KÖTÜKÇÜ ABBAS
Bəndərpeşər şəhrində Abbas addı bir kasıf kişi var idi. Bunun peşəsi həmişə kollardan və dağlardan tikan kötüyü çıxardıf şələ tutuf şəhərdə satmağ idi. Bir gün axşam tərəfi bir şələ kötük gətirif Bəndərpeşər şəhrində bir abbasıya satıf o günü çörək pulunu hazır etmişdi. Cavan Abbas Bəndərpeşər şəhərinin böyük küçələrində gəzirdi. Nagah gördü ki, küçənin kənarında bir məzlum dilənçi onnan, bunnan pay istiyə deyir:
– “Ay mənim bu gejə çörək pulumu verən, birə min bu dünyada və birə min axirətdə əvəz alasan”.
Cavan Abbasın buna rəhmi gəlif öz-özünə dedi:
– “Mən gejə ac qalsam da bu dilənçini qoymayajam acından ölə”.
Bunu diyif həman abbasını verdi. Dilənçi alqış edə-edə getdi. Amma bu yannan Cavan Abbas şəb vaxtı küçələrdə gəzə-gəzə deyirdi:
“Allah, mənə bu gejə kimnən bir əppək pulu alım”.
Fikir edə-edə bir qaranlıq küçəynən gedirdi. Nagah gördü bir ərəbi libas geymiş balaja boylu dərviş, küçənin yuxarı tərəfindən buna tərəf gəlir. Abbasın yanına yetirəndə dedi:
– “Abbas gejə vaxtı bu qaranlıx küçədə neyliyirsən?”
Abbas bütün əhvalatı bu dərvişə nağıl elədi.
Dərviş dedi:
– “Abbas, indi ki, belə oldu, mən hər nə desəm, əməl elə”. Axırda ağ günə çatarsan”. Abbas “bə çəşm” deyif dərviş buna bir kağız yazıf verdi. Və dedi:
– “Bu kağızı apar Mərdən şahın qızı Gül xana ver. O sana hər nə desə elə”. Xülasə: dərviş kağızı Abbasa verib gözdən qayib oldu. Abbas kağızı həmin saat Gül xana yetirdi. Gül xan kağızı oxuyuf məzmununa halı oluf dedi:
“Əmi oğlu, Abbas gəldinmi?”
Abbas dedi:
– “Bəli!” qız dedi: “Burada ol!” Pəs: Gül xan o saət iki at hazır eliyif hərəsi birini mindilər.
Gül xan dedi:
– “Oğlan mən atımı haraya sürsəm dalımca sür”.
Bunu deyif hər ikisi atdarına məhmiz göstərif yola düşdülər. Bu sürətlə beş gün, beş gejə at sürdülər. Buların qavağına bir böyük çay rast gəldi. Qız dedi:
“Əmi oğlu Abbas, bu çayın aşağısına getmək lazımdur”.
Odu ki, atdarının cilovunu çöyrüf yavaş-yavaş çay aşağı gedirdilər. Bir vədə qız gördü ki, bir uja dağın ətəginnən dərə aşağı nazik bir su axır. Bu suyun içində cöyuz boyda pür qiymət bir neçə ləl vardi. Qız atınnan düşüf bu daşdarın beş dinəsini götürüf Abbasa verdi və dedi:
– “Abbas, buları yaxşı saxla, bir gün bizə lazım olar.
Genə atdarını sürüf gedirdilər. Bir də qız dedi:
– “Əmi oğlu Abbas, daha bu bir özgə vilayətdi. Onunçün ehtiyatdı olmaq lazımdı”.
Abbas dedi:
– “Qorxma heç zad olmaz, atını sür gedək”.
Pəs: qıznan Abbas xuraman-xuraman gedirdilər. Ancaq bilmirdilər hayana gedirlər. Biçaralar bu minvalnan altmış gün at sürdülər. Ta inki “Libnan” addı bir şəhərə varid oldular. Bu şəhərin uja qəsrində özlərinə mənzil tutuf yaşıyırdılar. Bir gün Abbas ilə Gül xan otaqlarında şad-xürrəm oturmuşdular. Gül xan dedi:
– “Əmi oğlu, bilirsənmi, nə var?”
Abbas dedi: – Nə var?
Gül xan: “Mən necə ki, bilirsən Bəndərpeşər vilayətinin şahı olan Mərdan şahın qızıyam. Atam məni öz əmim oğlu Abbasa nişannandırmışdı. Amma mənim əmim oğlu Abbasa meylim yox idi. Atam isə mənim sözümə qulax asmayıf gücnən vermək istiyirdi. Hətta biz bu diyara yeni gələn vəqtdə toy binası başlamışdılar. Amma o gecə ki, sən əlində mana bir kağız gətirmişdin, bildinmi o kağızı kim yazmışdı və nə məqsədnən yazmışdı?”
Abbas dedi: mənim bildiyim bir qaranlıx küçəynən keçəndə həmin kağızı bir balaja ərəbi dərviş yazıb mənə verdi və dedi ki, hər nə desəm əməl et, axırın xeyir olar.
Mən də kağızı alıf necə ki, tapşırmışdı apar Gül xana ver, eylə də verdim. Və demişdi ki, o hər nə desə əməl et, vəssalam, bunnan başqa bir şey bilmirəm.
Qız dedi:
– Bil və agah ol! Həmin kağızı yazan cənab Əlidir, beylə də yazmışdı: “Ey Gül xan sənin kəbnini öz əlimnən bu kağızı aparan cavan Abbasa kəsdim. Hər halda qəbul et; axırınız xeyir olar”.
Bunu deyif cənab Əli yazmış olduğu naməni çıxarıf və dedi:
“Əmi oğlu Abbas mənim burya gəlməkdə məqsədim odu ki, əgər mən sənə öz vilayətimizdə getsə idim, onda el-oba məni daşqalax elərdi. O biri tərəfdən həm atam və həm də əmim oğlu Abbas. Və hər ikimizi də öldürərdilər. İndi söylə görüm sən də o mollanın kəbinini qəbul edirsənmi?”
Oğlan dedi:
– İndi ki, o molla kəsib, can-baş ilə razı oluram, Pəs: hər ikisi razı oldular.
Qız dedi:
– Abbas mənim özümnən suvayı bir bajım var idi ki, dünyada gözəllikdə misli-manəndi yoxudu. Hayıf ki, on üç-on dört yaşdarında döy apardı. Məlum degil haradadı. Qız sözünü tamama yetirif dedi:
– “Əmi oğlu, o sənə verdiyim daşdar haradadı, gətir. Onnar çok könül açandı”. Abbas daşdarın iki dənəsini qıza verdi. Qız Abbasınan baravar qəsrə çıxıf, üstə qərar tytuf daşdarı əlində atıf duturdu. Hər yuxarı atanda gün kimi parıldayırdı.
Qəzadan o gün Libnan vilayətinin şahı olan Teymur şah, vəzir, vəkil və bir çox qoşun ilə şikardan gəlirdi. Abbasgilin qəsrinin qavağınnan keçəndə gördü ki, qəsirdə bir gözəl qız əlində iki pür qiymət ləl oynadır. Heç şahın xəzinəsində bu növ ləl yoxdur. Şah dübarə diqqətlə baxdıqda gördü ki, qızın yanında bir oğlan vardır. Ancaq bunlar qarif insanlardır. Şah gözünü dolandırdı. Qafıldan Gül xanı görüf bir gönüldən min gönülə aşiq giriftar oldu. Dedi:
– “Vəzir bu qəsirdə sakin olan oğlan, qız haradan gəliflər. Və əllərindəki bu pür qiymət ləli nə cür ələ keçiriflər. Çünki bu daşdarın qiyməti heç şahın xəzinəsində yoxdur”. Vəzir dedi:
– “Şah sağ olsun. Bular özgə bir məkandan gəliflər. Amma bilmirəm, əllərindəki ləl nədir?”.
Pəs: buradan bargaha gəldilər. Şah dedi:
– Vəzir, amanın bir günüdür, bir tədbir tök. O qızı mənim içun ələ gətir ki, az qalıf eşq ujunnan həlak olam.
Vəzir dedi:
– “Şah sağ olsun, onda gərək əvvəl oğlanı öldürmək, sonra qızı ələ gətirmək”.
Şah dedi:
– Çox gözəl, indi tədbir tök, oğlanı həlak edək.
Vəzir ərz etdi ki:
– Onun tədbiri budu: Bu gün oğlan ilə qəsirdə oturuf ləl daşları oynadırdı. Şübhəsiz ki, bu daşdardan olarda dört-beş dənəsi olar. Ona görə sən savah car çəkdir ki, bu gözəl mənim xəzinəmin qapısını qırıb hesabsız qızıl-gümüş və beş dənə pur qiyməy daş aparıflar ki, heş şahın xəzinəsində tapılmayan daşdır. Bu carı çəkdirdikdən sonra əlli nəfər sərbaz ilə məni şəhərə göndər ki, gət öyləri, dükanları gəz, bu nişan daş hər kimin öyünnən və dükanınnan çıxsa buraya gətir. Onun cəzası ölümdür. Bu vədə mən sərbazlar ilə gedif bir neçə tufkən gəzdikdən sonra həmin qızın qəsrinə gedif o pür qiymət daşdarı tafdıxdan sonra daş ilə baravar hər ikisini hizurinə gətirrəm. Sən oğlana xəzinə əhvalatını nağıl eyliyif diyərsən: “Ey nanəcib, mənim şəhərimə qonağmı gəlmisən, yoxsa çap ulçumu? Bu daşdarı görürsənmi, heç şahın xəzinəsində yoxdu. Hələ di görüm, qızıllar hanı? Bu vəxt sənin bu sözlərinin qabağında aciz qalar. Onda sən hökm et boynunu vursunnar.
Şah bu haramzadənin tədbirinə “mərhəba” deyif savah olcaq vəzir həmin minval ilə söylədigi işləri tutduxdan sonra cavan Abbası, Gül xanı şahın hizurinə gətirdi. Şah vəzir tökdüyü tədbiri bu iki yar mehribanə söylüyüf cəlladə hökm etdi bu saət Abbasın boynunu vur. Bu vədə Gül xandan irəli duruf dedi: “Şah sağ olsun, Abbasın boynunu bu beş dənə ləldən ötrü vurdurursansa da ədalətsizlikdir. Çünki mən bu daşdarı bir çay kənarında tapıf özümlə bu şəhərə gətirmişəm. Hərgah inanmasan həmin daşdardan nəz qədər istəsən sənin içun gətirərəm”.
Qızın bu sözünə bütün əşraf əyan razı oldular. Bu vədə şah aciz oluf dedi:
“On gün möhlət verirəm, hərgah bu daşdardan iyirmi beş dənə gətirməsə o vədə boynunu vurduraram.
Gül xandan razı oluf Abbasla baravar öz qəsrinə gəldilər. Gül xandan dedi:
– Abbas, bilirsənmi bu nə hiylədi?
Abbas dedi:
– Xeyr!
Qız dedi:
“Bil və agah ol, şahın nə qızılı və nə daşı itmiyif, bunu hiylə qayırıf istiyir səni öldürüf, məni özüçün alsun. Onunçun ehtiyatlı dolanmax lazımdı; indi sənə durmax yaraşmaz. Atını min həmin çayın yuxarı tərəfinnən axan nazik su kənarına get. Su yuxarı gəzif əlli-altmışa qədər o pür qiymət daşdardan tapıf gətir”.
Abbas o saat ata suvar oluf özünü həmin suyun kənarına yetirif ata piyada oluf su yuxarı gəzə-gəzə gedirdi. Bir vədə gördü ki, bir uja dağın başınnan nazik suynən baravar bir neçə ləl daşı axıf gəlir. Və daşları götürdükdən sonra öz-özünə dedi:
– “Ey dil qafil, bu hər nə isə dağdan gəlir. Gərək bu dağın başına çıxım”diyif yavaş-yavaş dağa çıxdı. Bu yiyəsizlikdə heyrətlə hər yana göz gəzdirdi. Nagah gördü ki, dağın bir tərəfində daşdan əmələ gəlmiş bir qələçə vardır. Abbas hölnak qələçəyə daxil oldu. Nə gördü: qələçəyin bir tərəfinnən bir siyah pərdə çəkilif, Abbas siyah pərdəni bir tərəfə eyləyif nə gördü: bir təxt zərin üstündə bir qız yatıf. Dünyada misli-manəndi yoxdur. Öz-özünə dedi:
– “Gül xandan mənə nağıl eyliyirdi ki, mənim bir bajım var, onu da döy aparıf, yəqin ki, bu həmin Gül xanın bajısıdur. Ya gərək öləm və ya nazənini buradan xilas edəm”. Bunu deyif qıza yaxın gəldi, hərçi səslədi və əlin qurdaladisə qızdan cavaf çıxmadı. Abbas bildi ki, qız tilsimdədi. Və təxtin yuxarı tərəfinnən bir loh asılıf insan baxdıxda heyrətdə qalır. Tamam ləl zəbərcətdətdəndir. Əli uzadıf bu ləli almax istədikdə ləl yuxarı çəkildi. Abbas dedi:
– “Qızı belə bihuş edən yəqin ki, bu ləldur”.
Hərçi səyi təlaş etdisə, lələ əli çatmadı. Abbas dedi:
– “Səbr etmək lazımdır. Həlbət bu qızı tilsimən salan bir gün gələr”. Bunu diyif bir tərəfdə pinhan oldu. Bir az müddətdən sonra səmadən top bulud halində bir dumannı şey qələçənin qapusuna düşdüyünü gördü. Duman sakit oluf ifritə döy qələçəyə daxil oldu. Abbas diqqət ilə buna baxırdı, görüm qızı nə cür huşə gətirəcək. Baxdı ki, zərin təxtin aşağı tərəfindən bir qamçı ələ alıf bir dəfə lohə vurdu. Loh siyah pərdənin bir tərəfində qayib oldu. Bir qamçı da qıza vuruf dedi:
– “Qalx ey yar, mehriban, nə vaxta qədər məni belə eşqin fəlakinə yandırajaxsan?” – qız huşə gəlif dedi: “Ey ifritə, na bəkar, böylə bihuş tilsim zillətin çəkmək sənin o nəhs üzünü görməkdən yaxşıdır. Döy qəzəb alud oluf biçarə qızı o qədər döydü ki, qız bihuş oldu. Bir müddətdən sonra huşə gəlif dedi: “Öldürsən də sənin kimi ifritə ray verif baş birrik eləmərəm.
O na bəkar bu sözü qızdan eşitcək belindən xəncəri çəkif qızın bir neçə yerindən yaraladı və dedi:
– “Hərgah, ray verməsən, and olsun Süleyman peyğəmbərə, həlak edəcəm”.
Biçarə qız canını qutarmaq içun hilə yolu ilə dedi: “Ey Şəşə, bir neçə gün canım nərm olana gibi şirin söhbət edək, sonra isə ray verərəm”. Şəşə bu sözü eşidif dedi:
– “Ey yar mehriban! İndi qulun olaram. Qız döy ilə bir qədər şirin söhbət etdikdən sonra döy dedi:
– “Nazənin mənim əfsəl işim vardır, ona görə getməliyəm, munu deyif bir qamçı lohə vurdu. Loh qızın başının üstə qərar tutdu, həmin vədə biçarə qız bihuş düşdü. İfritə isə siyah pərdəni salıf qələçədən eşiyə çıxıf bir ismi əzəm oxuyuf duman halında səmaya qalxdı. Gəl sənə Abbasdan xəbər verim. O saat qələçəyə daxil olub siyah pərdəni bir tərəfə edif təxti aşağı tərəfinnən qamçını alıf bir qamçı löhə vuruf loh siyah pərdənin bir tərəfində qayib oldu. Və bir “hi” qıza vuruf dedi:
– “Qalx ey nazənin, səni xilas etməgə gəlmişəm”.
Qız gözünü açanda gördü ki, bir cavan oğlan qavağında duruf dedi:
– “Ey cavan, sən kimsən ki, bu məkanə gəlmisən. Bəni insannan hərgiz bu məkanə gələn olmaz”.
Abbas həm öz əhvalatını təmamən qıza nəql etdi. Qız bajısı Gül xanın adını eşidəndə bir ah suznaq çəkib bihuş oldu. Abbas müşk gülab ilə qızı huşə gətirif dedi:
– “Ey nazənin, niyə belə eləyirsən?”
Qız dedi:
– Qulax as, mən də öz əhvalatımı sənə nəql edim. Mən Bəndərpeşər vilayətinin şahi olan Mərdan şahın qızı sənin nişanlının bajısı İsmətəm. Bir gün qırx incə qız ilə öz başıma seyrə çıxmışdım. Bağda qızdar hərəsi bir tərəfə gül dərmək və başqa işlər ilə məşğul idilər. Mən də çarhovuzun başında əl-üzümü yuyurdum. Nagah gördüm, gögdən bulut halında bir şey çar hovuzun kənarinə düşdü. Mən qorxub istədim qaçam, o vədə bulutun içinnən bir əl uzanıf məni tutdu. Mən o saət bihuş oldum. Daha özümü bilmədim. Bir də gözümü açanda özümü bu qələçədə gördüm. Diqqət ilə baxanda başımın üstündə bir ifrit olduğunu görüncə dübarə huşdan getdim. O nabəkar məni huşə gətirif dedi: “Ey nazənin, qorxma mən səni öldürməyə gətirməmişəm. Bil və agah ol, mən Qələzəm şahının oğlu Şəşəm. Beş ildi ki, sənə aşiq olmuşam”. Mən muna dedim: Bura haradır? Dedi: “Qələzəm şahinin bir vilayətidir”. Dedim: “Ey Şəşə, dünyada səni xilas etmərəm”. Bu vədə mən dedim ölsəm də sənə rəy vermərəm. O haramzada hərçi yalvardı, mən rəy vermədim. Odur ki, qəzəblənif məni belə tilsimə saldı. İndi dört ildi ki, bu döyün əlində giriftarəm. Özü də bir səfərə gedəndə məni həmin loh ilə bihuş edər ta inki özü gələnə qədər bihuş qalaram. Gələndə huşə gətirif hərçi yalvarar, ray vermərəm. Xülasə, bu zülmlərilə həyat sürürəm. Axır bir gün lap cana gəldim. Dedim ey Şəşə daha məni dögməkdən və zəxmdar etməkdən əl çək. Bir neçə gün rahət olum, sora sənə ray verərəm. Xülasə, mənim bu dört ildə günüm budu”.
Abbas dedi:
– İsmət. İndi durmağın vaxtı döyul. Döy gələr həm səni və həm də məni həlak edər, mənə di görüm bu haramzadəni nə təər ilə həlak etmək olar”.
Qız dedi:
– “Mən munnan qavax Şəşədən xəbər aldım ki, sizin də bəni insan kibi ölümünüz varmı?” O mənə dedi: – Yox, bizim ölümümüz həzrət Süleyman peyğəmbərin əlindədir” dedim. Dedim: – Şəşə, sən mənim canım, düzünü di görüm, bəs nə təər ilə ölürsünüz? Dedi: – İsmət xanım, bizim canımız bir şişə içərisində quşdur” Mən dedim: “Sən gedəndə mən bu biyabanda yalqız qalıram. Hərgah mümkün olsa mənim yanımda qoy, onnan günümü keçirim. And içdi ki, ixtiyarı özümüzdə döyül. Abbas dedi:
– “İsmət, o nə vaxt gələcək?”
İsmət dedi:
– Bu saat gələr hər ikimizi həlak edər.
Oğlan qamçı ilə lohə vurub loh öz yerində qərar tutdu. İsmət bihuş olub Abbas öz yerində pinhan oldu. Bir müddətdən sonra döy na bəgar qələçəyə daxil oldu.
İsməti huşə gətirif şiirin-şirin söhbət əsnasında İsmət dedi: “Şəşə, sən mənim canım, di görüm sizin canınızı nə təərnən ələ gətirmək olar? Döy dedi:
– “Bu sirri dünyadə heç kimə deməzdim. Amma səndən gizlətmərəm. Bil və agah ol, hər kim də həzrət Süleyman peyğəmbərin üzüyü olsa o üzüynən mənim canımı ələ gətirmək olar”. Qız dedi: “O üzük ilə nə cür ələ gətirmək olar?”.
Şəşə dedi:
– “Həmin üzüyü barmağına taxıb su kənarına gedif üzüyü suya salıf desə “ey üzük, Süleyman peyğəmbərin eşqinə filan devin canını mənə yetir”, həmin dəqiqə o döyün canı şişədə üzüyün yanına gələr. Onda şişəni qırıf içinnən gögərçini həlak edəndə həmin döy də o suyun kənarına gəlif həlak olar”.
Pəs: qız ilə döy bu minval ilə şirin söhbətlərdən edirdilər. Bir azdan sora döy dedi:
– “Ey nazənin, mənim Qələzəmdə çox əfsəl işim var, ona görə bu saat getməliyəm”
Munu deyif qamçı ilə lohə vuruf qız bihuş olannan sora qələçədən kənarə çıxıf bir ismi əzəm oxuyuf səmayə qalxdı. Döy getməkdə olsun, gəl sənə Abbasdan xəbər verim. Cəsət çalan özünü İsmətin yanına yetirif qamçı ilə lohə vuruf qızı huşə gətirdi. Dedi:
– “İsmət, döyün canını nə təər ələ gətirməgi xəvər aldınmı?
İsmət dedi:
– “Xəvər aldım, ancaq o deyən şey bizdə tapılarmı?
Abbas dedi: “Nə demişdur?.
Qız dedi: “Bil və agah ol, hər kimdə Süleyman peyğəmbərin üzüyü olsa mənim canımı ələ gətirif həlak edə bilər”. Abbas şad oluf dedi:
– Ey nazənin, dünya mal-dölətinnən payımız yox isə də ancax sənin bacın Gül xan mənə həmin Süleyman peyğəmbərin üzüyünü vermişdir. O isə bu saat civimdədir. Pəs: hər ikisi şad xürrəm duruf o böyük çayın (Abbas ilə Gül xan yeni gələndə qiymətli daşları tapdığı çaydır) kənarinə gəldilər. Həmin Şəşə döy ögrədən kimi üzüyü suya saldılar odəm saət şışə hazır oluf Abbas şişəni qırıf gögərçini həlak edən kimi suyun kənarini dumanlı bulud bürüyən bir görünüşdə səmadən duman halında döy nabəkar suyun kənarına düşdü. Həmin saət həlak oldu. Bu vədə hər ikisi şad oluf qələçəyə gəldilər. Abbas lazım olan həmin daşlardan hesabsız götürüf ata yüklüyüf yola rəvan oldular. Bir müddətdən sora özlərini Libhan şəhərinə yetirdilər. Buradan da öz öylərinə gəldilər. Gül xan bacısı İsməti görcək tanııdı.
Bir-birinə sarmaşıf görüşdülər. Pəs hər iki bacı öz əhvalatlarını bir-birinə təmamən nəql etdilər bir-birinin böylə pis halətinə qəmgin oldular. Abbas dedi:
– Ey nazəninlər, indi bu gününüzə şad oluf şükr edin. Gül xan dedi:
– “Abbas sənə durmaq yaraşmaz, şahə verdiyim vədədən çox müddət keçmiş: tez ol! O ləllərdən əlli danəsini şahə apar. Abbas o saət əlli danə qiymətli daşdan bir qaba quyuf üzərinə sərpuş çəkif şahə apardı. Şah bu qiymətli daşları qəbul edif dedi:
– “Oğul, get sənin sözlərin doğruymuş. Mənim xəzinədarım yalan söyləmiş,onunçun da həlak etdirdim”.
Abbas dedi:
– “Dölətiniz artıx olsun”, pəs şad və xürrəm evlərinə gəldi. Abbas gedəndən sora Teymur şah dedi:
– “Vəzir, amma bu oğlan hilədən də səlamət qurtardı. İndi elə bir tədbir çək ki, daha səlamət qurtarmasın”. Vəzir dedi:
– Şah sağ olsun, sən özünü xəstəligə vur. Abbasi hizurinə çağır deginən: Abbas, mən bir xəstəligə düçar olmuşam. Heç əlaci tapılmır odur ki, həkimlər mənə deyirlər ki, (Gül Kəhkəhənin güli) gəlsə xəstəlikdən qurtararsan. İndi gərək hər nə tər olsa güdif mənə Gül Kəhkəhənin gülünü gətirəsən. Hərgah gətirsən dünya malınnan qəni edərəm. Lakin boyun qaçırsan, o saət həlak etdirərəm – onda gedər gətirə bilməz. Həlak etdirib qızın vüsalına yetişərsən”.
Şah vəzirin bu tədbirinə “mərhəba” deyif o saət Abbasi hizurinə çağırtdırıf əhvalatı vəzir deyən kimi Abbasa söylədi. Abbas canının qorxusunnan “Şah sağ olsun, ölləm və ya inki Gül Kəhkəhənin gülünü gətirif səni səlamət edərəm”. Munu diyif şahın hizurinnən bikef qızların yanına gəldi. Əhvalati təmamilə söylədi. İsmət dedi:
– “Bundan ötrümü qəmgin olursan, o mənim boynuma. İndi bir namə yazaram atını minif Vizcadi bağına gedərsən. Həmin bağın bəri yanında yolun kənarında bir qoca kişi görərsən, naməni ona ver. O sənə Gül Kəhkəhin gülünü gətirməgi örgədər. Onu da bil ki, buradan cadi bağına yeddi günnük yoldur”. Pəs: Abbas qızdan naməni alıf cadi bağına tərəf getməgə məşğul oldu.
İsmət dedi: “Abbas, unutma ki, Gül Kəhkəhə məlaikələr şahının qızıdır. Özü də mənnən sığa bacidir. Ona yetişən kimi mənim adımı nişan ver! Hətta özüm naməmdə də yazmışam. Nişan ver onda sənnən baravar gələr. Bir müddətdən sora Abbas özünü həman İsmət nişan verdigi qoca kişiyə yetirdi. Naməni piranə verif piran namənin məzmununnan xəbərdar olan kimi dedi: –Abbas, yaxşı fikir ver. Gül Kəhkəhəyi ələ gətirməgi sənə örgədirəm, lakin gələndə o naməni də xilas etdir. Abbas “bə çəşm” deyif piran başladı.
“Üç gün at sürsən dördüncü günü pərilər padşahının qızı Gül Kəhkəhənin cadi bağına yetişərsən. Bağın qapısında bir tuğ ağacı vardır. Onnan iki mıx kəsif birini bağın qapısına çal. O saət qapı açılar. Daxıl ol, digər məxə da bağın baş tərəfində bir daril imarə var. O qapının astanəsinə çal. O qapı da açılar. O saət daril imarəyə daxil ol; qabağına bir gög pərdə gələr, onu sındır. Pərdənin dalında bülül löhənin üstündə bir şişə görərsən, o şişəni sındır. İçinnən bir gögərçin çıxar. Həmin saət gögərçini öldur. O zaman daril imarədən çıxıf bağın içinə tərəf get, çox keçməz bağdan sənə sarı hesabsız qızlar gələr ki: mən Gül Kəhkəhəyəm, “Abbas apar məni” sən heç birinə yaxın getmə. Hərgah getsən o saət tilsimə düşərsən. Odur ki, ən axırda bir köhnə libas geymiş uca boylu bir qız gələr sənə yetirən kimi onu tut degilən: “Ey Gül Kəhkəhə gəl gedək!”; o sənə diyər: “Abbas, məni burax bu saət gələrəm”. Onda ona mane olma, burax getsin, hər yana getsə gələr”.
Abbas oradan yola rəvan oluf üç ötər dört deyən günü bağa yetişdi. Piran öyrədən kimi bağa daxil oluf tilsimi sındırdıxdan sora Gül Kəhkəhəni ələ gətirdi. Qız dedi:
– “Abbas, indi ki belə oldu, məni burax bu saət gələrəm”. Abbas qızı buraxdı. Bir az vaxtdan sora Gül Kəhkəhə bir məlaikənə libas giyif Abbasın yanına gəldi. Dedi: Abbas mənim bacım İsmət naməsində yazmışdı ki, nə təər olsa Abbasnan gələsən. Çünki, həmin oğlan məni Şəşə döyün əlinnən xilas etdi. Özü də bacımız Gül xanı almışdır. Odu ki, sən atın minib get mən bu saət orda olacam. Abbas dedi:
– “Nazənin, sənə bir xahişim var, gərək rəva edəsən”. Qız dedi: – Nədi de görüm?”
Abbas dedi:
– “O yolun kənarində tilsimə düşmüş qojanı xilas edəsən”. Qız dedi:
– “Mənim gözüm ustə”. Pəs: hər ikisi qojanın yanına gəldilər. Qız bir sehr oxuyuf qocanı tilsimdən xilas etdi. Ordan bir ism əzəm oxuyuf səmaya bilənd oldu. Bir az vaxtdan sora Libnan şəhərində İsmətin qəsrinə yetişdi. Hər üç bacılıq bir-biriynən görüşüf bütün əhvaltdarını başdan-başa nağıl elədilər. Bular söhbətdə olsun, gəl sənə Abbasdan xəbər verim. Qojaynan halallaşıf mənzil-bə-mənzil Libnan şəhərinə yetişdi. Qızlar şad oluf dedilər:
– Abbas, bu zalım şah sənə çox zahmətlər verif.
Abbas dedi:
– Ey Gül Kəhkəhə, indi şah məni gözlüyür ona gül aparam.
Qız dedi:
– “Bu saət verərəm”, pəs: bir pinhanə çəkilif həzrət Süleymanı yad edif asqıranda ətirli gül ağzınnan yerə düşdü. Gətirif Abbasa verdi. Abbas şad-xürrəm gülü şahə yetirdi. Bu gülün öylə höki var idi ki, hər kim iyləsə on beş yaşında cavan olardı. Şah Abbasa bir qədər inam verif yola saldı. Abbas Şah və vəzir gülü iyliyif on beş yanında cavan oldular. Şah vəzirə dedi:
– “Ey vəzir, bu cavan hilədən də xilas oldu, bəs munun çarəsi nədir”. Vəzir dedi: – Bu dəfə bir plan çəkərəm dünyada xilas ola bilməz” Bular plan çəkməkdə olsun. Gəl sanə Gül xandan xəbər verim. Gül xan üzünü Gül Kəhkəhə tutuf dedi:
–“Ey nazənin, bilirsənmi bu şahın fikri nədi?” dedi “bilmirəm”.
Gül xan dedi:
– Bil və agah ol! Bu nabəgar şahın fikri budu ki, Abbası öldürüf, məni alsın”.
İsmət dedi:
– “Bacı, doğrudan da belədi”.
Gül Kəhkəhə dedi:
– “Heç qəmgin olmuyun, siz bajıların indi mən qohum, ağrəbasıynan həlak edərəm”. Pəs: üzünü Abbasa tutuf dedi: “Get bu saət savaha vəzir vəkili və bütün qohum ağrəbasıla özünə qonax çağır”.
Abbas “bə çəşm” deyif şahın hizurinə yetişif dedi: “Şah sağ olsun, savah vəzir, vəkil, əyan əşrafınnan mənə qonax ol”.
Şah dedi: “Çox yaxşı savah şəhərin kənarında olan meydançada sənə qonaqlıq”. Abbası yola salıf gəldi vəzirin yanına, dedi:
– “Vəzir Abbas gəlif məni əyan əşrəfnən qonaxlığa dəvət etdi. Mən də savah gəlləm dedim. Bu qonaxlığa getməkdə bir fikrin var gör yaxşımıdı? Savah biz əyan əşrəf və orduyi himayuninən ona qonax gedərik. O isə mənim ordumun öhdəsindən gəlif yaxşı qonaxlıx edə bilməz. O vədə bu bahanə ilə boynunu vurduruf Gül xanın vüsalinə yetişərəm. Vəzir şahın tədbirinə “mərhaba” deyif savah olcaq bütün əyan əşrafnan həmin meydançaya getdilər. Bu yannan Abbas qıza dedi:
– “Gül Kəhkəhə, indi meydançada qonaqlar bizi gözlüyür tez olun gedək”.
Abbasnan Gül Kəhkəhə meydançaya gəldilər. Gül Kəhkəhə meydançada gəldilər. Gül Kəhkəhə bir pinhanə çəkilif həzrət Süleymanın sürfəsini açıf dedi:
– “Ey sürfə, səni and verirəm həzrət Süleymanə, bu meydanı bütün lamalığla kimi çadır edif ləziz taam hazır etdir”.
Sürfə həzrət Süleyman eşqinə, bütün meydanı hesabsız taamnan puşidə etdi. Pəs: şah, vəzir, vəkil, əyan, əşrəf və ordu himayunnan çadırlarda qərar tutdular. Bulara taamlar verdilər. Yiməgə məşğul ikən Gül Kəhkəhə Abbasnan baravar bir pinhani yerə çəkiluf bir ismi əzəm oxuyuf o saat öylə yağış və dolu yağdı ki, bütün Temur şahı, vəzir, vəkil, əşraf və ordu himayunuynan sel aparıf dəryayə tökdü. Abbas və Gül Kəhkəhə şad və xürrəm Libnan şəhrinə gəldilər. Bir neçə carçı şəhərə salıf camaəti bir yerə yığıf Temur Şah Abbasın barəsində nə kibi haqsız işlər gördügünü axırda əyan əşraf və qohum-ağrabasınan bəlayə düçar oluf sel aparmasını söylədilər. Sibhan Əli Temur şahə lənət edif onun yerinə şahlığa Abbası qəbul etdilər. Odu ki, Libnan şəhərini bəziyif Abbasın başına şahlıx tacı qoyuf təxtə çıxartdılar. Bir müddətdən sora Gül Kəhkəhə şəhəri bəzədif qırx gün, qırx gejə toy eləyif Gül xanı şah Abbasa verdilər. Gül Kəhkəhə bacılığı İsməti də götürüf şah Abbas və Gül xannan görüşüf öz vətənnərinə getdilər. Şah Abbas Libnan əhliynən gözəl rəftar edib ədalət ilə hökmüranlığ sürüf öz məşuqəsi Gül xan ilə eyş-işrətə məşğul oldular.
Dostları ilə paylaş: |