Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Auditor auditin planlaşdırılmasını aşağıdakı əsas mərhələlərə ayırır



Yüklə 141,45 Kb.
səhifə48/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   44   45   46   47   48   49   50   51   ...   77
Auditor auditin planlaşdırılmasını aşağıdakı əsas mərhələlərə ayırır:

a) auditin ümumi planlaşdırılması;

b) auditin ümumi planını hazırlanması və tərtib edilməsi;

c) auditin proqramının hazırlanması və tərtib edilməsi;

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor təşkilatları və ya sərbəst auditorlar tərəfindən təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatının auditini planlaşdırılarkən tətbiq edilkən normalarının müəyytən olunması məqsədilə “Auditor xidməti haqqına” Azərbaycan Respublikasının Qanunundan, “Auditin planlaşdırılması” beynəlxalq audit standartlarından istifadə edirlər. Standartın tələbləri rəsmi auditor rəeinin hazırlanması nəzərdə yuyulan auditin aparılmasında bütün auditorlar üçün məcburi, auditor rəeinin hazırlanması tələbolunmayan könüllü auditdə, habelə digər auditor xidmətlərinin göstəriliməsində isə tövsiyyə xarakteri daşıyır. Konkret tapşırığın yerinə yetirilməsində bu standartın məcburi tələblərindən yayınma hallarında auditor bunu öz iş sənədlərində, habelə

audit və ya digər auditor xidmətlərini sifariş edən təsərrüfat subyektinin rəhbərliyinə təqdim etdiyi rəsmi hesabatda məcburi qaydada qeyd etməlidir. Auditor auditin planının və proqramının hazırlanmasına başlayarkən, təsərrüfat subyekti haqqında ilkin biliklərə, habelə keçirilmiş analitik prosedurlarınnəticələrinə əsaslanmalıdır. Bu zaman auditor təsərrüfat subyektinin daxili nəzarət sisteminin səmərəliliyini və nəzarət riskini qiymətləndirməli və bu məqsədə kifayət qədər auditor sübutları toplamalıdır. Auditor auditin planını və proqramını tərtib edərkən informasiyanın işlənməsi,auditor prosedurlarının həcmini və xarakterini dəqiq müəyyənləşdirməyə imkan verən metodları seçir. Əgər auditor məqsədəuyğun hesab edərsə, auditin planının və proqramının ayrı – ayrı müddəalarını təsərrüfat subyektinin rəhbərliyi ilə razılaşdırıla bilər. Bu zaman auditor auditin ümumi planında və proqramında əks olunan üsulların və metodların seçilməsində müstəqildir, lakin o, iş planına və proqrama uyğun olaraq öz işinin nəticələrinə görə tam məsuliyyət daşıyır.




Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin