QIRXLAR QANNISI AĞ DÖYRÜŞÜN NAĞILI
Fatma Alı qızı
Qazax, 3 may, 1928
“Gül açan” mahalında “Safa” addı bir paççah var idi. Safa paççahın “Bala ballı”, “Bəyim” və “Tərlan” addı üş arvadı var idi. Əmbə hiş evladi yox idi. O hər mahala car çəkdirdi ki, mənim bu dərdimə kim əlac eyləsə onu dünya malınnan qəni eylərəm. Bu xavar “Qannı Qalaça”da Qırxlar qannısı ağ döyrüşə çatdı. Döyrüşün peşəsi sehrikarrıx idi. O mahallardan adamları yığıf – Mən yaxşı tanıram. Sizi “çərx davval”a aparram. Baxdınıza ellə şey çıxar ki, bütün ölənə kimi dünyənin ləzətini çəkərsiniz.
Döyrüş çarx davval adına bir-bir, iki bir adama topluyurdu. Eylə ki, qırx adam oldu öyünə gətirərdi. Olara qonaxlix adına aş pişirif eylə yağ tökürdü ki, sehrin hökmünnən yeyən kimi şuş qızıl olurdular. Bu tamahkar döyrüş Safa paççahın “dünya malınnan qəni elləjəm” sözünə görə onun bargahına gəldi. Rəcz oxuya-oxuya paççahin hizurunə gələndə munun rəczi paççahın xoşuna gəldi. Ona bir qav qızıl verilməsini əmir elədi. Döyrüş ərz eylədi:
“Paççahim mən pay alan döyrüşdərdən döyləm, pay verən döyrüşdərdənəm”, sənin evladin olmadığını bilif əlaj eyləməyə gəlmişəm. Al bu iki armudnan bu bir narı arvatdarınnan baravar ye, gözə görünməz tanrının verməyinnən və mənim subuyimnən iki oğlun və bir qızın olajax. Oğlannar sənin, qız isə mənim nəzirimdi.
Paççah cannan-başnan irazi oldu. Döyrüş ordan Qannı Qalaçaya gəlif gənə əvvəlki peşəsinə başdadı. Aylar, illər keşdi, paççahın iki oğlu, bir qızı oldu. Bu uşaxlar var-dölət içində böyüdülər. Beylə ki, oğlannar arvad alası, qız da ərə gedəsi oldu. Döyrüş rəmil atıf bu işi bilən kimi paççahın yanına gəldi. Onnan nəzrini isdəyəndə paççah verdiyi vədəyə görə qızını ona verdi. Döyrüş qızı götürüf öyünə gəldi. Qız döyrüşün xuy-xəsiyətini və peşəsini bilməkdən ötəri bijdiknən:
– Bizdərdə ədətdi gərək oğlan qızı altı ay gözdəsin.
Döyrüş bu sözə inandığınnan çarx davval adına mahallara adam yığmağa getdi. O yüz min fırıldaxnan az vaxda qırx adam cəm elliyif öyünə gətirdi. Qız gördü ki, bu adamlar cürvəcür yerrərdən gəlmiş adamlardı. Döyrüşün bu qədər adamı yığıf gətirməsinə onda şübhə oyandığınnan nə iş görəjəyini və nə fənd qurajağını bilmək üçün xəlvətdən onu pusmağa başdadı. Oyannan döyrüş ədəti üzərə genə aş pişirif özünə ayrı və bütün qonaxlara bir çəkdi. Böyük küpədən yağ çıxardif qonaxlarınkına balaja küpədən özününkünə tökdü. Qonaxlar aşı yeyən kimi şuş qızıl oldular. Bu vaxt döyrüş olları qızıl ambarına doldurdu. Qız halı belə görəndə cannı qutarmax üçün döyrüşün başını batırmax fikrinə düşdü:
– Ay kişi, bu nə işdi hər yerdə xörəyi-çörəyi arvat pişirər. Döyruş ha ellədi, başa gəlmədi. Axırda qızın xətrini çox istədiyinnən nə əlaş onun xörək pişirməsinə irazı oldu. Qız bir yaxşı aş pişirif yağlamaq isdəyəndə döyrüş balaja küpədən yağlamağını söylədi. Qız döyrüşü öldürmək üçün böyük küpədən yağladı və aşı qavaxlarına qoyanda mahnınan:
– Sən ye, mən də su gətirəm yeyim, diyif eşiyə çıxdı. Xavardan-xavarı olmuyan döyrüş aşı yeyəndə şuş qızıl oldu. Qız munu görəndə soyunmuş yanına gəlif həman o qızıl ellədiyi adamların içi nə apardı. Döyrüş ölənnən sonra qız əyninə bir dəs kişi paltarı geyif, adını da Şahzada Beyzar qoydu. Qannı Qalaçada tək dolanmadığınnan qızıllardan verif özünə qırx qul aldı. Beyzar qullar da başında paççah yana dolanırdı ki, günnərin bir günündə bir gəzici döyrüş onun qapısına gəldi. Döyrüşün həm şuxnan qəsidə oxuması, həm də əzbərdən quranı bilməsi Beyzarın xoşuna gəldiyinnən ona bir sini qızıl pay verdi. O hər yeri gəzən olduğuna görə xavar aldı ki: Qareyi quran döyrüş, hiş dünyadə mənnən də hatəm səxavətdi paççaha rast gəlifsənmi?
Döyrüş onun cavavında:
– Hələ sən paççah dersən irahata da rast gəlmişəm. Eşit və inan: Qaynar dəryənin qırağında “Nadir Gül” addı bir cavan var ki, həmişə ağ pişirdif sini-sini dərəyə tökür. Beylə hatəm səxəvətin qavağında “balix bilsin, balix bilməsə xalıq bilər” deyir.
Beyzar bu sirrə mat-məəttəl qalif döyrüşə gənə də pay verif yola saldı.
Döyrüş il və il gəzə-gəzə gəlif Safa paççahın bargahına çıxdı. Oxuyuf pay isdəyəndə paççah ona bir qızıl nəzir verdisə də o qızılı almıyıf ərz ellədi:
– Paççahım beylə nəzirrər sizin şanınza layıx döy. Mənə paççahlar çox nəzir verərlər. Nejə ki Qannı Qalaçada şahzada Beyzar bir yol oxumağına bir sini qızıl verdi. Safa paççah döyrüşdən bu sözü eşidəndə Beyzarın bu qədər qızılı hardan alıf hər yetən dilənçə, döyrüşə paylamağının səbəbini bilmək üçün bir dəs döyrüş yana livas geyif qareyi quran döyrüşünnən baravar Qannı Qalaçada Beyzarın bargahına gəldi. Paççah və döyrüş Beyzarın hizurundə qəsidə oxuyanda o hərəsinə bir sini qızıl verdi. Bu vaxt paççah ərz etdi ki: – Cavan şahzada, bu sirrdən bizi agah eylə: gündə sizin bargahınıza neçə minlərnən döyrüş, dilənçi və fağır, fuğara gəlir. Bullara xəzinənizi belə ki açıfsınız havax dedi södada olsa genə genə tav elləməz. Beyzar onun cavavında:
– Havax bu sirri bilmək isdəsəniz onda gedin qaynar dəryanın qırağındakı Nadir Gülün sirrini mənə gətirin. Qareyi-quran döyrüz Nadir Gülün yerini bilməsini paççaha söyləyəndə paççah Beyzarın sirrini bilmək üçün onun yanına getmək fikrinə düşdü.
Ona görə hər iksi Nadir Gül sənsən deyən yola düzəldilər. Az getdilər üz getdilər, dərə-təpə düz getdilər, bir xeyli vaxtdan sonra qaynar dəryanın qırağında Nadir Gülə yetişdilər. Gördülər ki, Nadir Gül pişirif dəryəyə tökür. Arabir də “Balıx bilsin, balx bilməsə də xalix bilər” deyir. Safa paççah və döyrüş Nadir Gülnən salamlaşif təmənnəşənnən sonra aşı dərəyə tökməyinin səbəbini xavar aldılar.
Nadir Gül ollara cavaf verdi ki, mənim sirrimi bilmək üçün gərək gedif yeddi yolun ayrıcında gözdəri kor, ağsaqqal qojanın sirrini mənə gətirəsiniz. Biz bu qədər yol gəlif zəhmət çəkdiklərinnən boş qayıtmasınnar deyin oradan da kor qojaya tərəf yola rəvan oldular. Üş gün, üş gejə yol gedif yeddi yolun ayrıcında kor qojaya çatdılar. Ollar qojanın qavağında bir tum kül “Özüm-özümə ellədim, külü gözümə eylədim” deyif ah zarnan ağlamasını görəndə: – Ay qoja əmi, səni and veririk o gözə görünməz tanriya bizi bu sirdən agah eylə.
Qoja ağlaya-ağlaya balalarım: “Mənim bu sirrim ürəyimdə göra gedəjəydi, indi ki, siz and verdiniz açaram bu şərtnən ki, siz də gedif “Həyat” meşəsindəki sinəsində quran nə ölü, nə diri “Sədaqət xan”ın sirrini mənbə gətirəsiniz”. Piyadəlix görməmiş Safa paççah yorulduğuna baxmıyıf döyrüşnən həyat meşəsinə tərəf getməyə başdadılar. Yoruldaxlarınnan ölüm, zülüm xeyli vaxtdan sonra meşədə Sədaqət xana yetişdilər. Bir qəd-qaməti mina, xəd xalı bənöfşə kimi qənirsiz gözəl cavan arxası üsdə nə ölü nə diri sinəsində quran görəndə qareyi-quran döyrüş üzünü haqqa tutuf raz niyaz eylədikdən sonra dizi üsdə çöküf onun sinəsindəki quranı başdan-ayağa kimi oxuyuf çıxdı. Məlikənin sehri batil olduğuna görə Sədaqət xan asqırıf ayıldı. O paççahın və döyrüşün əl-ayağına tüşüf yalvara-yalvara siz məni ölümnən qurtardınız, mənnən aşası nə dərdiniz varsa deyin cannan-başnan əlaj eyliyim. Safa paççah əhvalatı əvvəldən axıra kimi ona nağıl eylədi. Sədaqət xan əhvalatdan xavardar olanda ollar munu ölümnən qurtardığına görə dinməz-söyləməz ollarnan baravar yola düşdü. Hər üçü bir müddətdən sonra kor qojaya yetişdilər. Paççah buyurdu: “Qoja əmi siz sözünü isdərdiniz, biz özünü də gətirdik. İndi qulaq as Sədaqət xan sirrini aşsın”. Sədaqət xan üzünü ollara tutuf:
– Eşidin və inanın, mən “Mehmannı” “Əyniullah” xanın oğlu, “Sədaqət” xanam, səkkiz, doqquz yaşdarımnan məçitdə oxumağa başdadım. Lap öylənəsi vaxdıma kimi məçidə davam eylədim. Beylə ki, ən çox oxumuş səxtəlar sırasına keşdim. Genə bir gün məçidə getmişdim. Dərs vaxdı dərsimi oxudum, o axşam adına axşamı olduğunnan ölülərə quran oxumax üçün məçitdə qaldım. Gejə quran oxuduğum vaxt qafıldan bir əl uzanif məni əlimdə quranı göyə götürdüm. Mən qorxumnən biyax özümnən getdim. Bir vədə gözümü açanda özümü bir otaxda taxt üsdündə gördüm. Otağı müşk ənbər qoxusu bürümüşdü. Başımın üsdündə bir qənirsiz gözəl pəri duruf deyirdi:
– Ay bəni adam, qorxma səni bu yeddinci göydə məlikələr məkanına gətirən pərilər paççahının qızı “Xaqanı Məlikə”di. Sən bir pak bəni adam olduğunnan sana aşıq olmuşam. Onnan ötəri də səni buraya gətirmişəm. İndi istərsən ki, ömrüyün axırına kimi sağ, salamat mənnən eyş-işrətə məşğul olasan, onda qırx gün, qırx gejə mənnən bir yerdə eylə yatıf durarsan ki, hiş yerin mənə dəyməz.
Bu məlikələr tərəfinnən bəni adamları sınamaxdı. Havax bu sınaxdan çıxdın sən mənimsən, mən də sənin. Çıxmadın ölümü gözüyün altına al. Bu sınax onnan ötəridi ki, bəni adamlar bafasız olurlar. İndi görüm, sən də eyləsənmi.
Mən canımın qorxusunnan nə əlaş xaqanı məlikənin sözünə irazı oldum. Qırx gün, qırx gejə onnan yatıf durdum özümü yaxşı saxlamışdım, əmbə axırıncı gejə onnan bir yerdə şirin yuxuda yatdığım vaxt məni şeytan alladıf dedi:
– Ay bəni adam, qırx gün, qırx gejə çoxdan təmam oluf niyə durursan. Mən ağılsız yuxuda olduğumnan şeytanın sözünə allanıf yuxulu-yuxulu xaqanıyı qucaqlayıf üzünnən-gözünnən öfdüm. Məlikə səksənmiş yuxudan duruf sehrnən məni bir bülbül eyliyif qəfəsə saldı. Mən bir müddət qəfəsdə qaldım, bir gün xaqanı öydə yoxdu, əmbə onun qarabaşı “Ziydə pəri” öydə idi. Mən bu tilsimnən nejə xılas ola biləyəyimi onnan xavar aldım. O xoş sufat və xoş xəsiyət məlikə mənə belə cavaf verdi:
– Sədaqət xan sana bəni adam demək olmaz. Çox pak oğlansan, əmbə xaqanı heş bir iş olmadığı halda sana zülm eylədi. İndi sənin tilsimnən xalasına birjə çara varsa, o da xaqanının bajılığıdı. Xaqanı onun xətirini çox isdər, o da bəni adamları çox səvir. İndijə xaqanınnan baravar buraya gələjək, onda səs uja səsnən bir gözəl mahnı oxu, onda o yaqın ki, səni bajılığınnan alıf aparajax. Bəlkə bu sürnən xaqanının tilsiminnən xilas olasan.
Mən Ziydə pərinin təybiri üzərə xaqanı bajılığınnan öyə gələndə uja səsnən bir qəşəng mahnı oxudum.
Mənim oxumağım o məlikənin xoşuna getdiyi üçün məni xaqanıdan alıf öz öyünə apardı. Bu da xaqanı kimi məni qırx gün sınayacağını söylədi. Mən baxdı qara munnan da otuz doqquz gün bir yerdə yatıf, durdum, ona toxunmadım. Genə qırxıncı günü onnan yatdığım vaxt vədə tamam olduğunu yuxuda görəndə yuxulu-yuxulu əlimi atıf onun məməsini sıxdım. Məlikə yuxudan ayılıf:
– Ay bəni adam, sən beylə bivafalıx etdin ki, dörə mənim əlimnən bir beylə sehrə tüşdün:
– Get, nə ölu, nə diri, əmbə baxdın kəsif sinəyin üsdəki quranı oxusalar mənim sehrim batil olsun, sən diril.
İndi sehri bu ağa döyrüşdər batil eyliyif məni diriltdilər. Mən də gəlif sirrini sana aşdım. Sən də sirrini bu döyrüşdərə aş.
Kor qoja Sədaqət xanın sirrini eşidəndə sözə başdadı:
– Ay balalarım, mən bir paççahın hamamçısı idim. Günnərin bir günü paççah hamama gəldi. Hamamda paltarını və tacını mənim yanımda qoyuf çimməyə girdi. Mən gül baxt onun gözəllikdə manşır olan arvadınnan o gejə kef çəkmək fikrinə tüşdüm. Ona görə paççahı hamamda qoyuf paltarını geydim və tajını da başıma qoydum. Bütün qapıları qıfıllayıf paççahın hərəmxanəsinə getdim. Xanım məni şah hesaf ellədiyinnən o gejəni onnan kef keçirdim.
Savah paççahın arvadı, uşağı, qohum-ağravası, camahat duyuf tuşəjinnən qorxuf hamama gəldim. Hamamın qapısını açan kimi paççah məni tutdu. Eynimnən paltarı çıxardıf əyninə geyənnən sora məni də götürüf öyünə gəldi. Öyündə cəllada mənim gözdərimi oyduruf buyurdu: – Apar munu yeddi yolun ayrıcına qoy, gələn də üzünə tüpürsün, gedən də. Cəllad paççahın hökmünə görə məni gətirif bu yeddi yolun ayrıcına qoyuf qayıtdı. İndi mən bir gejənin ləzətinnən ötəri gözdərimi bada verdimə peşman oluf “özüm özümə eylədim, gülü gözümə eylədim” deyirəmsə də peşimançılıx fayda vermir. Sədaqət xanım onun korruğuna və qojalif əldən-ayaxdan tüşdüyünə irəhmi gəlif:
– Ay qoja əmi, qorxma mən səni ölənə kimi saxlayajam. Ollar qojanın sirrini bilənnən sora onu da götürüf qaynar dəryanın qırağında Nadir Gülün yanına gəldilər. Nadir Gül qojanın sirrinən agah olannan sora öz sirrini açmağa başdadı.
Mən “Balıxlı” şenniyində dövlətinən manşır olan “Eldar”ın oğluyam. Uşax vaxdımda məçidə gedəndə yolum bu qaynar dəryanın qırağınnan idi. Dəryanın dəyaz yerrərində çoxlu xırda qızıl balıxlar görünürdü. Mənim bullara xoşum olduğunnan evdən çörək götürüf hər məçidə gedif, gələndə çörək tökürdüm. Aylar-illər keçdi, anam öldü, mənim də əlim oxumaxdan çıxdı. Üsdə gətirə bilmədimnən çox keçməzdən atamın dəvləti də tükəndi. Kasıflaşdığımnan nökər-nayif olmaxdan ötəri dos-tuşmanın dinazinnan uzax ovalara getmək fikrinən yola tüşdüm. Yolum dəryənin qırağınnan idi. Yolnan getdiyim vaxt bir torçu kişi məni yanına çağıdı və xavar aldı ki “Ay bala, haraya gedirsən, nəçi və nəkarəsən”. Mən nökər olmax üçün adam axdardığımı söylədim.
– Oğlum, çox əcəf, de görüm dəryə peşələrin hansını bilirsən?
– Yaxşı qavvazçılıx bilirəm.
– Sənə iki dolu qızıl verərəm, əgər bu gün mənə dəryə işində işdəsən.
Mən bu sözə irazı oldum. Bu vaxta o qavvazdıx livasını gətirdi, mən əynimə geyindim və o kişi buyurdu ki, indi səni dəryəyə salladıxları yerdə hesafsız qızıl vardı. Sən dəryənin divinə tüşəndə qızılnan dolu doldur, ipi tərpət, ta axşama kimi mən qızıl çəkim. Axşam ipi belinə bağla və tərpət, onda səni də çıxardıf iki dolu haqqını verif yola sallam. Onun buyurduğu kimi mən on gün axşama tək qızıl doldurdum, o çəkdi. Axşam ipi belimə bağlayıf tərpətdim ki, məni çək, o namərd ipi kəsif məni dəryədə qoydu. Ölümlü vaxdımda bir də gördüm ki, həmən çörək verdiyim balıxlar gəlif məni qırağa çıxartdılar. Qıraxda livasımı dəyişif bir neçə günnən sora genə həmən torçunun yanına gəldim. Torçu məni tanımadı. Genə peşəmi xavar alıf suya girməyimi söylədi. Mən onun cavavında qavvazçılığımı dandım. Havax siz dəryəyə girə bilsəniz mən qızıl çəkə bilərəm dedim. O irazı olduğunnan mən onu dəryəyə salladım, axşama kimi o dolu doldurdu, mən çəkdim. Axşam ipi belinə bağlıyıf tərpədəndə əlvə saat ipi kəsdim və qızılları da öz öyümüzə apardım. İndi o günnən məni ölümnən qutaran və tökünməz çörək verən balıxlar olduğunnan mən də hər gün aş pişirif balıxlara tökürəm. İndi siz deyin, görüm, mənim sirrimi nə üçün bilmək isdərdiniz. Safa paççah əhvalatı ona nağıl eylədi. Nadir Gül dedi:
– Yaqın ki, onun bir sirri var. Gəlin yanına gedək.
Ordan hər beşi Qannı Qalaçaya yola tüşdülər. Bir xeyli vaxdan sora Qannı Qalaçada şahzada Beyzara yetişdilər. Beyzar döyrüşdəri üş adamnan görəndə hər beşinnən görüşüf öyünə qonax apardı. Bullar yeyif, içənnən sonra paççah üzünü Beyzara tutuf:
– Ay şahzada, neçə möcüzdərdən, neçə sirrəri bildikdən və neçə illərnən zəhmət, zillət çəkdikdən sora siz sirr sözünü deyirdiniz, biz özünü də gətirdik. İndi siz də sirrinizdən bizi agah eləyin”.
Beyzar Nadir Gülün sirrini bilənnən sonra özünün və həm də qırxlar qannısı ağ döyrüşün əhvalatını əvvəldən-axıra kimi ollara nağıl eylədi. Safa paççah əhvalatdan xavardar oluf qızını tanıdı. Onun üzünnən, gözünnən öpüf: “Qızım, doğrudan da Asdanın ərkək, dişisi olmazmış”. Oların hər beşi bir qızın bir belə işdər görməyinə təciflənif bir müddət Qannı Qalaçada ona qonax oldular. Qırxlar qannısı ağ döyrüşün gördüyü işdərə tamaşa eylədilər. Axırda Beyzar atasının məsləhətinə görə başındakı qullara isdədikləri qədər ənam verif yola salannan sonra qırxlar qannısı ağ döyrüşün bu zülümdan azad olan cah, calalı viran xana qoyuf onun bütün xəzinəsini götürüf atasıgilnən baravar Gül açana tərəf yola tüşdü. Olar şad, şadyana mənzil eyləyə-eyləyə Gül açana yetişdilər. Safa paççahın başında bir dəs adam gəlmək xavarını vəzir, vəkil və oğlannarı eşidif olları pişvaza çıxdılar. Salamlaşıf görüşənnən sonra şaddıxnan bargaha apardılar.
Safa paççah qonaxlarınan baravar yol yoğunnuğu alannan sora Gül açanı güllərnən, çiçəklərnən və xalı ziylilərnən bəzədif bir qəşəng toy məjlisi qurdurdu. Bütün Gül açan əhlini o məjlisə çağırdı. Gül açan əhli uşaxdan böyüyə kimi paççahın toy məjlisinə gəldilər. Paççah camahatı yığılmış görəndə özünün, qızının və bütün başındakı qonaxların başına gələn qəza-qədəri əvvəldən-axıra kimi nağıl eylədi. Camahat bu sirrlərə və möcizdərə mat, mətəl qalif, bulların belə ölümlü balalara düçar oluf, axırda sağ-salamat qurtarmaxlarına şükür eylədilər. Safa şah camahatın munun qonaxlarını beylə hörmətdi tutmaxlarının qavağında:
– Balalardan hifz olasınız, ay mənim rəyətim, siz mənim şanımın uja olmasını isdərsinizsə mən də sizinkini isdərəm. Çünki qoyunun çovansız milyəti (hörməti) olmadığı kibi, çovanın da qoyunsuz milyəti olmaz. Keçən günnərimiz keşdi, gələn günnərimizdə daha da yaxşı, məhrivan dolanmaxdan ötəri mətləvə keçək:
– Ay həzarat, bilin və eşidin: Bu gələn qonaxlardan Sədaqət xan, Nadir Gül, Qareyi quran döyrüş içindədə mənim oğlannarım, əriyəndilər (subaydurlər). İndi hər kimin gözdəri kor, qulaxları kar, qılçaları topal qızdarı olsa oğlannarın və qızdarın irazılığınnan toy eyliyif muraddarına-mətləflərinə çatdırram. Camahat, xiyalınız çaşmasın, kar, kor, topal qızdar, mən deyən kimi yox. Mən duyan kimi olmalıdı. Yanı (yəni) kar oluf qonşu qiyvatını və yalan sözdəri eşitməsin, kor oluf naməhrəmlər üzünə baxmasın; topal oluf o qapı sənin bu qapı mənim gəzməsin. Şah bu sözü deyəndə hamıdan qavax vəzirnən vəkil cavaf verdi ki, eylə qızdar bizdə vardi. Paççah qırx gün, qırx gejə toy vurduruf hər iki tərəfin irazılığınnan Beyzarın kəbinini Sədaqət xana, vəzirin böyük qızının kəvinini Nadir Gülə və vəkilin kiçicik qızının kəvinini Qareyi quran döyrüşə, vəzirin qızının kəvinini kiçik oğluna, vəkilin böyuk qızının kəvinini böyuk oğluna kəsdirdi.
Gül açan camahatı toy məjlisində yeyif, içənnən sonra qızdara, oğlannara: – Yıldızınız barışsın, uruzunuz göydən yağsın, yerdən bitsin – deyif evlərinə dağıldılar.
Bu yannan Sədaqət xan və Nadir Gül qul qaravaşnan şannılarını götürüf, mənzil eyləyə-eyləyə hər kəs öz öyünə getdi. Safa şah şahlığını dəvam eylədi, oğlannarı da var-dölət içində öz şannılarınnan ömür sürməyə başdadılar...
Dostları ilə paylaş: |