Məlik Məhəmməd:
Hüseyn məzlum çəkdi zülfiqar
Çalxandı xeymə nə qana döndü
Şəfaət etdi, Hindin şahına
Uzatdı dəstində nə qana döndü.
Yardan ayrı yemərəm qeyri nan
Əziz təbib sən bağrımı yarnan
Keşt elədim bir vəfalı yarnan
Xoryat əli dəgdi nə qana döndü.
Bahar fəsli bağça gülün dərəndə
Dəribən dosta peşkeş verəndə
Məhəmmədəm Güləndamı görəndə
Dolubnan didarı nə qana döndü.
Söz tamama yetişdi, ana-bala ah-fəğan edif deyirdilər: – Görəsən, bu naməni kim yazmış ola.
Bular naməni yazanı tapmaxda olsun, gəl sana dərvişlərdən vəbər verim. O gejə Güləndamı götürüf bərri biyabana yola düşdülər. Bu minvalnan beş gün yol getdilər ta inki, qayadan bina əyilmiş bir qalaça tapıf, Güləndamı o qalaçaya qoyuf diqqətlə baxdıxda gördülər ki, bir gözəldir ki, dünyada misli-manəndi yoxdur. Odur ki, munun sağalmasına səy guşiş etməyə başladılar. Odur ki, bir az müddət Güləndamın yarası şəfa tapıf əvvəlki halına gəldi. Günlərin bir günündə dərvişlər yaxın kəndlərə pay yığmağa getmişdilər. Güləndam tək və tənha qalaçada fikrə piçidə oluf bəxtindən şikayət eliyə-eliyə bu dillərnən ahu-zar eyliyir:
Dostları ilə paylaş: |