Avropa ədəbiyyatında tənqidi realizm


Valter Skottun həyatı və yaradıcılığı



Yüklə 17,05 Kb.
səhifə3/3
tarix31.12.2021
ölçüsü17,05 Kb.
#113651
1   2   3
edebiyyat

Valter Skottun həyatı və yaradıcılığı

Valter Skott Edinburqda imkanlı şotland hüquqşünası Valter Conun (1729-1799) və Edinburq universitetinin tibb professorunun qızı Anna Rezerfordun (1739-1819) ailəsində anadan olmuşdur. O, ailədə 9-cu uşaq idi, bu ailədə böyüyən 13 uşaqdan yalnız 6-sı salamat qalmışdır. 1772-ci ilin yanvarında uşaq iflici xəstəliyinə tutulan Valter Skotun sağ ayağı hərəkət qabiliyyətini itirmiş və o, ömrü boyu şikəst qalmışdır.

Uşaqlıq illərini Sendinoyda babasının fermasında və dayısının Kelso yaxınlığında yerləşən evində keçirən Valter Skott Şotlandiyanın sərhəd əyalətləri ilə sıx əlaqəli olmuşdur. Fiziki qüsurlarına baxmayaraq hələ yeniyetmə yaşlarında o, ətrafındakıları iti ağlı və fenomal yaddaşı ilə heyrətləndirirdi.

Valter Skott 1778-ci ildə Edinburqa qayıtmışdır. 1779-cu ildən Edinburq məktəblərində təhsil alan Valter Skott 1785-ci ildə Edinburq kollecinə daxil olmuşdur. Kollecdə təhsil alarkən o, alpinizmə dərin maraq göstərmiş, fiziki cəhətdən möhkəmlənmiş, yaşıdları arasında natiqlik qabiliyyəti ilə fərqlənmişdir.

Atasının istəyi ilə 1792-ci ildə Edinburq universitetinin hüquq fakültəsini bitirən Valter Skott əyalətlərin birində fəaliyyətə başlayır.

Valter Skott 1791-ci ildə öz ilk məhəbbəti ilə - Edinburq vəkilinin qızı Vilyamina Belşes ilə tanış olmuşdur. O, beş il bu qızla ailə qurmağa cəhd göstərdi, lakin Vilyamina, nəhayət, imkanlı bankirin oğlu Vilyam Forbsu ondan üstün tutdu və 1796-cı ildə Vilyam Forbsa ərə getdi. Bu uğursuz məhəbbət Valter Skott üçün ağır zərbə oldu və sonralar Vilyamina surəti yazıçının romanlarının qəhrəmanları arasında xüsusi yer tutmuşdur.



1832-ci ildə infaktdan vəfat etmişdir.
Yüklə 17,05 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin