Gülşat:
Gejənin yarısında, şirin yuxuda
Bu nə idi araya gəldi, bu çağlar
Özüm xanamda nurağımda
Bağrım başını dəldi bu çağlar.
Qarı nənə bu sizdə nə ədətdi
Bizdərdə qonağa hürmət, izzətdi
Bu əciz qul, qul Məhəmməddi
Bunu apar, onu gəti bu çağlar.
Dərin-dərin dəryalara dalan kim oldu
Siyah zülfü, beldən alan kim oldu
Gülşat xanım qəmdən az alan kim oldu
Deyir ki, Moğum gəlif bu çağlar.
Gülşat sözünü tamam eliyəndə qarı onun yanına gəlif afalatı başdan-başa nağıl elədi. Gülşat hər təər olsa gərək bu axşam Moğum şahı buraya gətirəsən, dedi. Çünki onnan baravar bu işə bir tədbir çəkək. Qarı göz üsdə, deyif öyünə gəldi. Gülşatın dediylərini ona söylədi. Moğum şah bir təər Gülşatın yanına aparılmasını qarıya bəyan elədi. Vaysa Moğum şaha qız paltarı geydirif bir gizdin yerdən onu Gülşatın yanına apardı. İki söygülü bir-birinnən görüşdüydən sora qarı, Məhəmməd, Gülşat və Moğum şah bir yerdə bir belə təybir çəkdilər.
Vaysa qarı irəli duruf dedi:
– Bilin və agah olun, Gülşatın anası yaxınnan ölüf, onun qavrının üstündə gümbəz olduğunnan mən qızımın paltarında Məhəmmədi bu gejə aparıf, haman gümbəzin içinə qoyaram. Savah gəlin atdanıf qavırsannığın qırağınnan Cadı şəhərinə gedən vaxt mən deyərəm: Ay hazarat, bir az əylənin, Gülşatın anası təzə ölüfdü. Odu ki, Gülşat anasını ziyarat eləməy isdəyər. Mən aparram anasının qavrını ziyarat eləsin, genə gətirim. Onda yəqin ki, hamı irazı olajax. Elə ki, mən Gülşatı oraya apardım, munun paltarını Məhəmmədə. Məhəmmədin paltarını da muna geydirrəm.
Gülşat gümbəzdə qalar, Məhəmmədi gətirif kəcavədə oturdaram. Olar Cadı şəhərinə gedəllər. Gülşat da təzək yığa-yığa mənim öyümə gələr.
Vaysa qarının bu təybirinə hər dördü afərin deyif, irazı oldular. Bu zaman qarı öz təybiri üzərə Məhəmmədi aparıf gümbəzə qoydu. Özü də qayıdıf Gülşatın öyünə gəldi.
Moğum şah Gülşatnan halallaşıf Vaysanın öyünə getdi. O tərəfdən savah olan kimi kəcavələr tərtif verif Gülşatı başını kənizdərinnən kəcavədə əyləşdirdilər. Bu zaman Mustafa xan və başının adamları Xamuy xan və Xanbalıx əhli ilə görüşüf Cadı şəhərinə tərəf yola düşdülər. Bular qavırsannığın yanınnan keçəndə Vaysa qarı hilə yolunnan:
– Ay camaat, Gülşatın anası təzə öldüyünnən onun qavrını ziyarat eləməy istiyir. Hərgah irazı olsanız mən aparım ziyarət eləsin, genə özümnən baravar gətirim.
Mustafa xan can-başnan aparmağa irazı oldu. Bu zaman Vaysa qarı Gülşatnan baravar gümbəzə gəldi, dərhal Gülşatın paltarını Məhəmmədə, Məhəmmədin paltarını da Gülşata geydirif, Gülşatı gümbəzdə qoydu. Məhəmmədin isə başını, gözünü örtüf camahatın içinə aparıf kəcavədə əyləşdirdi. Mustafa xana “Allah gəlinini boya-başa çıxartsın” deyif oları Cadı şəhərinə yola salıf, özü də öyünə gəldi. O yannan Vaysanın qızının paltarında təzək yığa-yığa Vaysanın öyünə gəldi. Bu vaxt Moğum şahnan Gülşat Vaysanın öyündə keyfə-damağa məşğul oldularsa da, əmbə Məhəmmədin intizarını çəkirdilər. O tərəfdən Mustafa xan başının atdılarınnan gejə-gündüzə salıf bir müddətdən sora Cadı şəhərinə yetişdilər. Adətləri üzrə Məhəmmədi toy otağına apardılar və axşam olan kimi Mahmıt xan toy otağına girdi.
– Ay nazənin Sənəm, sənin üstündə nə qədər zəhmət, məşəqqət və eşq bəlası çəkmişəm. Gəl bir qol-boyun olax.
Məhəmməd bu sözü eşidif üzünü-gözünü bürümüş ağlaya-ağlaya:
– Mənim anam təzə ölüf, özüm də yol yorğunuyam. Hələ mana yaxın gəlmək olmaz, yox hərgah yaxın gəlsən o zaman yəqin bil ki, əlimdəki zəhərnən özümü həlak edərəm.
Mahmıt xan gərək, sən diləyinə nail olmax üçün mənim də ürəyim şad ola, onu bil ki, iş-işdən keçif, daha mən səninəm, əmbə savır eləməy lazımdı. Nejə ki, atalar deyir: “Savırnan halva pişər ay qora sənnən, bəsdəsən atlas olar tut yarpağınnan”. Sən bir böyük mahalın xanısan, gərək hər qəlbidan xavardar olsan, nədənsə o mərtəvə səndə yoxdu. Bu sahat mən bilmirəm yərdəyəmmi, göydəyəmmi. Bu halda sən “keçi can qayğısında, qəssəf piy axdarar” sayağı məni incidərsən.
Mahmıt xan Məhəmməddən bu sözdəri eşidif naəlaj onun dediklərin qavıl elədi.
– Mən on günün seyahatına gedərəm. Sən həm anayın yasını tut, həm də yol yorğunnuğunu al, gələndə ray verməlisən – dedi.
Məhəmməd söyünüf irazı olmağını ərz elədi.
Mahmud xan bajısı Səlminaza Məhəmmədi tapşırıf bir neçə atdıynan on günün seyahatına çıxdı. Səlminaz qardaşının tapşırığına görə hər gejə əmbə onda heç bir qız hərəkəti görmürdü. Gənə həmişəki qaydaynan bir gejə Məhəmmədnən yatanda bu sirri bilmək üçün Məhəmmədi yuxuya verib, onun bütün bədənini yoxluyanda nə gördü, qız nə gəzir. Bir oğlandı ki, görəsən: xəddi xalı bənəfşə kimi, boyu sərv ağacı, yəni on yeddi-on səkkiz yaşına yenijə girif. Səlminaz halı belə görəndə dəli divana bir yannan ağlar, bir yannan gülər, qəlbli bu dillərnən Məhəmmədi yuxudan oyadır:
Dostları ilə paylaş: |