Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri



Yüklə 110,97 Kb.
səhifə9/15
tarix05.12.2023
ölçüsü110,97 Kb.
#138429
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Az rbaycan dilind i g zar v akademik kommunikasiya kursun m q (1)

Mesaj (Məlumat, Xəbər). Mesaj, alıcı üçün stimul rolunu oynayan bir siqnal və ya siqnalların birləşməsidir. Kommunikasiya mənbə tərəfindən göndərilən mesajın alıcı tərəfindən qavranılmasıdır. Mənbə tərəfindən düşünülmüş fikir, duyğu və ya məlumatın kodlaşdırılmış forması olaraq mesaj, duyğu və ya düşüncəni çatdırmaq istəyən mənbənin istehsal etdiyi şifahi, vizual və eşitmə işarələrindən ibarət konkret bir məhsuldur. Mesajlar mənbədən gələn məlumatı birbaşa və birmənalı çatdırmaqla yanaşı, dolayısı ilə, sətiraltı mənalar da ehtiva edə bilər. Məs. işə gecikən bir şəxsə rəhbərinin “sabahın xeyir” sözləri həqiqi mənasından ziyadə digər ironik məqamları da ifadə edir.
Mesajlar üçün də bir sıra mühüm xüsisiyyətlərmövcuddur ki, mənbə tərəfindən əməl olunası mühüm şərtdir:
•​Mesaj aydın və anlaşıqlı formada tərtib edilməlidir. Aydın olmayan mesaj keyfiyyətli ünsiyyət qurmağa mane olan səbəblərdən biridir;
•​Mesaj yetərincə açıq olmalı və mənbə alıcıdan nə istədiyini aşkar göstərməlidir;
•​Mesajın ötürülmə vaxtı da dəqiq müəyyən edilməlidir. Vaxtında ötürülən mesaj daha təsiredici keyfiyyətdə olur;
•​Mesajın mənbədən alıcıya qədər izlədiyi yol da çox önəmlidir. Bu yolda mesaja müəyyən əlavələr və dəyişikliklər edilə bilər ki, bu da alıcıda səhv düşüncə və fikir formalaşdıra bilər.
Kanal. Kanal mesajları daşıyan hər hansı bir fiziki vasitədir. Kanal mesajın göndəricidən alıcıya ötürülməsidir. Bunlar işıq dalğaları, radio dalğaları, səs dalğaları, telefon kabelləri və sinir sistemi ola bilər. Kanal mesajın növünə görə seçilməlidir. Bu baxımdan mesajı uyğun kanal vasitəsilə göndərmək keyfiyyətli kommunikasiyanı təmin etmək üçün vacib bir ünsürdür.
Təşkilatlarda rabitə kanalları rəsmi və qeyri-rəsmi ola bilər. İş daxilində rəsmi rabitə kanallarına əmr-göstəriş, təklif-şikayət qutuları, şirkət jurnalı və ya işgüzar görüşlər zənciri nümunə ola bilər. Qeyri-rəsmi ünsiyyət kanalları dedi-qodu və şayiələrdir. Digər tərəfdən, iş xaricində müxtəlif rabitə şəbəkələri, eləcə də yeni mobil ünsiyyət vasitələri, internet insanlar və təşkilatlara çox inkişaf etmiş bir ünsiyyət imkanı yaradır.
Əsas qayda budur ki, ünsiyyət vasitəsi və yaxud ünsiyyət kanalı göndərilən mesaja uyğun seçilsin. İnsanlarda eşitmə, görmə, duyma funksiyalarının inkişaf səviyyəsinin müxtəlif olduğunu nəzərə alıb bir neçə ünsiyyət kanalından birlikdə istifadə olunması daha çox effekt verir.

Yüklə 110,97 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin