Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə32/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   28   29   30   31   32   33   34   35   ...   109

2-ŞURA


Seyyid Haşim Bəhrani hicri tarixi ilə 11-ci əsrin sonu və ya 12-ci əsrin əvvəllərində yaşamış böyük alimlərdən və mühəddislərdən biridir. O, çoxlu kitab, o cümlədən məşhur "Əl-Burhan" təfsirini yazmışdır. Həmin kitabın 265-ci səhifəsində mötəbər sənədlə İbni Babəveyh Qumidən, o da Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın böyük səhabələrindən biri olan Amir ibni Vailədən bir rəvayət nəql edir. Həmin rəvayətdə aşağıdakı cümlələr gözə dəyir:

ثُمَّ ذَكَرَ ماَ احْتَجَّ بِهِ عَليَ اَهْلِ الشُّوريَ فَقاَلَ فِي ذلِكَ: نَشَدْتُكُمْ بِاللهِ هَلْ فِيكُمْ اَحَدٌ اَنْزَلَ اللهُ فِيهِ أيَةَ التَّطْهِيرِ عَليَ رَسُولِ اللهِ: اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ... قاَلُوا اللّهُمَّ لاَ.



"Sonra Həzrət Əli müsəlmanların rəhbəri olmağa yalnız özünün ləyaqətli olduğunu isbat etməyə başladı. O, şura iştirakçılarını Allaha and verib soruşdu: "Sizin içinizdə elə bir adam varmı ki, "İnnəma yuridullah" ayəsi ("Təthir" ayəsi) onun barəsində nazil olmuş olsun?!"34 Şurada iştirak edənlərin hamısı "Allaha and olsun ki, yox!"-deyə cavab verdilər. (Yəni "Təthir" ayəsi ancaq Əhli-beyt(əleyhimussalam) haqqındadır.)

Deməli, Həzrəti Əli iki dəfə, özü də ən həssas anlarda özünün rəhbərliyə layiq olmasını "Təthir" ayəsinə istinadən sübut etmiş və aydınlaşdırmışdır ki, bu ayə müsəmanlara rəhbərliyi, imamət vəzifəsini təyin edir və müsəlmanlara yalnız bu ayənin bəyan etdiyi şəxs rəhbər ola bilər.

O anlardan birincisi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vəfat edəndən sonra və xəlifə seçkisi üçün rəqabət yaranan zaman idi. (Belə ki, ayənin nazil olmasından hələ çox keçməmişdi.)35 İkincisi isə, Ömərin, özündən sonra xəlifə seçməyi altı nəfərlik şuranın öhdəsinə qoyduğu vaxt. Bu zaman yenə də çox ustalıqla hiylə işlədib Həzrət Əlini, özünün danılmaz haqqından məhrum etdilər. Bu şura təşkil olunan zaman Peyğəmbərin vəfatından təqribən 13 il, "Təthir" ayəsinin nazil olmasından isə 13 il və bir neçə ay keçmişdi. İmam Əli (əleyhissalam) əvvəldə buyurduğu sözünü burada da təkrar etdi, ona istinadən həqiqi xəlifəni təqdim edərək onun özündən başqa heç kəsin bu müqəddəs məqama, həssas vəzifəyə seçilməyə ləyaqəti olmadığını aydınlaşdırdı.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin