Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari



Yüklə 202,7 Kb.
səhifə42/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   57
LİVATƏ VƏ MUSAHƏKƏ
Livata - kişinin kişi ilə cinsi əlaqəsidir. Böyük günahlardan heç biri bu pis əməlin cəzasından daha ağır bir cəza ilə cəzalandırılmamışdır. Hətta islam heç bir kişiyə günahı müqabilində oda atılmaq cəzası nəzərdə tutmadığı halda, livatə edənin odda yandırılmasını caiz bilir.

İslam hakimi bu əməl sahiblərini qılıncla öldürmək, daş-qalaq etmək, sümüklərini sınması üçün hündür bir yerdən tullandırmaq, yaxud da oda atıb yandırmaqla cəzalandırmaqda ixtiyar sahibidir. Əgər üzərində livatə edilən şəxsin ağlı başındadırsa və bu işə öz könlü ilə razı olmuşsa yuxarıda göstərilən cəzaların biri ilə cəzalandırılır. Lakin şəxs yetkinlik yaşına çatmasında, təzir olunur.

«Təzir» uyğunlaşdırmaq mənasındadır. Bədəni cəzaların lazım olan bütün günahlarda təzir hakimi-şərin günahkarın halına, tövrünə görə münasib saydığı bir cəzadır. Çox zaman günahkara iyirmi beş zopa vurmaqla icra olunur.

Livatadə zinanın sübut şərtləri caridir.



Müsahəkə - qadının qadınla öz şəhvətini söndürməsidir. Buna türk dilində «sevicilik»1 deyilir. Bunun da sübutu üçün eyni şərtlər vardır. Bu işi edən və etdirən qadının hər birinə yüz zopa vurulur. Hər iki qadın yaxud onlardan biri evlidirsə daş-qalaq edilir.

Qadınla kişini bir-biri ilə culaşdırmağı adət edən şəxs bu işi ilk dəfə görürsə ona yetmiş beş zopa vurulur, başı qırxdırılaraq öz yaşadığı yerin adamlarına nümayiş etdirilir və bundan sonra sürgün olunur.

Bunun sübutu üçün həmin şəxsin iki dəfə iqrarı, yaxud iki adil şəxsin şahidliyi şərtdir.
KƏZF
Bir müsəlmana şəri bir günah istinad etməyə kəzf deyilir.

Bir şəxs azad və yetkinlik yaşına çatmış bir müsəlmana zina, ləvatə, içki içmək kimi bir günah isnad etsə və onu sübut etməyə gücü çatmasa, bu böhtançı şəxsə səksən zopa vurulur. Lakin söylədiyi günahı adil şahidlərlə isbat edərsə və ya günah isnad olunan şəxs öz günahını boynuna alarsa, yuxarıda qeyd olunan cəza qüvvəsindən düşür.

Kəzfin isbatı üçün iki adil şəxsin şəhadəti və ya günah isnad olunan adamın özünün iki dəfə bunu iqrar etməsi lazımdır.

Əgər bir şəxsin digər bir şəxsin üzünə qarşı fasiq, zinakar, yaxud cüzama tutlmuş kimi onu təhqir edəcək sözlər söyləsə, söyləyən şəxs təzir olunur.

Birisi peyğəmbərlik iddiası edərsə, Rəsuli-Əkrəm (s), yaxud Əimmeyi-huda (ə)-ın birinə, haşa, pis bir söz söylərsə, o şəxsin cəzası öldürülməkdir.


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin