Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə


«Günah qəlbiqaralıq gətirər. Qəlbi qaralıq imansızlıq. Başqa sözlə, pis işlər qəlbi qaraldar və qəlbi qaralıq isə əqidə və fikiri qaraldar»



Yüklə 396,36 Kb.
səhifə36/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   32   33   34   35   36   37   38   39   ...   46
«Günah qəlbiqaralıq gətirər. Qəlbi qaralıq imansızlıq. Başqa sözlə, pis işlər qəlbi qaraldar və qəlbi qaralıq isə əqidə və fikiri qaraldar».

8. QƏHRƏMANLIQ SƏNGƏRİ VƏ ÜSYANÇILIQ QALXANI
Buraya qədər «kilsə təlimatlarının yetərsizliyi», «fəlsəfə anlayışlarının və ictimai-siyasi anlamlarının yetərsizliyi», «təbliğat sisteminin nöqsanlığı» və «əxlaqi-ictimai mühitin uyğunsuzluğu» başlığı altında zikr etdiyimiz səbəblər sadəcə tarixə və keçmiş əsrlərə aid olur və çağdaş əsrimizdə xüsusi bir rol oynamayırlar.

İndi öz əsrimizin materializmə yönəlmə səbəblərindən söz açırıq. Bizim əsrimizdə materializm az-çox cazibədardır. Amma bu, 18-19-cu yüz illər arasındakı cazibədarlıq kimi deyildir. 18 və 19-cu yüz illərdə kilsə təlimatının və Avropadakı fəlsəfə anlamlarının yetərsizliyi səbəbində elə bir dalğalı hadisə meydana gəlmişdi ki, belə güman edilirdi, ya elmdən yapışıb Allahı və dini buraxmaq lazımdır və ya Allah və dindən yapışıb elmi buraxmaq lazımdır. Amma çox çəkmədən bu dalğasındı və onun əsassız olduğu açıqlandı.

Çağdaş əsrimizdə materializmin cazibəsi başqa bir cəhətdəndir. Onun inqilabçılıq, mübarizə aparıcılıq və üsyançılıq xüsusiyyətilə məşhur olduğundandır.

Bu gün az-çox gənclərin beynində yerləşmişdir ki, ya Allahpərəst olub sülhtələb, rahatlıqtələb, sakit və laqeyd olmalı və ya materialist olub üsyançı, çalışqan, istismar, və istemara düşmən olmaq lazımdır.

Gənclərin beynində bu düşüncənin yerləşməsinin səbəbi nədir? Nə üçün materializm o xüsusiyyətlə məşhur olmuşdur və ilahi ideologiyalar bu xüsusiyyət ilə materializmin harasında o xüsusiyyət əldə edilir və ilahi ideologiyaların harasından bu xüsusiyyət?

Bu sualın cavabı aydındır. Məntiqi olaraq, materializmdən o xasiyyətləri, ilahi ideologiyalardan bu xasiyyətləri çıxarmağa lüzum yoxdur?

Məntiqli nəticələrlə gəncin bir işi yoxdur? Gəncə təkcə bir şey görmək kifayət edir ki, ondan nəticə çıxarsın. Bu günün gənci inqilabların, qiyamların, mübarizələrin və mücadələlərin materialist tərəfindən idarə olunduğunu və o biri tərəfdən dindar adamların laqeydlər, oturğanlar cərgəsində olduqlarını görməkdədir. Gəncə, ilahi ideologiyanı rədd edib materializmi qəbul etməsinə bu qədər kifayət edər.

Hal-hazırda diktatorluq və istismar əleyhinə qəhramancasına mübarizə aparanlara az-çox materialist təmayüllü adamlar rəhbərlik edirlər. Şübhəsiz, qəhramanlıq bayrağını çox zaman onlar qaldırmışlar. İnqilabçı olmaq xasiyyətini özlərinə məxsus etmişlər.

Bunu da etiraf etməliyik ki, çağdaş əsrimizdə dini anlamlarımız hər hansı bir himasə və qəhramanlıq xüsusiyyətindən boşalmışdır. Bir tərəfdən zülm və haqsızlığın, zəif və məhrum təbəqənin ruhunda buraxdığı təsiri və o biri tərəfdən insanlarda qəhramanlığa olan məhəbbət hissini göz önünə alasaq, bu praktik təbliqatın müsbət dəyərinin materializmin mənfəətinə və idiki allahçıların malik olduğu praktik üslubun mənfi dəyərinin də Allah və məzhəbin əleyhinə tamam olduğu anlayırıq. Belə bir axım təəccüblü nəzərə gəlir. Halbuki məsələ tam əksinə olmalı idi. Çünki, Allahpərəstlik, Allahşünaslıq istər-istəməz insanı maddədən üstün məqsədlərə bağlı edir, ona uça məqsədlər yolunda fədakarlıq edəcək bir ruhi verir. Eynən materializmin əksinə olaraq ki, o, (materializm) insanı maddə və maddəçiliyə və insanın fərdi həyatı ilə əlaqədar olan şeylərə bağlayır.

Bundan əlavə, tarix göstərir ki, həmişə fironlar, nəmrudlar və digər qüdrət sahibləri qarşısında qiyam edib onların şeytani güclərini alt-üst edənlər peyğəmbərlər və onların izələyiciləri olmuşlar. Məhrum və tapdalanmış təbəqələr və siniflərdən iman gücü ilə istismarçılar və zorlular əleyhinə böyük güclər yaradanlar peyğəmbər olmuşlar.

Qurani-Kərim «Qəsas» surəsində belə deyir:
وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ


Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin