Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə43/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   39   40   41   42   43   44   45   46   ...   109

İKİNCİ DƏSTƏ


Yuxarıda qeyd etdik ki, bəzi sünnü müfəssir və alimləri də "Təthir" ayəsinin yalnız Peyğəmbərin zövcələri haqqında nazil olduğunu, yaxud o Həzrətin yaxın adamları barəsində olsa da zövcələrinə də şamil olduğunu iddia edirlər. Onların cavabında deməliyik ki, Peyğəmbərin zövcələri barəsində olan ayələr nə onların müqəddəratları haqqında Allahın əzəli iradəsindən söz açır, nə də onların fəzilətli olmalarına dəlalət edir. Lakin "Təthir" ayəsi Allahın əzəli iradəsindən söz açaraq "Əhli-beyt" adı ilə tanınmış xüsusi bir dəstənin başqalarından fəzilətli, şərəfli və üstün olmalarını sübut edir. Belə isə hansı dəlilə əsasən, "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə də aid olmasını deyə bilərik? (Bu haqqda şərh veriləcək.)

Fərz edək ki, "Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmuş ayələrlə yanaşı gəlməsi və cümlə quruluşu bu ayənin onlara da şamil olmasına bir əlamətdir. Lakin bu fərz yalnız cümlə quruluşunun vahid ahəngdə gəlməsindən başqa bir şeyə dəlalət etmir. Həm də bu qərinənin saysız-hesabsız rəvayətlər müqabilində müqavimət etməyə taqəti çatmaz. Halbuki Əhli-beytin yalnız beş nəfərdən ibarət olmasını aşkar bəyan edir və bu ləqəb Peyğəmbərin zövcələrinə aid deyildir. Ümmü Sələmə və şəxsən Ayişənin özü də bunu etiraf etmişlər.

Əgər sünnü alimləri "Təthir ayəsinin Peyğəmbərin zövcələrinə şamil olduğunu açıq-aşkar göstərən rəvayətlər də vardır" – desələr, cavabında deyərik ki, sizin dediyiniz belə rəvayətləri yalnız Əkrəmə və onun kimiləri nəql edirlər ki, ya öz şəxsi rəy və nəzərlərini irəli sürür, ya da İbni Abbasın adından yalan nəql edirlər, halbuki sizin özünüz də ravilərin adil və ya fasiq olmasını araşdırmaq üçün yazdığınız kitablarda onları yalançı və əqidəsiz adamlar kimi təqdim etmisiniz. Buna görə də vicdanlı bir şəxs yersiz iddialara qapılmamalı, "Təthir" ayəsinin yalnız beş nəfərə–Ali-əbaya aid olmasında şəkk etməməli və Peyğəmbərin zövcələrinin bu böyük feyzdən, Allahın xas mərhəmətindən bəhrələnmədiklərini hökmən qəbul edilməlidir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin