Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə26/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   ...   22   23   24   25   26   27   28   29   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

T
ələb edilən investisiya 
Fiber-
optik genişzolaqlı şəbəkənin modernləşdirilməsi üçün 2020-ci ilədək 125 
milyon manat h
əcmində investisiya tələb olunacağı proqnozlaşdırılır. Bazarda azad 
r
əqabət mühitinin formalaşdırılması və yüksək xüsusi çəkiyə malik iştirakçıların üstün 
mövqeyinin aradan qaldırılması nəticəsində özəl sektorun bu sahədə güclənməsi 
investisiya qoyuluşlarının əsas hissəsinin sahibkarlar tərəfindən həyata keçirilməsinə 
z
əmin yaradacaq, bununla da dövlət büdcəsindən infrastruktur layihələrinə ayırmalar 
azalacaqdır. 
Gözl
ənilən risklər
● dövlət orqanları tərəfindən zəruri qərarların qəbulunun gecikdirilməsi və 
normativ-hüquqi aktlara d
əyişikliklərin vaxtında hazırlanıb təqdim edilməməsi; 
● investisiya qoyuluşları üçün yüksək bazar cəlbediciliyinin təmin oluna 
bilm
əməsi və investorlar üçün təşviqedici tədbirlərin yetərli olmaması. 
7.1.3.
 
Prioritet 
1.3. 
Mobil 
infrastruktura 
investisiya 
qoyuluşlarının artırılması
 
Əsaslandırma
LTE standartlı mobil və simsiz texnologiyalar şəhər və şəhərdənkənar 
ərazilərdə genişzolaqlı xidmətlərin əhatə dairəsini genişləndirir, istənilən məkandan 
internet
ə daha sürətli qoşulmaq imkanı verir. Mobil və simsiz texnologiyalar üçün 
standart tezlik spektrl
əri ayrıldıqdan sonra internetlə əhatəolunma səviyyəsini və 
internet sür
ətini artırmaq məqsədilə mobil operatorların yeni şəbəkələrin qurulmasına 
v
ə tezlik spektrində texniki siyasətin effektiv təşkilinə əlavə investisiya cəlb etmələrinə 
z
ərurət yaranır. 
Milli spektr tezlikl
ərinin bölüşdürülməsi zamanı daha aşağı investisiya 
qoyuluşları ilə nisbətən böyük əraziləri əhatə edə bilmək üçün əsas diqqət aşağıtezlikli 
spektrin t
ətbiqinə yönəldilməlidir. 
10
M
ənbə: “TeleGeography”, “Akamai” şirkəti 


31 
İnfrastrukturun yaradılması üçün tələb edilən investisiyaların həcmi tezlikdən 
asılı olaraq dəyişir. Mütəxəssislərin hesablamalarına görə, yüksəktezlikli LTE ilə 
müqayis
ədə aşağı tezliklərin yaradılması 10 dəfəyədək daha az investisiya tələb edir. 
Şəhərdənkənar ərazilərdə (kəndlərdə) 700 MHs tezlikli infrastruktur yaratmaqla, 
h
əmin ərazilərdə internetə çıxışın əhatəlilik səviyyəsi ilə şəhər zonalarındakı analoji 
göst
ərici arasındakı fərqi azaltmaq mümkündür (şəkil 10). 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin