Moğum şah:
Başına döndüyüm ədalət şahın
Nahaxdan bağlanıf qollarım mənim
Bir zaman vardı, bülbül kimi ötürdüm
İndi lal olufdu dilim mənim.
Uja dağ başını nejə aldı qara
İyitdə olmazmı, namıs, qıryat, ar
Gözəl şahın qulluğuna ərzim var
Oxusam bilərsən hallarım mənim.
Dərd əlinnən düyünnüyəm dağlıyam
Qürbət eldə cavan ömrüm ağlıyam
Moğum şaham, Asdan şahın oğluyam
Qəndəhar şəhridi ellərim mənim.
Moğum şah sineyi tarnan sözləri deyənnən sora dilnən də afalatı başdan-ayağa kimi şaha, şannara, vəzir, vəkilə, əyan, əşrəfə və bütün qoşun əhlinə nağıl elədi.
Asdan şah, Əhməd vəzir oğlannarını tanıyıf, gəlinnərinin və oğlannarının qollarını aşdırdılar.
Halı belə görən xannar şahın qəzəvinnən qorxuf onun əl-ayağına düşdülər və yalvara-yalvara and işdilər ki, siz kimi bir calalı şah öləddəri olduxlarını bilməmişik. Bizim günahımızı bağışda. Şah dedi:
– Hürmətiniz artıx olsun. Xannar şahın qəzəvinnən qurtadıxlarınnan oğlannarı və qızdarı yaxşı köhlən atdara mindirif şahı qoşunnan baravar Xanbalığa qonax getdilər. Xanbalıxda yeddi gün-yeddi gejə büsatdı toy eliyif Gülşatın kəbinini Moğum şaha, Səlminazın kəbinini də Məhəmmədə kəsdilər. Gəlin atdandı, şax bəzəndi, sağ diş, sol diş, solda xannar başında atdıları bir mənzildən şahı, şahzadəni, gəlinnəri və qoşunu üzaşdırıf qayıtdılar.
Asdan şah calal şökətnən şad, xürrəm ölətdəri, gəlinnəri və başındakı dəliqannılarıynan Qəndəhara yola düşdülər, cıdır başdadı.
At qoşdurana bax, ox atannara bax, nişana vurana var, gəlinnərin başınnan qızıl, gümüş tökənlərə bax. Bu calalnan gedərkən iki cıdırkı atdarı tərpədif bir az vaxda özdəri qan, tər içində atdarının ağzınnan, sağrısınnan, döşünnən köfüy axa-axa Moğum şahın anası Sənəm xanıma yetişdilər.
– A xanım, gözün aydın olsun, oğlun söygülüsunü gətirif gəlir. Muşduluğumuzu ver.
Sənəm xanım söyünə-söyünə cıdırçılara istədiyləri qədər muşdulux verdi. Özü də başında qul qaravaş atdanıf pişvaza çıxdı. O qədər at sürdü ki, şəhərdən bir az kənarda yetişdi. Bu zaman oğlunu və gəlinini can kimi bağrına basıf, öpüşüf görüşdüydən sonra Qəndəhara gəldilər. Asdan şah Qəndəhar şəhərini xalı, zililərnən, çiçəynən, nöy-bə-nöy al-şalnan, əlvan-əlvan bəzətdi və bir böyük məclis qurdurdu. O məjlisdə bütün şəhər əhlini qonax çağırdı.
Əhli şəhər səgirən-kəbirən şahın toy məjlisinə gəldilər. Zağara, zurnaynan, dəf balabannan bir görünməmiş büsatdı toy elədilər ki, fağır, fuğara, kasıf, kusuf və bütün əhli şəhər yeyif doydular.
Bunnan sora Gülşatın əlini Moğum şahın əlinə, Səlminazın əlini də Məhəmmədin əlinə tafşırıf:
– Yıldızları barışsın, yeddi oğul ata-anası olsunnar, urzuları başdan yağsın, calalları daha da ujalsın, baxdları yeyin olsun dəyif dağıldılar.
Moğum şah söygülüsü Gülşatnan, Məhəmməd də ilk gözünün oyu Səlminaznan var, dölət içində ağ günnən ömür sürməyə başdadılar.
Ustatdar oğlannarın və qızdarın bir-birinə olan möhübbətdərini daha da artırıf kef damaxnan ömür sürməkləri üçün sazdarının zilini zil, bəmini bəm, sinə dəm, üsdə kəm eliyif orda bir duax qapba demişdilər.
Dostları ilə paylaş: |