Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Auditin planlaşdırılması mərhələsində aşağıdakı analitik prosedurlar həyata keçirilir



Yüklə 141,45 Kb.
səhifə46/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   42   43   44   45   46   47   48   49   ...   77
Auditin planlaşdırılması mərhələsində aşağıdakı analitik prosedurlar həyata keçirilir:

  • audit riskinin dərəcəsinin dəqiq müəyyənləşdirilməsi;

  • audit prosedurlarının miqdarının və həcminin azaldılması;

  • yoxlanılan iqtisadi subyektin fəaliyyətinin dərk edilməsi.

4-cü mərhələ.

Auditor yoxlamasının təşkili və yerinə yetirilməsi.

Bu mərhələdə, həmçinin yoxlanılan müəssisənin öz fəaliyyətini gələcəkdə də davam etdirə biləcəyini müəyyənləşdirməkdir. Auditin məqsədlərinə nail olmaq üçün – aktivlərin likvidliyi barədə balansın maliyyə təhlili – daha səmərəli prosedur olur.



5-ci mərhələ.

Auditor yoxlaması prosesində toplanmış informasiya əsasında auditor maliyyə hesabatının düzgün və ya düzgün olmadığı barədə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuni ilması haqqında nəticə çıxarır və auditor rəyi hazırlayır.

Son mərhələdə, audit rəyinin tərtibatından əvvəl təsərrüfat subyektinin gələcəkdə inkişaf etməsi imkanlarının ətraflı, işlənmiş və dərin təhlil həyata keçirilir.

Analitik prosedurların yerinə yetirilməsinin əsas mərhələləri-

  • prosedurun məqsədinin təyin olunması;

  • prosedurun növünün seçilməsi;

  • prosedurun yerinə yetirilməsi;

  • nəticələrin təhlili.

Beynəlxalq qaydalara müvafiq olaraq, “etibarliliq dərəcəsi” termini analitik prosedurların qiymətləndirilməsində - analitik prosedurların nəticəsilə bağlı dərəcə - deməkdir.

Auditin məqsədlərinə nail olmaq üçün – aktivlərin likvidliyi barədə balansın maliyyə təhlili proseduru daha effektli olur.

Auditor -audit yoxlamasının planını hazırlamaq məqsədləri üçün – nəzarət prosedurlarını dərindən bilməlidir.

Auditor -audit yoxlamasının ümumi planını hazırlayan zaman, nəzarətin bütün prosedurlarından istifadə tələb olunmur.

Audit yoxlamasının ümumi planı – yoxlamanı aparan auditor tərəfindən tərtib edilir.

Auditor auditin planlaşdırılmasını auditin ümumi prinsiplərinə, habelə aşağıdakı xüsusi prinsiplərə uyğun olaraq aparılır:

a) planlaşdırmanın kompleksliyi;

b) planlaşdırmanın fasiləsizliyi;

c) planlaşdırmanın optimallığı;

Auditin planlaşdırılmasının kompleksliyi prinsipi ilkin planlaşdırmadan tutmuş auditin ümumi planının və proqramının tərtibinə qədər planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı uyğunluğunun təmin olunmasının nəzərdə tutur.

Auditin planlaşdırılmasının fasiləsizlik prinsipi auditorlar qrupuna əlaqəli tapşırıqların verilməsində və planaşdırmanın mərhələlərinin müddətlər və təsərrüfat subyektləri üzrə əlaqələndirilməsində ifadə edilir.

Audit planı özündə audit prosedurunun xarakterinin, müddətinin və həcminin təsvirini birləşdirir.


Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin