Məhəmməd:
Bən adamın etivarını görmədim
Yar ujunnan atıldım nara mən
Deyirdilər: “bir dərədə dərman bulunmaz”
Eyləmişəm dərdimə çarə mən.
Nə müddətdi mən burdan getmişəm
Dərd, qəmnən yükümü tutmuşam
Sayad oluf barəsində yatmışam
İlişdirdim xan Səlmini tora mən.
Bülbül kimi mənim meylim yaradı
Kor taleh məndə nə staradı
Deyirdilər Məhəmmədin baxdı qaradır
Urcah oldum bir göhərə, qana mən.
Məhəmməd belə avaznan deyəndə Moğum şah səsə qapıya çıxanda nə gördü: Məhəmməd bir qız da getirif, gəlif. O Məhəmmədin yüzünnən, gözünnən öpə-öpə şansınnan baravar içəri apardı. Məhəmməd Gülşat və qarıynan görüşənnən sonra afalatı başdan-ayağa olara nağıl elədi.
Əvvəllərin Məhəmmədin qocaxlığına afərin deyif, bir neçə gün yol yorunnuğu alannan sora Qəndəhara getməklərini məsləhət gördülər. Məhəmməd bu məsləhətə irazı olmuyuf.
– A zalım uşağı mən deyirəm xədiməm, siz deyirsiniz nəçə oğlun var. Mahmıt xan xavardan olan kimi hədsiz, hesavsız qoşunnan gələr. Ona görə gərək indi gedək. Yoxsa hamımız tələf olax. Hamısı Məhəmmədin təyviri üzrə Qəndəhara yola düzəldilər.
O tərəfdən Qəndəharda Moğum şahın qohum, əqrabası Moğumnan, Məhəmmədin yolunu gözdüyürdülər. Cılız Sənəm intizardəydi ki, gejə aləm röyada gördü Moğumnan Məhəmməd qəm dəryasının içində üzüllər, heç daddarına çatan yoxdu. Yazıxlar az qalıflar qarq olalar. Sənəm sərsəm yuxudan qalxıf düz Asdan şahın yanına getdi.
– Şah taxtın tar mar olsun. Gözümüzün ağı-qarası bir öylədimiz var onu da yaddan çıxardıfsan, Sülemana qalmıyan dünya bizəmi qalajax.
Dostları ilə paylaş: |