Azərbaycan Hava Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası


Biosenozun ərazi (məkan) strukturu



Yüklə 57,73 Kb.
səhifə4/13
tarix10.01.2022
ölçüsü57,73 Kb.
#109760
1   2   3   4   5   6   7   8   9   ...   13
1.2. Biosenozun ərazi (məkan) strukturu
Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində fitosenozda bitkinin yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur. Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq (mərtəbəlik) quruluşunu alır: assimlyasiya edən bitkinin yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür. Məsələn, Lənkəran ovalığında və dağətəyi hissədə dəmirağac üçyaruslu (üçmərtəbəli) mürəkkəb qarışıq meşəlik yaradır. Üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir, ona vələs, azatağac və Qafqaz xurniyi (xurması) də qarışır.

Bu yarusun hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni isə samşit, bigəvər və başqa kollar tutur (3-7 metr).

Meşədə həmişə yaruslararası (yarusdan kənar) bitkilər də mövcuddur, bunlara ağacların gövdə və budaqlarında mamır və şibyələr, ali sporlu və çiçəkli epifitlər və lianlar aiddir. Yarusluq bitkilərə işıq axınından tam istifadə etməyə şərait yaradır yüksək gövdəli bitkilərin çətirləri altında kölgəyədavamlı və kölgəsevər bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər. Yarusluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə olunsa da, o qədər aydın görünmür. Burada həm də meşəyə nisbətən az yarus ayrılır, meşədə də bəzən yalnız iki aydın görünən yarus olur. Məsələn, yüksək doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, bəzən isə çətiryarpaq və ya cil ot örtüyü olan ikiyaruslu ağaclıq yaranır. Yaruslar bitkinin assimlyasiya edən və mühitə böyük təsir göstərən əsas kütləsi üzrə ayrılır. Bitki örtüyünün yarusları müxtəlif uzunluqda ola bilər, məsələn, ağac yarusunun hündürlüyü 30-50 metrə qədər, kol yarusu 2-6 m, mamır yarusu isə cəmi bir neçə santimetr təşkil edir. Hər bir yarus müəyyən kompleks şəraitə uyğunlaşır və fitoiqlimin yaranmasında özünəməxsus iştirak edir. Beləliklə, ağac-kol və ot yarusları müxtəlif ekoloji vəziyyətlərdə yerləşir, bu isə bitkilərin fəaliyyətinə və yaruslarda yaşayan (məskunlaşan) heyvanların həyatına təsir göstərir. Fitosenozların torpaqaltı yarusu bitki köklərinin işlədiyi dərinlikdən , kök sisteminin aktiv hissəsinin yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə (altıya qədər) torpaqaltı yarus muşahidə etmək olar.

Heyvanlar əksəriyyət etibarilə bu və ya digər bitki örtüyü yarusunda yerləşir. Onlardan bəziləri ona uyğun yarusdan kənara çıxmır. Məsələn, həşəratlar arasında aşağıdakı qruplar ayrılır: torpaqda məskunlaşanlar – geobiy, yerüstü səth qatında herpetobiy, mamır yarusundakı – briobiy, ot örtüyündəki –fillobiy, bir qədər

yüksəkdə yerləşən, həşəratlar isə aerobiy adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuqkimilər, tetra quşu, tənək quşu və b.), kol yarusunda yuva quranlar (oxuyan qaratoyuqlar, qar quşu, silviya quşu) və ya ağac çətirində yuva quranlar (alacəhrə, payız bülbülü, iri yırtıcılar və b.) ayrılır. Su ekosistemlərində irimiqyaslı şaquli strukturu ilk növbədə xarici faktorlar əmələ gətirir. Pelaqialda

təyinedici faktorlara işıqlanma və temperatur qradiyetləri və biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qruntun müxtəlifliyi, dib qatlarında suyun hidrodinamikası əlavə olunur. Şaquli strukturun xüsusiyyətləri növ tərkibi, dominantlıq edən növün əvəz

olunması, bitkilərin göstəricisi ilə ifadə olunur. Mozaiklik və yarusluq dinamikası – bir mikroqrup digəri ilə əvəz olunur, onların ölçüləri qısalıb, yaxud böyüyə bilər.

Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün fitosenozlar üçün xasdır. Ona görə onların daxilində struktur vahidləri ayırırlar . Bu vahidlərə müxtəlif adlar verilir, məs . mikroqruplar, mikrosenozlar, mikrofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərkibinə, növlərin say nisbətinə, yaşına, sıxlığına, məhsuldarlığına və başqa xassələrinə görə fərqlənirlər. Mozaiklik müxtəlif səbəblərdən – biotopun xüsusiyyətlərindən, mikrorelyefin, torpağın müxtəlifliyindən, mikroiqlimin təsirindən, bitkilərin mühitəmələgətirmə təsirindən və onların bioloji xüsusiyyətlərindən yaranır. O, heyvanların fəaliyyəti (torpağın eşilib çıxarılması və sonradan bitki ilə örtülməsi, qarışqa yuvalarının əmələ gəlməsi , dırnaqlılar tərəfindən səthin topalanması və bitkilərin yeyilməsi (zədələnməsi) və s.) və ya insanın təsiri (meşənin qırılması nəticəsində yeni ağaclığın əmələ gəlməsi, mal-qara otarılması, ocaq qalama və s.), güclü küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. nəticəsində yaranır.



Yüklə 57,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin