Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


YEYİLƏCƏK VƏ İÇİLƏCƏK ŞEYLƏR



Yüklə 202,7 Kb.
səhifə39/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   57
YEYİLƏCƏK VƏ İÇİLƏCƏK ŞEYLƏR
Heyvanlar üç qidimdir: quru heyvanı, su heyvanı və havada uçan quşlar. Su heyvanlarının, yəni balıqların, qeyd etdiyimiz kimi, axçalı olmadı vacibdir. Bunların kürüləri də halaldır. Quru heyvanlarından qoyun, əhliləşdirilmiş öküz və dana, buğa, dəvə, vəhşi öküz, dağkeçisi, ceyran, toyuq və toyuq kimilər halaldır. At, qatır və eşşək məkruhdur. Yırtıcı caynaqları olanlar, qurd, dovşan, tülkü, kərtənkələ, ilan və b. haramdır. Aslan, soğulcan və qurdlar, həşarat mütləq olaraq haramdır. Havada uçanlardan şahın və doğan cinsdən olanlar haramdır. Digər quşlar gəlincə şərin halal etdiklərində üç hal vardır: uçarkən qanadlarını daha çox düz tutanlar və daha az qanad çalanlar haramdır. Bunun əksi olanlar isə haramdır. Yerdə olanlar ayaqlarında mahnız varsa halaldır, yoxsa haramdır. Bayquş və ona bənzərlər, tovuz, körpü, arı heyvanları haramdır. Leş yeyən qarğalar (ala qarğa) haramdır.

Heyvanlardan başqa yeyilən və tikilən şeylər haqqında ümumi hökm bu əsaslara bağlıdır:

1) Qəsb edilmiş hər şey haramdır.

2) Murdar olan hər şey haramdır.

3) Hər pis və zərərli şey haramdır.

Mayələrdən ən haram olanı şidikdir. Ondan daha çox haram olanı isə şərab, pivə və s.-dir. Bunlar (şərab, pivə) qaynayıb üçdə ikisi gedənə qədər haramdır. İçkinin haram və murdarlığı barəsində müsəlman məzhəblərinin heç biri şiəlik qədər kəskin mövqe tutmur. İmamlardan (s) bu barədə o qədər qorxuducu, o qədər şiddətli xəbərlər gəlmişdir ki, bunların eşidən hər bir şəxsin saçları ağarar, ən cürətli insan belə qorxar. Şərabı çəkənə, satana və içənə Allah lənət etsin, - deyə bir xeyli xəbərlər varid olmuşdur və islam şəriətində içki «ümmül-həbais» - murdarlıqların, pisliklərin anası, təməli və əsli sayılır.

İçkinin zərəri və murdarlığı son dövrlərdə elmi cəhətdən sübut olunmuşdur. İslam isə onu 13 əsr əvvəl bilmiş, bildirmiş və haram etmişdir. İslam dini necə şərəfli, gözəl, incə düşüncəli, necə böyük, necə üstün və necə kamil bir dindir. Fəqət müsəlmanlar onun əsaslarını zay etdiklərindən, ona əhəmiyyət vermədiklərindən bu dini məhv olmaq dərəcəsinə gətirmişdir.

Bunlar yeyiləcək və içiləcək şeylərə aid halal və haram hökmlərin əsaslarıdır ki, haqqında qısaca danışdıq. Geniş təfərrüat üçün bu müxtəsər risalə kifayət deyildir.




Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin