Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi
9 . İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ Strateji Yol X əritəsinin icrası Koordinasiya v ə rəhbərlik: Q
ərarların qəbul edilməsinin sürətləndirilməsi,
hesabatlılığın aydın müəyyən edilməsi və əlavə icra qabiliyyətinin formalaşdırılması
üçün müvafiq koordinasiya v
ə rəhbərlik təmin ediləcəkdir.
• Strateji Yol Xəritəsi üçün yüksək siyasi səviyyədə qərarların qəbul edilməsinin
sür
ətləndirilməsi mexanizmi yaradılacaqdır. Bu mexanizm qərarları qəbul edən
şəxslərə digər əsas iştirakçılar tərəfindən proqramın tətbiq olunmasına lazımi
r
əhbərliyi təmin etməyə imkan verəcəkdir. Tətbiqin prioritetləri və konkret
h
ədəflərlə bağlı qərarlar bu mexanizm vasitəsilə qəbul ediləcəkdir.
• Əsas icraçı təşkilat tədbirin vaxtında və mahiyyəti üzrə həyata keçirilməsi üçün
ona aid h
ər bir prioritet və tədbir üzrə məsul şəxslər təyin edəcəkdir. Həmçinin
t
ədbirlər planında qeyd olunan digər qurumların iştirakı ilə prioritet üzrə məsul
qurumların rəhbərliyi altında işçi qruplar yaradılacaqdır. İşçi qrupların hesabat
toplantıları əsas icraçı təşkilatın rəhbərliyi ilə rüblük əsasda keçiriləcəkdir.
İclaslarda rüb ərzində görülmüş işlər və növbəti dövr üçün nəzərdə tutulmuş
f
əaliyyət müzakirə ediləcək. İşçi qruplar illik iş proqramı əsasında fəaliyyət
göst
ərəcəklər. İşçi qrupun gündəlik iş rejimini və tapşırıqların bölgüsünü məsul
şəxs müəyyənləşdirəcək. Bir qayda olaraq, qrupun cari görüşləri məsul şəxsin
t
əklifi ilə əsas icraçı təşkilatda keçiriləcəkdir. Əsas icraçı təşkilat işçi qrupun
mane
əsiz fəaliyyətini təmin etmək üçün zəruri şərait yaradacaq, tələb
olunduqda, k
ənar ekspertlərin texniki dəstəyindən yararlanmaq üçün addımlar
atacaqdır.
• Strateji Yol Xəritəsinin icrasına nəzarət, yaranan problemlərin həlli və ya
qurumlar arasında əlaqələndirmənin düzgün təşkili məqsədilə müvafiq
koordinasiya qurumu
(“delivery unit”) mü
əyyən ediləcəkdir. Qurumun əsas işi
t
ədbirlərin effektiv icrası məqsədilə zəruri qurumlar, proseslər və texnologiyalar
arasında əlaqələndirmənin təşkili olacaqdır. Tədbirlər planı üzrə işçi qrupların
ah
əngdar işi, rüblük hesabatların ümumiləşdirilməsi və illik hesabatın
hazırlanması koordinasiya qurumu tərəfindən tənzimlənəcəkdir. Bundan əlavə,
h
əmin qurum digər qurumlar tərəfindən tələb olunan maliyyə və insan
resurslarının təmin edilməsinə və zəruri hallarda, əlavə resursların cəlb
olunmasına nəzarət edəcəkdir.