Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri



Yüklə 141,45 Kb.
səhifə16/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   12   13   14   15   16   17   18   19   ...   77
İri təşkilatlarda qanunvericiliyə əməl olunmamasıyla bağlı faktların aşkara çıxarılmasını və aradan qaldırılmasını – daxili audit şöbəsi, yaxud təftiş komissiyası həyata keçirir.

Auditor təşkilatının firmadaxili standartları, əgər təsis sənədlərində başqa qayda nəzərdə tutlmayıbdırsa, auditor təşkilatının rəhbərinin əmri ilə təsdiq edilir.

Daxili nə­zarət prosesində həmçinin həyata keçirilmiş təsərrüfat əmə­liyyatlarının mühasibat uço­tu­nun aparılması üzrə normativ sənəd­lərin tələblərinə uyğunluğu da yoxlanılır.



Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət – sərbəst auditorun və auditor təşkilatının işinin keyfiyyətini nəzərdə tutur.

Müvafiq sahə nazirliklərinin və birliklərinin nəzarət-təftiş idarə­ləri (şöbələri), eləcə də müəssisə və təşkilatların nəzarət-təftiş xidmət­ləri daxili audit qismində hesab edilir.

Daxili nə­zarət sisteminin əsas elementləri – nəzarət məkanı, nəzarət prosedurlarıdır.

Nəzarət sisteminin riskinin yüksək qiymətləndirilməsi ilə seçimin həcmi arasında asılılıq – bir başa asılılıqdır.

Əhəmiyyətlilik və auditor riski arasında əks əlaqə mövcuddur.

Auditor riski – maliyyə hesabatında əhəmiyyətli saxtalaşmalara yol verildikdə, auditor tərəfindən müvafiq olmayan fillir söylənilməsi başa düşülür.

Auditdə əhəmiyyətlilik – informasiyaların saxtalaşdırılması maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir edir.
Auditor təşkilatının firmadaxili standartları hazırlandıqda, auditor təşkilatı auditor fəaliyyətini tənzimləyən normativ aktları rəhbər tutmalıdır.

Onlar aşağıdakı əsas funksiya­ları yerinə yetirirlər:

tabeçilikdə olan müəssisə, təşkilat və idarələrin iqtisadiyyatının və­ziyy­ətini yoxlamaq;

istehsal, maliyyə və kommersiya fəaliyyətinin, təsərrüfat və maliyyə plаn­lа­rı­nın yerinə yetirilməsinin təhlili;

 qanunçuluğa və icra intizamına riayət edilməsinin, istehsalın səmərəliliyinin, rent­abelliyin yüksəldilməsi, ciddi qənaət rejiminin hə­ya­ta keçirilməsi üzrə iş­lə­rin vəzi­yyətinin yoxlanılması;

 idarəetmə aparatının strukturunun sadələşdirilməsi və idarəetmə xərclərinin аzаld­ılması;

 maliyyə və təsərrüfat pozuntularının, çatışmazlıqların və artıq gəlmələrin, təsərrüfatsızlığın aşkar edilməsi, həmin nöqsanları doğuran səbəb və hаl­lа­rın müəyyən edilməsi;

 mühasibat uçotunun qurulmasının düzgünlüyü və hesabatın dürüstlüyünə nə­zаrə­t, istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə təsərrüfatdaxili ehtiyat­lа­rın müəyyən edilməsi.

Həmin funksiyaların uğurlu yerinə yetirilməsi üçün hər bir nazirlik­də və idarədə təftiş və yoxlamaların planlaşdırılması və prak­ti­ki həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi, sonradan onla­rın icrasına nəzarətin həyata keçiril­məsi, daxili audit kadrlarının hazırlanması və onların ixtisasının artırılması, qanun­ların və norma­tiv aktların pozulmasının qarşısının alınması üzrə tədbirlərin hazır­lan­ması, eləcə də istehsal potensialından istifadənin səmərəliliyinin yük­səl­dilməsi ilə əlaqədar nəzarət - təftiş işləri təşkil edil­mişdir. Daxili auditorlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi nazir­liklər və baş idarələr tərəfindən hazırlanan sahə təli­mat­ları ilə reqla­ment­ləşdirilir.

Daxili audit orta və iri müəssisələrdə idarəetmə nəzarətinin zəruri elementi hesab edilir. Əgər daxili audit səmərəli aparılırsa, onun ma­te­rialları müfəs­səl yox­la­ma aparmadan kənar audit tərəfin­dən istifadə edilə bilər.

Kənar auditor tərəfindən daxili auditora göstərilən inam onun peşəkarlıüının və biznesin səmərəli aparılması üçün daxili auditorun fəaliyyətini stimullaşdırır. Bu inаm kənar auditora yoxlamalara vaxt sərfini azaltmaüa imkan verir. Lakin bu inam auditor rəyinin dürüstlüyü və dəqiqliyi üçün kənar auditorun məsuliy­yətini bölüş­dürmək və azaltmaq demək deyildir.

Kənar auditor daxili auditora tam olaraq inanma­ma­lıdır, çünki sо­­nun­cu mülkiyyətçinin struktur bölməsi hesab olunur. Daxili audit biznesin uüur­la aparılması üçün təsərrüfat subyektinin mene­ceri tərəfindən hazırlanmış metod və prosedurların məcmusun­dan istifadə edir.

Uçotla bağlı daxili auditin məqsədlərinə aid edilir: müəssisə­nin aktiv­lərinə gi­­ri­şin məhdudlaşdırılması; müəssisədə baş vermiş təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdiril­mə­­sinin düzgünlüyü; maliyyə informasiyalarının formalaşmasının düzgünlüyü. Buna görə də hesabi yoxlama, qarşılıqlı yox­lama, sə­nədlərin qar­şılıqlı yoxlanılması, inventarizasiyası, maliyyə nəticələrinin təhlili əsas auditor prosedurları hesab olunur.




Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin