Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə82/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   78   79   80   81   82   83   84   85   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Səlminaz:

Xanbalıxda gələn çəpər

Dur yatmağın çağı döyül

Qardaşım yerini də tapar

Dur yatmağın çağı döyül.
Ərisin dağların qarı

Tökülsün çaylara sarı

Qardaşımın ərkək yarı

Dur yatmağın çağı döyül.


Dalınca gəlməz fərman

Mən ollam dərdinə dərman

Səlminaz da sana qurvan

Dur yatmağın çağı döyül.

Məhəmməd qəvi oyax, gözü yuxuda olduğunnan Səlminazın bu sözdərini eşidəndən gözünü açıf iş-işdən keçdiyinnən və bir belə qüsursuz gözəl qızın ona bənd olduğunnan bu dillərnən Səl­minaza cavaf verər:

Məhəmməd:

Başına döndüyüm cığalı sona

Sonanın məkanı güldə olmazmı?

Mən bilərəm ürəyindəki mətləvi

Ürəydən keçif dildə olmazmı?
Səlminaz:

Əvvəldən oxudum tahanı dildən

Təcnis qafiyəsi sözdə olmazmı?

Mən aşığam sənin gül camalına

Aşığın söybəti, sazda olmazmı?
Məhəmməd:

Dərin-dərin dəryalara dalıfsan

Dərd qəmi şirin cana salıfsan

Mən yuxuda afalatı bilifsən

Afalatı bilən halda olmazmı?
Səlminaz:

Cavan eşqin səməndini mən də minif çapbışam

Banna oluf sınıx könül yapbışam

Arıyıf, axdarıf səni tapbışam

Bəs sizdə olan bizdə olmazmı?
Məhəmməd:

Məhəmmədi dəstan edif söylərsən

Mujkanınnan bağrım başın tilərsən

Söylə görüm bir nə fikir elərsən

Yolçu yola düşüf yolda olmazmı?
Səlminaz:

Yalan gəlməz Səlminazın dilinə

Qeyri bülbül qondarmaram gülümə

için girifsən zənən donuna

Gözəlim kamalı gözdə olmazmı?

Məhəmmədnən Səlminaz sözdərini tamam eləyəndə Mə­həm­­məd Səlminazı söydüyünnən o gejə hərəsi bir at minif, Xan­ba­lığa tərəf yola düzəldilər. Bir xeyli getmişdilər ki, Səlminaz birdən-birə fikir eliyif:

– Ay dil qafil, sən heç bilmirsən bu neçi karadı. Nə işdən öt­rü qız paltarında sənin qardaşına gəlif, bəlkə duşmandı, nejə mu­nun yanına düşüf mahala gedersən. Hərgah səni öldürsə kim bi­lə­jək, deyə kefi pozğun, rəngi zəfəran kimi solmuş ağlamağa baş­ladı. Məhəmməd Səlminazı ağlar görəndə bildi ki, qızın qəlvi do­landı. Ona görə bu dillərnən həm qızın ağlamağının səbəbini xa­var alır, həm də Səlminazın munun barəsində şübhələndiyini bil­diyi üçün özünün əsl nəjavətini ona söylüyür:

Məhəmməd:

Başına döndüyüm, qurvan olduğum

Ay ala gözdü Səlminazım, ağlama

Alışıf oduna girjan olduğum

Ay ala gözdü Səlminazım, ağlama.
Bir ceyran tamaşa, maral baxışdı,

Əli əlvaf, dizi gəgah naxışdı

Mina boylu, xurmayı saşdı

Ay ala gözdü Səlminazım, ağlama.


Dərd əlinnən düyünüyəm, dağlıyam

Qürbət eldə cavan ömrüm ağlayan

Məhəmmədəm Əhməd vəzir oğluyam

Ay ala gözdü Səlminazım, ağlama.

Məhəmməd sinəyi tarnan dediydən sonra dilinən də afalatı başdan-başa Səlminaza nağıl eylədi. Səlminaz Məhəmmədin əsil nə­javətini və görünməyən bir sirri bildiyi üçün ona olan mə­həb­bə­ti daha da artırdı. Hər ikisi şad, xürrəm yola düşdülər. O qədər get­dilər ki, laf Xanbalığa yaxınnaşdılar. Bu zaman qəza­dan bir tan­rı tanımaz, qanmaz bir çovana rast gəldilər ki, bavalı de­yən­nərin boynyna deyillər, bu çovanın bir çomağı varmış ki, haraya vur­saydı il ordan ot bitməzmiş. Və hansı adama vursa yernən yek­­­san olarmış. O çovan Səlvinazı görəndə ona bənd ol­du. Belə ki, çomağı çəkif Səlminazı Məhəmmədin əlinnən al­max də­rə­cə­si­nə gəldi. Məhəmməd halı belə görəndə ağlı başın­nan çıxıf, Səl­minazı almasın deyin çovana yalvarer:

Məhəmməd:

Başına döndüyüm ay lələ çovan

Çovan, gəl incitmə məni qoy gedim

Məskənimdi çölli-biyaban

Çovan, gəl incitmə məni qoy gedim.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin