hələ də vətəndaş cəmiyyətinin köməkliyi ilə ictimai nəzarətin formalaşdırılması istiqamətində işlər aparmayıb.


AŞT Layihəsi çərçivəsində verilən tövsiyələrin icrası
Hüquqi çərçivə

Qanunvericilikdə bir sıra irəliləyişlər qeydə alınıb. Hüquqi baza təkmilləşdirilmiş, sadə və sürətləndirilmiş xidmətlər üçün yeni tariflər müəyyən edilmişdir: müvafiq olaraq əmlakın özgəninkiləşdirilməsi haqqında şəhadətnamə üçün 1 və ya 5 gün; mülkiyyət sənədlərinin hazırlanması üçünsə 14 və ya 7 gün.53


İnstutsional çatışmazlıqlar

ŞA təşkilatı ölkə üzrə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsinin hazırlanması istiqamətində davam edən işlərin sürətləndirilməsi ilə bağlı tövsiyə ilə irəli sürmüşdü. Müəyyən işlərin görülməsinə baxmayaraq (məsələn Şəki, Gəncə və Bakının beş rayonu ilə bağlı məlumatların toplanması başa çatdıdılıb) 54, ümumi prosesin 2015-ci ildə55 və ya daha gec yekunlaşdırılacağı gözlənilir. Bu kimi gecikmələr, Dünya Bankını Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan Daşınmaz Əmlakın İdarə olunması layihəsinin müddətini 2014-cü ilə qədərə uzatmağa məcbur edib. Dünya Bankı tərəfindən dəstəklənən layihə əslində 2008-2012-ci illəri əhatə edirdi56.


Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, etik davranış qaydaları ilə bağlı təlim proqramları Bakıdan kənarda yerləşən 18 mərkəzin əməkdaşları üçün keçirilib. Amma bununla belə 2013-cü ildə etik davranış qaydalarının pozulması və bunları qarşı görülmüş tədbirlər barədə məlumat yoxdur.
Dövlət Əmlak Komitəsi qurumla dövlət notariusları arasında məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə müəyyən vəsaitlərin hazırlanması ilə bağlı planları barədə məlumat verib. 57,58 Misal üçün, notariat kontorları əmlakın yüklü olub-olmamasına dair sertifikatı real vaxt rejimində komitədən əldə edə biləcəklər. Eyni zamanda əmlakın ikinci əl bazarda satılmasına razılıqla bağlı notariusun təsdiqini əmlakın statusunun dəyişdirilməsinə baxılması məqsədilə Əmlak Komitəsinə göndərə bilərlər. Demək olar ki, notariatlara ASAN mərkəzlər tərəfindən göstərilən eyni xidmətləri həyata keçirmək səlahiyyəti verilib.
Bununla yanaşı əmlak sahibləri, öz əmlaklarının statusu barədə məlumatı onlayn qaydada ala biləcəklər.
Qaynar Xətt

2012-ci il ilə müqayisədə 2013-cü ildə qaynar xətlərə müraciət edən vətəndaşların sayından artım müşahidə edilib. Belə ki, əgər bir ilə əvvəl cəmi 300 nəfər qaynar xəttin xidmətlərindən yararlanmışdısa, 2013-cü ilin birinci yarısında bu rəqəm 750 nəfərə qədər yüksəlib. Amma əvvəlki illərdə olduğu kimi, bu il də qaynar xəttlərə edilən müraciətləri cavablandıran əməkdaşlara xüsusi təlimlərin keçirilib-keçirilmədiyi və qaynar xəttin fəaliyyətinə nəzarətin aparılması və səmərəliliyinin öyrənilməsi üçün xüsusi şöbənin yaradılıb-yaradılmaması barədə məlumat yoxdur. Bunlar Şəffaflıq Azərbaycan tərəfindən tövsiyə olunsa da icra edilməyib. Gözlənilən idi ki, 2013-cü ildə qaynar xəttlərə daxil olan müraciətlərin analizi ilə bağlı hesabat veb səhifədə yerləşdiriləcək.



Veb səhifə

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin veb səhifəsi kifayət qədər məlumatla zəngindir və səhifənin xüsusi alt bölməsində mütəmadi olaraq yerləşdirilən press relizlər vasitəsi ilə komitənin fəaliyyəti barədə məlumatlar yerləşdirilir. Amma səhifənin sosial şəbəkələrə çıxışı yoxdur59.


Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı, eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Xidmətinin və Komitənin digər alt idarələrin ayrıca veb səhifələrinin yaradılması istifadəçilər üçün lazımi məlumatların axtarılıb tapılmasını asanlaşdırır.
Ümumilikdə onu demək mümkündür ki, Komitə öz veb-səhifəsi yolu ilə şəffaflığın təmini ilə bağlı cəhdlər göstərir.
Elektron xidmətlər

Bu günə olan məlumatlara görə Komitənin aşağıdakı elektron xidmətləri fəaliyyət göstərir. (vahid hökumət portalında da yer alıb60):



  • İnformasiya sorğusu (digər zəruri sənədlərlə yanaşı);

  • Daşınmaz əmlakın ünvanının dəqiqləşdirilməsi ilə bağlı sorğular (zəruri sənədlərlə yanaşı);

  • Daşınmaz əmlaka dair hüquqi səsnədlərin alınması ilə bağlı müraciət (zəruri sənədlərlə yanaşı).

Bununla belə, daşınmaz əmlaka dair kadastr xidmətinin göstərilməsi və kadastr sənədlərinin hazırlanması üçün müraciətlərin (zəruri sənədlərlə yanaşı) qəbulu ilə bağlı bir xidmət verilmir. Eyni zamanda qanunvericiliklə öhdəlik kimi qoyulmasına61 baxmayaraq ünvanın təyin olunması və ünvan xəritələrindən çıxarışların təmin edilməsi xidməti də işləmir.


6 ay əvvəl göstərilməyə başlanan elektron xidmətlərdən istifadə yalnız elektron imza və kart oxuyucuları ilə mümkündür. Artıq sözügdən elektron xidmətlər elektron hökumət portalına inteqrasiya etmişdir. Elektron hökumət portalına daxil olmaqla hüquqi və VÖİN-ə malik olan fiziki şəxslər ASAN imza (ASAN vasitəsilə Vergilər Nazirliyi tərəfindən aparılır) vasitəsilə xidmətlərə giriş əldə edirlər. Digər bir imkan ilə vətəndaşlar, biznes və dövlət qulluqçuları elektron imza (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilir) vasitəsilə elektron xidmətlərə giriş əldə edirlər. Elektron və asan imzaya malik olmayan siravi vətəndaşlar isə portala daxil olduqdan sonra qeydiyyatdan keçməklə xidmətlərdən istifadə edə bilirlər. Aşağıdakı sənədlərdən 3-ünün- Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi, Vergi ödəyicisinin identifikasiya nömrəsi, ümumvətəndaş pasportu, sosial müdafiə kartı və ya sürücülük vəsiqəsi nömrəsini daxil etmək kifayət edir. Bununla vətəndaşlar sadəcə portala autentufikasiya edə bilirlər, elektron şəkildə imza atmaq hüququna malik deyillər. Planşet və smartfon tipli mobil telefonlardan giriş üçün imkanlar mövcuddur62.
Digər dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlər ilə müqayisədə əmlak komitəsi tərəfindən göstərilən xidmətlər bir qədər qəlizliyi ilə seçilir. Məhz bu səbəbdən e-hökümət portalında ən az istifadə olunan elektron xidmət məhz Daşınmaz Əmlakın Qeydiyyatı tərəfindən göstərilən xidmətlərdir.63
Şəffaflıq və Hesabatlılıq

Qeydiyyatla bağlı şəffaflıq artıb. Göstərilən xidmətlərin tarifləri barədə ətraflı məlumat veb səhifədə yerləşdirilib.


ŞA tərəfindən vətəndaşlarla əlaqələrin artırılması ilə bağlı tövsiyələr irəli sürülmüşdür. Komitənin rəhbəri şəxsən vətəndaşların qəbulunu həyata keçirmişdir. Buna misal olaraq 15 noyabr 2013-cü il tarixində Şəkidə keçirilən görüşü göstərmək olar64. Amma digər bir tövsiyə, televizya və radiolarda açıq verilişlərin təşkili ilə bağlı tövsiyənin icrası ilə bağlı məlumat yoxdur. 27 noyabr tarixli Daşınmaz Əmlakın qeydiyyatı sisteminin inkişafı ilə bağlı məlumatlar mediada geniş işıqlandırılıb və bu komitənin öz fəaliyyəti və planları barədə ictimaiyytəti məlumatlandırmaq istiqamətində ciddi səylərdən hesab olunur. Bununla belə Komitədə vətəndaş cəmiyyəti tərəfindən ictimai nəzarətin aparılması istiqamətində mexanizm mövcud deyil.
Yekun və tövsiyələr

Komitə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etmir. Komitədə vətəndaş cəmiyyəti tərəfindən müstəqil ictimai nəzarətin gücləndirilməsi ilə bağlı digər mexanizmlər mövcud deyil.


Komitənin və onun alt idarələrinin veb səhifələri kifayət qədər informativdir. Qurumun qaynar xətti fəaliyyət göstərir və bura daxil olan müraciətlərin analizi aparılaraq, onunla bağlı məlumatlar veb səhifədə yerləşdirilir.
Ölkə üzrə daşınmaz əmlakın kadastrının vahid rəqəmsal xəritəsinin hazırlanması sürətləndirlməlidir və kadastr xidməti ilə bağlı xidmətlər və daşınmaz əmlak obyektlərinə ünvanlarının verilməsi ilə bağlı xidmətlər tam fəaliyyət göstərməlidir. Gələcəkdə Komitə tərəfindən göstərilən elektron xidmətlərdən istifadə sadələşdirilməlidir.
Daşınmaz əmlak komitəsində olan informasiyalar yalnız əmlak sahibi üçün açıqdır, lakin bu məlumatlar ictimaiyyətə açıq olmalı və onlayn qaydada əldə edilə bilməlidir.
ASAN mərkəzləri tərəfindən göstərilən iki xidmətin sayı arıtılmalı və Komitə tərəfindən göstərilən bütün xidmətlərin ASAN mərkəzləri tərəfindən də göstərilməsi təmin edilməlidir. Hazırda ASAN mərkəzləri tərəfindən yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsini və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi xidmətləri göstərilir.
Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qeydiyyatı ASAN mərkəzlərdə və ya notariat kontorlarında vahid pəncərə formasında həyata keçirilməlidir.
Daşınmaz əmlakın idarə olunması istiqamətində həyata keçirilən islahatların nəticəsində Dünya Bankının "Doing Business-2013" hesabatına əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Azərbaycan reytinqin əhatə etdiyi 183 ölkə arasında 9-cu yerdədir. Bir il əvvəlki nəticələrlə müqayisədə ümumi göstərici 6 xal ensə də, ümumi göstərici yüksəkdir. Amma ŞA təşkilatının ALAC mərkəzlərinə edilən şikayətlər əsasında deyə bilərik ki, qanunvericilikdə göstərilənlərin əksinə, təcrübədə texniki şərtlər əsas götürülərək proses bəzən hətta illərlə uzadılır.65
ŞA ALAC uğurlu iş
ALAC-a müraciət edən vətəndaşlardan biri 1990-cı ildə mənzil alıb. Mənzilin köhnə olmasına baxmayaraq, mənzil sahibinin adına etibarlı sənədlər mövcud olub, lakin torpaqla bağlı sənədlər olmayıb, bunun da əsas səbəbi alqı-satqı dövründə Sovet İttifaqı zamanı mənzilin qeyri-müəyyən müddətə mənzil sahibinə icarəyə verilməsi olub. Müraciətçi Əmlak Komitəsinə əmlakın keçmişdəki əsl sahibinin təyin edilməsi ilə bağlı müraciət edib. Amma sənədin verilməsindən imtina edilib. Buna səbəb kimi isə əmlakın 1960-cı ilə aid olan sənədlərində mülkü 1990-cı ildə alan şəxslərin qeyd olunmaması göstərilib. ALAC-ın müdaxiləsindən sonra müraciətçi lazımı sənədlərlə təmin edilib. Proses 18 ay çəkib.

Mənbələr:

  1. Azərbaycan qanunvericili (qeydlərə bax)

  2. Azərbaycan mediası (qeydlərə bax)

  3. Əmlak məsələləri üzrə dövlət komitəsinin veb səhifəsi www.emdk.gov.az

  4. Daşınmaz Əmlakın dövlət qeydiyatı idarəsinin veb səhifəsi www.dedrx.gov.az

  5. Əmlakı Komitəsi tərəfindən 2013-cü il 11 sentyabr tarixli №  139120206986 nömrəli məktub  

  6. Şəffaflıq Azərbaycan təşkilatının Bakı, Gəncə və Quba ALAC mərkəzlərinin təcrübələri

  7. Əmlak məsələləri üzrə dövlət komitəsinin müraciətçiləri ilə 5 dekabr 2013-cü il tarixli müsahibə

  8. Dünya Bankı Qrupu – Azərbaycan Tərəfdaşlıq Proqramına Baxış, Daşınmaz Əmlakın İdarəedilməsi layihəsi, aprel 2013, oktyabr 2013-cü il dəyişikliklərilə, www.worldbank.org


Bakıelektrikşəbəkə
Giriş
Şəffaflıq Azərbaycan təşkilatının bu tövsiyələri təqdim etməkdə məqsədi hökuməti və Bakıelektrikşəbəkə ASC-ni, vətəndaşları və hüquqi şəxsləri keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə və səmərəli idarə etmə üsulu tətbiq etməyə təşviq etməkdir. Tövsiyələr əsasən Bakıelektrikşəbəkəyə ünvanlansa da müvafiq sahələrlə bağlı Azərenerji də diqqətdə saxlanılıb.
Azərbaycanda elektrik enerjisi dövlətə məxsus olan Azerenerji tərəfindən istehsal olunur. Elektrik enerjisnin istehsalında təbii monopolist mövqeyə sahib olan şirkət, Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə boyu elektrik enerjisinin paylanması və pərakəndə satışını da həyata keçirir. Bakı şəhərində isə elektrik enerjisinin satışını digər bir şirkət Bakıelektrikşəbəkə ASC həyata keçirir. Ümumiyyətlə Azərbaycanda elektrik enerjisinin təminatı sahəsində tarixən bir sıra institusional islahatlar aparılıb. 10 il bundan əvvəl 25 il müddətə şəhərin elektrik təchizatını həyata keçirmək üçün aparılan tenderin qalibi olan Siemens şirkətinin hüquqları 2001-ci ilin Mart ayında hökumət tərəfindən ləğv edildi66 və hüquqlar Türkiyənin Barmek Holding A.S şirkətinə həvalə olundu. Amma bir neçə il sonra bu şirkət işində qüsurlara yol verməkdə günahlandırıldı və məhkəməyə verildi67,68. 2002-ci ilin yanvar ayının 1-də Bakıelektrikşəbəkə işi Barkmekdən təhvil alıb69.
ALAC layihəsi çərçivəsində verilmiş tövsiyələrin icrası
Bakıelektrikşəbəkə ilə ilk tədbir 14 İyun 2011-ci il tarixində keçirilib. 28 iyun 2013-cü il tarixində keçirilən ikinci tədbirə qədər olan dövr ərzində Şəffaflıq Azərbaycan (ŞA) təşkilatı tərəfindən verilən aşağıdakı tövsiyələr icra olunub.
Legal framework

Elektrik enerjisinin təminatı 10 ildən daha çox əvvəl qəbul edilmiş qanunlar əsasında aparılır70. 2011-ci ildə Konstitutsiya Araşdırmaları mərkəzi Qeyri Hökumət Təşkilatlarının Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin adından Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin layihəsini71 hazırlamış və Bakıelektrikşəbəkəyə təqdim etmişdir. Şirkət tərəfindən hazırda istifadə olunan müqavilə yalnız istehlakçının məsuliyyətini özündə əks etdirir və təchizatçının üzərinə heç bir məsuliyyət qoymur. Təəsüflər olsun ki, bu istiqamətdə verilən tövsiyələr icra olunmayıb.


ŞA tərəfindən elektrik enerjisinin keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi yanında ixtisaslaşmış ayrca qurumun yaradılması tövsiyə olunub. Tövsiyə qəbul edilməsə də, dövlət nəzarətinin artırılması ilə bağlı qanunvericilik gücləndirilib.72.
Həmçinin, tikinti obyektlərinə elektrik enerjisi təchizatını tənzimləyən qanunvericilik təkmilləşdirilmişdir.73
İnstitusional çatışmazlıqlar

ŞA tərəfindən hökumətə verilən ən əsas tövsiyə elektrik enerjinin təchizatı ilə bağlı bazarın diversifikasiyasının aparılması, bu sahədə monopoliyanın aradan qaldırılması və elektrik təchizatı da daxil olmaqla kommunal xidmətlərin göstərilməsi sahəsində ədalətli rəqabət mühitinin formalaşdırılması ilə bağlı idi. Azərbaycan, Avropa Enerji Xartiyasının üzvü olmasına baxmayaraq, enerjinin istehsalının, daşınmasının, paylanmasının və satışının əks mərkəzləşməsini əsas tutan Üçüncü Enerji Paketini qəbul etməkdən imtina edib. Elektrik və qaz təchizatı bazarının əks mərkəzləşməsi ilə bağlı qaydalar və qanun layihələri hazırlansa da, hökumət bu sahənin yenidən qurulması üçün zamana ehtiyacın olduğunu əsas gətirərək bu qanunları tez bir zamanda qəbul etməkdən imtina edib74.


Bu kimi əsas tövsiyələrdən savayı, ŞA təşkilatı tərəfindən Bakıelektrikşəbəyə tövsiyə edilmişdir ki, istehlakçılar (sayğaclara müdaxilə və sayğacdan kənar elektrik enerjisindən istifadə kimi) və nəzarət müfəttişləri (sayğaclara müdaxilə ilə bağlı saxta aktların hazırlanması, elektrik enerjisi istifadəyə görə ödənişin şişirdilməsi) tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı nəzarət artırılsın. Kommunal xidmətlərdən istifadəyə görə onlayn ödəniş vasitələrinin və smart kart tipli sayğacların quraşdırılması75, eyni zamanda metro stansiyalarında və böyük marketlərdə yerləşdirilmiş ödəniş məntəqələrinin hesabına korrupsiya imkanları məhdudlaşdırılıb. Buna qədər xidmətdən istifadə haqları nağd formada nəzarət müfəttişləri tərəfindən alınırdı.
ŞA təşkilatı tövsiyə etmişdir ki, hüquqi və fiziki şəxslər üçün elektrik enerjisindən istifadəyə qoşulmaq üçün prosedurlar sadələşdirilsin. Məsələn, yeni istifadəçilər üçün elektrik enerjisindən istifadəyə dair texniki şərtin alınması sadələşdirilsin, qərar qəbul etmə prosesinin şəffaflığı artırılsın və müraciətçilərin rahatlığının təminatı üçün vahid pəncərə sistemi tətbiq olunsun76. Elektrik enerjisindən istiafadəyə qoşulmaq bir sıra çətinliklərlə müşahid olunur.77.Təəssüflər olsun ki, bu tövsiyələr qəbul olunmayıb. Azərenerji ilə də bağlı da vəziyyət eynidir. Təsadüfi deyil ki, 2012-ci il “Doing Businesss” hesabatında Azərbaycan elektrik enerjisinin əldə edilməsinə görə 185 ölkə arasında 175-ci sırada qərarlaşıb78.
Qaynar xəttlər

Şirkət tərəfindən iki qaynar xətt telefon nömrəsindən istifadə olunur. (440 44 04 nömrəsi ilə elektrik enerjisnin satışı, 440 29 21 nömrəsi ilə isə texniki məsələlər ilə bağlı müraciətlər qəbul olunur). Bundan savayı 199 nömrəsi ilə qəzalar barədə məlumat vermək olar. Onlayn qaydada müraciət göndərmək üçün də imkanlar mövcuddur. ŞA tərəfindən tövsiyə olunmuşdu ki, şirkət abonentləri qarşısında hesabatlılığını artırması məqsədilə qaynar xətlərə daxil olan şikayətlər barədə analitik hesabat hazırlasın və bunu yaysın. Müvafiq qanunvericiliyə uyğun olaraq bu formada hesabat hazırlanmalı olsa da79, tövsiyə icra olunmayıb. Eyni zamanda, əməkdaşların yol verdikləri pozuntulara görə cəzalandırılmaları barədə də məlumatlar ictimaiyyətə açıq deyil.


Vebsəhifə

Qurumun vebsəhifəsi oxunaqlı olsa da, səhifədə istehlakçıların hüquqları və müraciət vasitələri barədə səlis məlumatlar yoxdur. ŞA təşkilatının tövsiyəsinə uyğun olaraq Müştəri Xidmətləri və Abonentlərin Müraciətləri üzrə Komissiya barədə məlumatlar, eyni zamanda abonent etirazları üzrə komissiyalara daxil olan etirazlara baxılması qayadasına dair təlimat qurumun veb səhifəsində yerləşdirilib. Amma vətəndaşa cəmiyyətinin komissiyanın fəaliyyətində iştiraka cəlb edilməsi ilə bağlı tövsiyə qəbul olunmayıb.


Elektron xidmətlər80

Qanunvericilikdə şirkətin üzərinə elektron xidmətlər göstərməsi ilə bağlı öhdəlik qoyulmasa da, qurum onlayn əsaslı xidmətlər göstərir. Qəribədir ki, şirkət öz veb-səhifəsində elektron ödəmə alətləri təklif etmir, halbuki digər onlayn alətlər, məsələn www.hesab.az vasitəsi ilə mümkündür.


Azərenerji iki adda elektron xidmət təklif edir. Bunlara yeni abonentlərə texniki şərtlərin verilməsi və onlayn ödəniş imkanları daxildir81. Lakin bu qurumun adı Nazirlər Kabineti tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə siyahıya daxil edilməyib82. Bununla belə onlayn qaydada ödənişləri etmək üçün imkanlar yaradılıb, amma texniki şərtlərin alınması üçün ayrılan bölmədə yalnız tələb olunan sənədlərin siyahısı göstərilib.
Şəffaflıq və Hesabatlılıq

“Şəffaflıq Azərbaycan” tövsiyə etmişdir ki, müştərilər arasında vətəndaş cəmiyyətinin və müstəqil şirkətlərin köməkliyi ilə mütəmadi sorğular keçirilsin. İstehlakçılar arasında onların da hüquq və öhdəlikləri barədə maarifləndimənin aparılması məqsədilə televiziya və radio verilişlərin təşkili tövsiyə olunub. Bu tövsiyələrin icra edilib-edilməməsi ilə bağlı məlumatlar mövcud deyil.


Ümidverici məqamlardan biri ondan ibarətdir ki, şəffaflıq məsələlərinə cavab olaraq, Azərenerji 2011 və 2012-ci illər üzrə Deloitte və Touche tərəfindən təsdiqlənmiş məcmu maliyyə hesabatını öz veb səhifəsində yerləşdirib. Bakıelektrikşəbəkə bu uğurlu təcrübəni davam etdirərək audit keçirilməməsinə baxmayaraq 2012-ci il ilə bağlı ətraflı maliyyə hesabatını yerləşdiriliblər. Təəsüflər olsun ki, veb səhifədə illik fəaliyyətlə bağlı hesabat yer almayıb.
AŞT Layihəsi çərçivəsində verilən tövsiyələrin icra vəziyyəti
Legal framework

Qanunvericilik ilə bağlı xüsusi önəm kəsb edən hər hansı bir dəyişiklik edilməyib.


İnstitusional çatışmazlıqlar

Yeni abonentlərin enelektrik enerjisinə qoşulması qəliz və yorucu proses olaraq qalmaqdadır. Məhz bu səbəbdəndir ki, 2012-ci ildə olduğu kimi, 2013-cü ildə də “Doing Business” hesabatında Azərbaycan elektrik enerjisi ilə bağlı 185 ölkə arasında 183-cü sırada yer alır83.


Elektrik xətlərinin çəkilişi sahəsində təhlükəsizliyin artırılması məqsədilə Bakıelektrikşəbəkə yeni və çox cəsarətli hesab edilə biləcək layihənin icrasına başlayıb. Layihəyə bütün elektrikşəbəkəsinin və qurumun balansında olan qoşulmaların, texniki icmal və təhlükəsizlik standartları daxil olmaqla elektronik xəritəsinin və ya məlumat bazasının hazırlanması daxildir. 2013-cu ilin avqustuna qədər olan müddət ərzində Bakının 6 rayonu tam rəqəmsallaşdırılıb və planlaşdırılır ki, bu proses 2013-cü ilin sonuna kimi başa çatdırılsın84.
Əməkdaşların etik davranış qaydaları ilə bağlı təlimlərə cəlb edilib-edilməmələri ilə bağlı veb səhifədə məlumat yerləşdirilməsə də, şəbəkənin tədris mərkəzi tərəfindən xeyi sayda təlim proqramları təklif olunur.85. Bu səbəbdəndir ki, Şəffaflıq Azərbaycan təşkilatı tərəfindən elektrik enerjisindən istifadə edən vətəndaşlar arasında keçirilən sorğuya əsasən respondentlərin 19%-i şəbəkə inspektorlarının davranışlarından narazıdırlar. 25% respondent kabellərin çəkilməsi və sayğac üçün rüşvt verdiyini qəbul edir. Azərenerjinin xidmətlərindən istifadə edən vətəndaşlar (20%), Bakıelektrikşəbəkə (14%) ilə müqayisədə daha çox rüşvət verdiklərini bildirirlər.
İstehlakçılar arasıda ən ciddi problemlər arasında tez-tez baş verən işıq kəsintisi və cərəyanın ani dəyişikliyidir.86. Amma Azərenerji tərəfindən elektrik enerjsinin istehsalatında istifadə olunan yanacağın-təbii qazın keyfiyyətinin artması istehlakçılara verilən enerjinin keyfiyyətinin artmasına gətirib çıxarıb. Amma “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən 300 dən artıq ev təsərrüfatında keçirilən sorğunun87 nticələrinə görə respondentlərin yalnız yarısı elektrik enerjisinin keyfiyyətindən razılığını bildirir. Maraqlıdır ki, 57.5%-in 47.5%-nə nisbətində Azərenerjinin abonetləri ilə müqayisədə bakıelektrikşbəkənin abonentləri elektrik enerjisinin keyfiyyətindən daha razıdırlar. Bundan başqa, Bakıelekrikşəbəkənin fəaliyyəti Azəerenerji ilə müqayisədə daha yüksəkdir. Belə ki, Şəbəkənin sorğuda iştirak edən respondentlərinin 96%-i tez tez işıq kəsintilərinin olmadığını bildirir. Azərenerji ilə bağlı bu göstərici 77.6%-dir.
Elektrik enerjsindən istifadəyə görə onlayn ödənişlərin sayının artırılmasına baxmayaraq sorğuda iştirak edən respondentlərin yalnız 19%-i bu xidmətlərdən istifadə edir. Abonentlərin əksəriyyəti poçt vəya bankalar vasitəsi ilə ödəniş etməyə üstünlük verir. (71%). Respondentlərin 8%-i hələ də ödənişləri yerli inspektorlar vasitəsi ilə etdiklərini bildiriblər.
Abonentlərin hüquqları barədə hələ də müqavilələrdə bəndlər daxil edilməyib və bu enerji təchizatçısıya qarşı maliyyə məsələləri ilə bağlı mübahisələrin yaranmasına gətirib çıxarır. Respondentlərin 25%-i bu halla üzləşdiklərini bildiriblər. Abonentlərin mübahisələri daha çox Azərenerji ilə olur. Belə ki, sorğuya qatılan Azərenerji abonetlərinin 28, Bakıelektrikşəbəkənin isə 12%-nin qurumla mübahisəsi mövcuddur. Mübahisəli məqamlar daha çox ödəniş haqqları ilə bağlıdır.
Qaynar Xətt

Qaynar xəttlərə daxil olan müraciətlər barədə məlumat almaq imkanları mövcud deyil. Qaynar xəttin fəaliyyəti ilə bağlı şəffaflığın artırılması və işində yol verdiyi qüsurlara görə əməkdaşların cəzalandırılması ilə bağlı məlumatların dərc edilməsi, əməkdaşların ümumi fəaliyyət keyfiyyətinin artmasına gətirib çıxarardı. Sorğuya qatılan respondentlərin yalnız 54% elektrik müfəttişlərinin qanunsuz fəaliyəti barədə eşitmədiklərini vəya bu hala rast gəlmədiklərini bildiriblər. Burada da Bakıelektrikşəbəkənin göstəricisi Azərenerji ilə müqayisədə daha yüksəkdir. (71%-in 52%-ə nisbətində).


Vebsəhifə

Bakıelektrikşəbəkə öz vebsəhifəsində smat tipli sayğaclar və vətəndaşalrın qarşılaşa biləcəkləri problemlər və onların aradan qaldırıla bilmə yolları barədə ətraflı məlumat yerləşdirib. Istifadə edilən enerjiyə görə yaranan borcun öyrənilməsi üçün də veb səhifədə imkanlar mövcuddur, lakin ödəniş tarixçəsi barədə məlumat əldə etmək mümkün deyil88.


Elektron xidmətlər

Lektron xidməllərin göstırilməsi ilə yeniliklər müşahidə edilməyib. Azərenerji tərəfindən göstərilən iki xidmət hökümətin vahid elektron portalına daxil edilib89 Amma elektron ödənişdən istifadə mümkün olsa da, istehlakçılar elektrik şəbəkəsinə qoşulması ilə bağlı xidmət aktiv deyil.


Şəffaflıq və hesabatlılıq

Enerji təchizatında şəffaflığın artırılması ilə bağlı müsbət təşəbbüslərdən biri APESA-Azərbaycan Mühəndislər və energetiklər cəmiyyətinin enerji sahəsindəki problemlərin müzakirəsi ilə bağlı forumun keçirilməsidir90.



Yekun və tövsiyələr

Yüksək vəzifəli məmurlar tərəfindən bildirilir ki, Azərbaycanın enerji istehsalı üçün kifayət qədər imkanları mövcuddur91, beynəlxalq ekspertlər təsdiqləyirlər ki, ölkə daxili tələbatını ödəyəcək qədər enerji istehsal edir92. Bununla belə, enerjinin ötürülməsi və paylanmasında yol verilən itkilərə görə Azərbaycan hələ də enerji-bacarıqsız ölkələr sırasına daxildir. 2010-cu ildə bu itkilər 20.47% həcmində olub. Bu istiqamətdə ən aşağı göstərici 10.45%-lik nəticə ilə 2005-ci ildə qeydə alınıb93. Bu itkilərin aradan qaldırılması ilə bağlı olaraq beynəlxalq səviyyədə dəstəyin göstərilməsinə baxmayaraq94,95, enerji itkisi hələ də əhəmiyyətli həcmdədir və bu yerli səviyyədə ehtiyacların aradan qaldırılması üçün ölkəni idxaldan asılı edir96.


Elektrik enerjisinin istehsalatı ilə bağlı müəssisələrin əksəriyyəti sovet dövründən qalmadır və avadanlıqların əksəriyyətinin köhnəlməsi97 eyni zamanda əməkdaşların müasir istehsalatın tələblərinə cavab verən təlim proqramlarına cəlb edilməmələri səbəbindən problem ciddi olaraq qalmaqdadır. 98; 99 Son illər şirkətlərin öz texnikalarını yeniləməsi, xüsusən yeni enerji stansiyaların tikilməsi nəticəsində bu istiqamətdə irəliləyişlər qeydə alınıb. Amma bununla belə, bu istiqamətdə işlər daha da sürətləndirilməlidir. .
ŞA-nın ALAC mərkəzlərinə edilən şikayətlər əsasında demək olar ki, korrupsiya və korporativ idarəetmə ilə bağlı problemlər də ciddidir.
Hökumətin daha əvvəl tarifləri artırıb daha sonra abonetlərin ödənilməli olduqları vəsaitləri silməsinin səbəbləri aydın deyil100. Bu problem bütün ölkə boyu köhnə sayğacların yeni smart sayğaclarla əvəz edilməsi yolu ilə həll edilə bilər.
Azərbaycanda keyfiyyətə nəzarət və aşağı səviyyəli elektrik lampalarının ölkə bazarına daxil olmasının qarşının alınması ilə bağlı çatışmazlıqlar mövcuddur. Bununla yanaşı ölkə boyu elektrik enerjisinin sərfiyyatının səmərəliliyinin artırılması üçün mütəmadi olaraq media və məktəblərdə maarifləndirmə kompaniyaları təşkil olunmur.101.
Bütün bu faktorlar paytaxt Bakıda və xüsusilə regionlarda enerji təchizatında kəsintilərə gətirib çıxarır 102,103.
Smatr sayğacların quraşdırılması, ödəniş qəbzlərinin sayğac əsasında təmin edilməsinə, çox adamın istifadə etməməsinə baxmayaraq onlayn və pay pointlər vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün sistemin qurulması nəticəsində elektrik enerjisinin təminatı sahəsində irəliləyişlər qeydə alınıb. Amma bununla belə, hələ də korrupsiya üçün kifayət qədər boşluqlar qalmaqdadır və bu sahədə inkişaf üçün geniş imkanlar qalmaqdadır. Bəzi tövsiyələr aşağıda göstərilib.


  1. Elektrik enerjisnin istehsalatının və ya ən azından ötürülməsi və satışının əks mərkəzləşdrilməsinin aprılması istiqamətində qanunvericiliyin formalaşdırılması və bu sahədəki təbii monopoliyanın aradan qaldırılması və rəqabətlilik mühitinin formalaşdırlması.

  2. Bakılektrikşəbəkə tərəfindən audit olunmuş məcmu maliyyə hesabatının hazırlanması və ictimaiyyətə açıqlanması.

  3. Bütün ölkə üzrə köhnə tipli sayğacların yeni smart sayğaclarla əvəz olunması

  4. Istehlakçılarla bağlanan müqavilələrə əlavələr etməklə, istehlakçıların öhdəlikləri ilə yanaşı onların hüquqlarının müqaviləyə daxil edilməsinin təmin edilməsi.

  5. Yeni texnologiyaların tətbiqi və əməkdaşların təlimə cəlb edilməsi ilə enerji itkisinin qarşısının alınması.

  6. Təlimlər və ciddi nəzarət yolu ilə korporativ idarəetmə standartlarının yüksəldilməsi

  7. İşıqlandırma avadanlıqlarına yeni standartlar gətirməklə, yeni işıqlandırma texnologiyasının tətbiqi.

  8. İstehlakçıların öz hüquqları və məsuliyyətləri barədə, eyni zamanda elektrik enerjisindən qənaətli istifadə ilə əlaqədar məlumatlanma məqsədilə ictimai maarifləndirmə kompaniyalarının təşkili


Mənbəblər:


  1. Bakıelektrikşəbəkənin veb səhifəsi www.bes.az

  2. Azərenerjinin veb səhifəsi www.azerenerji.gov.az

  3. Bakıelektrikşəbəkədən 20 İyun 2013-cu il tarixində daxil olmuş DX-1310953 nömərli məktub  

  4. Azərbaycan mediasında dərc olunan məlumatlar

  5. Şəffaflıq Azərbaycan təşkilatının ALAC və LRC layihələrinin məlumat bazası

  6. Şəffaflıq Azərbaycan təşkilatı tərəfindən keçirilmiş kiçik həcmli sorğu, Noyabr 2013, www.transparency.az


Əlavə 1. Elektrik enerjisi istifadəçiləri araasında keçirilən mini sorğu
Metodoloji qeyd
Bu kiçik sorğu Şəffaflıq Azərbaycan təşkilatı tərəfindən 2013-cü ilin Noyabr ayında 282 respondent arasında keçirilib. Bu respondentlərin 106 nəfəri facebook sosial vasitəsi ilə sorğuya qatılıb. Sosial şəbəkə istifadəçiləri monkey survey proqramından istifadə etməklə hazırlanan sorğunu cavablayıblar. Gəncə, Lənkəran, Quba və Lənkəran şəhərində 103Azərenerji abonenti ilə üz-bə-üz müsahibə aparılıb. Bakıda isə Bakıelektrikşəbəkə abonetlərinin 73 abonenti müsabibəyə cəlb olunub. Müsahibələrdən əldə olunan məlumatlar ŞA əməkdaşları tərəfindən elektronlaşdırılıb və elektron sorğuya salınıb. Biz qəbul edirik ki, bu sorğu Azərbaycanda iki əsas enerji paylayıcı şirkətin ümumi qiymətləndirməsini aparmaq üçün kifayət deyil. Bu sorğu sadəcə olaraq bir qrup müştərinin göstərilən xidmətlərə olan münasibətləridir. ŞA tərəfindən digər resurslardan istifadə etməklə apardığı monitorinqin nəticələri də oxşar mənzərəni ortaya qoyur.


  1. Elektrik enerjisinin keyfiyyətindən razısınızmı?




Məlumat mənbəsi

Bəli

Tam yox

Xeyir

Digər

Ümumi

Facebook

59

39

8

0

106

Bakıda keçirilən sorğu

42

27

3

1

73


Regionlarda keçirilən sorğu

49

30

24

0

103

Ümumi

150

96

35

1

282

Ümimi qiymət %

53%

34%

12%

4%

100%



  1. Elektrik enerjisinin verilməsində fasilələr olurmu?




Məlumat mənbəsi

Xeyr

Nadir hallarda

Həftədə 2-3 təpə

Digər

Ümumi

Facebook

29

65

11

1

106

Bakıda keçirilən sorğu

17

53

3

0

7

3


Regionlarda keçirilən sorğu

16

64

21

2

103

Ümumi

62

182

35

3

282

Ümimi qiymət %

22%

64%

12%

2%

100%



  1. Təchizaatçı idarənin əməkdaşları tərəfindən vəzifədən sui-istifadə halları ilə rastlaşırsınızmı?




Məlumat mənbəsi

Xeyir

Bəli

Başqalarından eşitmişəm

Əmək fəaliyyətim ilə əlaqədar rastlaşmışam

Ümumi

Facebook

47

38

18

3

106

Bakıda keçirilən sorğu

52

12

8

1

73

Regionlarda keçirilən sorğu

54

27

21

1

103

Ümumi

153

77

47

5

282

Ümimi qiymət %

54%

27%

16%

3%

100%




  1. Elektrik enerjisi üçün ödənişi necə edirsiniz?




Məlumat mənbəsi

Poçt şöbələrində vəya bankda

Elektron formada

Nəzarətçiyə

Digər


Ümumi

Facebook

70

26

10

0

106

Bakıda keçirilən sorğu

55

14

3

1

73


Regionlarda keçirilən sorğu

76

15

12

0

103

Ümumi

201

55

25

1

282

Ümimi qiymət %

71%

19%

8%

2%

100%




  1. Təchizatçı idarə ilə maliyyə xarakterli mübahisəniz olubmu?




Məlumat mənbəsi

Xeyr

Həqiqətə uyğun olmayan akt tərtib edilib

Sayğacla əlaqədar protocol tərtib edilib

Digər

Ümumi

Facebook

75

22

7

2

106

Bakıda keçirilən sorğu

64

3

2

4

73

Regionlarda keçirilən sorğu

75

14

8

6

103

Ümumi

214

39

17

12

282

Ümimi qiymət %

75%

13%

7%

6%

100%

  1. Elektrik müfəttişlərinin davranışları size qane edirmi




Məlumat mənbəsi

Bəli

Xeyr

Rüşvət tələb edirlər

Digər

Ümumi

Facebook

73

23

5

5

106

Bakıda keçirilən sorğu

66

2

2

3

73


Regionlarda keçirilən sorğu

89

10

3

1

103

Ümumi

228

35

10

9

282

Ümimi qiymət %

81%

12%

4%

3%

100%




  1. Elektrik sayğacının dəyişdirilməsi və kabelləşdirmə aparılarkən sizdən pul alınıbmı?




Məlumat mənbəsi

Bəli

10-30 manat alınıb

30 manatdan çox alınıb

Özüm könüllü vermişəm

Ümumi

Facebook

65

23

6

12

106

Bakıda keçirilən sorğu

63

5

2

3

73


Regionlarda keçirilən sorğu

83

10

3

7

103

Ümumi

211

38

11

22

282

Ümimi qiymət %

75%

13%

4%

8%

100%



1 2010-2012-ci illər üzrə İkinci “Elektron Azərbaycan” Dövlət Proqramı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin vebsəhifəsi, www.mincom.gov.az

2  AR Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı, www.e-qanun.az

3 Ünvanlı Sosial Yardım haqqında Qanun, Ünvanlı sosial yardımın təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları, 16 may, 2006-cı il və Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi Qaydaları, 20 iyun, 2011.

4 Nazirlikdən daxil olan 27 sentyabr 2013-cü il tarixli, № 02/127 nömrəli məktub.

5 Azerbaijan has developed regulation on lump-sum social aid for ‘self-help’ of low-income families, FINEKO, 18 January 2013, http://abc.az/eng/news/71775.html


6 142 qaynar xətti haqqında 16 may, 2006-cı il tarixli

7 2011-ci ilin iyununda keçirilmiş birinci dəyirmi-masaya qədər, hökumət tərəfindən elektron xidmətlərin siyahısı tərtib olunmamışdı, ona görə də, bu sahədə heç bir tövsiyə verilməmişdi. Bununla belə, təlimsonrası e-xidmətlərin hazırlanmasının ŞA tərəfindən monitorinqi aparılmışdır.

8AR Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanının icrasına dair Hesabat, Sahibkarlığın İnkişafına Dəstək Fondu, "Konstitusiya" Araşdırmalar Mərkəzi və Şəffaflıq Azərbaycan, dekabr 2011, www.transparency.az

9 Hökumət Qurumlarının Onlayn Şəffaflığı, Media Hüququ İnstitutu tərəfindən 67 dövlət qurumunun vebsaytlarının qiymətləndirilməsi hesabatı, 2011, www.mediarights.az

10 “Sosial xidmət haqqında” AR Qanunu, Azərbaycan Respublikası Prezidentinin 14 mart, 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuşdur.



11 “Sosial xidmət haqqında” AR Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 14 mart, 2012-ci il tarixli fərmanı və ondan irəli gələn AR Nazirlər Kabinetinin 4 aprel, 2012-ci il tarixli, 84 nömrəli qərarının 2.8 bəndi; və AR NK-nın 30 dekabr 2012-ci il, 330 nömrəli qərarı ilə təsdiq edilmişdir., www.cabmin.gov.az


12 Nazirlər Kabinetinin 30 dekabr, 2012-ci il, 330 nömrəli qərarı, www.cabmin.gov.az

13 Multimedia Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin vebsaytının qiymətləndirilməsi, www.cit.az

14 Nazirlər Kabinetinin 17 oktyabr, 2012-ci il tarixli, 235 nömrəli qərarı ilə Elektron xidmətlərin siyahısına edilən dəyişikliklər. Bu siyahı daha əvvəl Nazirlər Kabinetinin 24 noyabr, 2011-ci il tarixli qərarı ilə təsdiqlənmişdi.

15www.e-gov.az

16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin (rayon və şəhərlər üzrə) adlı Siyashısı, http://www.mlspp.gov.az/az/pages/6/251

17 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura, http://www.mlspp.gov.az/az/pages/174

18Dünya Bankı Qrupu – Azərbaycan Tərəfdaşlıq Proqramına Baxış, aprel 2013, www.worldbank.org

19 AR Nazirlər Kabinetinin 167 №-li qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" təlimatı 18 May 2012

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin