AYƏTULLAH KAŞİFÜL-ĞİTA
CƏFƏRİ MƏZHƏBİ
VƏ ƏSASLARI
Tərcümə edən: Əbdülbaqi Gölpinarlı
Azəricə işləyəni: Hafiz Abıyev
İran İslam Cümhuriyyəti «Əlhuda»
Beynəlxalq nəşriyyatının
Bakı şöbəsi ‒ 1993
GİRİŞ
İslam dini, ictimai qaydaları toplayan, insanlar arasında birliyi saxlayan, bir tərəfdən insanın öz nəfsini nəzarət altına almasını, o biri tərəfdən də fərdi cəmiyyətin faydasına verməyi əsas tutan bir dindir.
İslam dini insanlara eyni münasibət bəsləyən, üstünlüyü yalnız cəmiyyətə faydalı olmaqda görən, insan iradəsini bəşəriyyətin faydasına yönəldən, təkəbbürü qətiyyətlə rədd edən, buna zorla deyil, ağılla, məntiqlə, gözəl öyüdlə yetişməyi vacib sayan, cihadı yalnız nəfəslə, yaxud da islam ölkəsinin düşmənlərilə məhdudlaşdıran bir dindir.
İslam dini meydana gəldiyi ilk günlərdən göləliklə mübarizəyə girişən, bəndəyə qul olmaqı yasaq edən, hürruyyəti əsas götürən, bəndəliyin nüfuzunu qaldırmaq üçün bir yandan dini günahların kəffarəsi olaraq, o biri yandan da ulu Tanrıya yaxınlaşmaqa vəsilə tutaraq çalışan, yaşayış hürruyyət nizamına daxil edən, dünyanı cənnətə çevirməyə cəhd edən bir dindir.
İslam dini son dindir və son olan da özündən əvvəlkilərdən təkmildir, kamildir. İslam ən kamil və mükəmməl şəriətə əsaslanlır və digər bir dinə ehtiyac qalmadığını qəti olaraq söyləmişdir. Bu din ən son və bəşəri ehtiyaclara tam cavab verir.
İslam dini həqiqətdə ən çox üstünlük verən, savaşan tərəfləri sakitləşdirən, hər bir bilənin yalnız doğrunu buyurmasını, pisliyi, batili rədd etməsini vacib sayan, zülmkar, haqsız buyuruq sahiblərinə qarşı həqiqəti söyləməyi ən üstün mübarizə hesab edən bir dindir.
İslamın başlanğıcında hər mücahidin öz həyatını cəmiyyətə necə fəda etdiyi haqqında söz açmalı olsaq, onda bu «Ön söz»ün sonu görünməz.
Fəqət gedərli də olsa qeyd edək ki, islamın başlağıcından uzaqlaşdıqca onun saflığına xələl gətirən, yüksək qayələrindən ayrılan bəzi firqələr üzündən müsəlmanların arasına düşən nifaq çoz pis nəticələr vermişdir. Bu, müsəlman birliyini bir-birinə düşmən olan qütblərə ayırmışdır ki, bunları burada şərh etməyə ehtiyac və imkan yoxdur. Bunun üçün ayrı bir kitab yazmaq gərəkdir.
Ancaq bunu da söyləyək ki, hər hansı bir məzhəbin, firqənin, cərəyanın düşüncələrini, inanclarını, əməllərini, hər şeydən əvvəl, o məzhəbin əsas kitablarından öyrənmək lazımdır. Türk dilində «Düşmən düşmənə mövlud oxumaz» atalar sözü məşhurdur. Hər hansı məzhəbin, firqənin əleyhinə çıxanlar, əlbəttə iftiralara hədəf olacaq, olmazın sözlər eşidəcəklər.
İslam əsaslarından uzaqlaşan firqələri bir yana qoyaq. Müsəlman qardaşlarımız Həzrət Peyğəmbərin (s) nəslindən olan, dinin əsaslarını ən yaxşı bilən və on iki imamın pak cəddindən mənimsədikləri ilə hökm edən Cəfəri məzhəbi haqqında, bu məzhəbin əsas mənbələrindən deyil, düşmənlərin kitablarından məlumat almışlar.
Ona səltənət dövrünün siyasi rəqabətinin də böyük təsiri olmuşdur. Hətta şiəliyin hicri 930-cu ildə vəfat edən Şah İsmail Səfəvi tərəfindən icad edildiyini söyləyən, yaxud da bu məzhəbin islam dininə qarşı qoyulduğunu iddia edən cahillər də vardır. Onlar Həzrət Əlinin (ə) və övladının, Mühəmmədin (s) Əhli-beytinin belə siyasi məqsədlərə alət olmayacağını, bu məzhəbin sədri-islamdan bəri mövcud olduğunu, «şiə» sözünə ayələrdə, hədislərdə rast gəlindiyini bilmirlər.
Bu gün artıq aqlı başında olan hər bir müsəlman islam ölkələrinin bir-birlərinə yaxınlaşmasını və onların islam dininin əsası olan Tövhid və qardaşlıq bağları ilə bağlanması lüzumunu dərk edir.
Namaz qılan, namazda eyni qibləyə sarı dönən, eyni Peyğəmbərin Tövhid bayrağı altına toplaşan, eyni Kitabı tanıyan və eyni dini əsaslara bağlı olan müsəlmanların bir-biri ilə qardaş olması həqiqətdir. Gərək heç bir müsəlman bəd niyyətlilərin, yaxud da cahillərin fəsadına uymasın.
«İmamiyyə-isnaəşəriyyə»nin əsas inanclarını və əməllərini möhkəm, fəqət müxtəsər bir şəkildə əhatə edən mənbəni - böyük alim Məhəmməd Hüseyn Kaşifil-Ğitanın ərəbcə yazdığı «Əslüş-şuəti və üsuliha» kitabını «Cəfəri məzhəbi və əsasları» adı altında türkcəyə tərcümə etməyi özümüzə borc bildik. Bu kitabdan digər müsəlman məzhəblərinə mənsub olanların da Cəfəri məzhəbi haqqında məlumat əldə etməsi mümkündür.
Ümidvarıq ki, əhli-sünnət əzizləri və hər bir sağlam düşüncəli, insaf və mürüvvət əhli olan şəxs bu kitabı iman ilə oxuyacaq və aradakı ayrılıq ortadan götürüləcək.
Böyük Mövlanımız bu xüsusda bizə tərcüman olaraq buyurur:
Dostları ilə paylaş: |