«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor


Məişət və sənaye tullantılarının təkrar emalı



Yüklə 0,58 Mb.
səhifə17/50
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#103141
1   ...   13   14   15   16   17   18   19   20   ...   50
Məişət və sənaye tullantılarının təkrar emalı. Ekoloji nöqteyi-nəzərdən məişət və sənaye tullantılarının utilizasiyası öz növbəsində ekoloji problemləri yaradır. Bunlar onunla əlaqədardır ki, məişət tullantılarının tərkibində olan zəhərli maddələrin və mikroorqanizmlərin yeraltı sulara düşərək kilometrlərlə məsafələrə yayılması ətraf mühit üçün çox böyük problemlər yaradır. Həmçinin məişət tullantılarının tərkibində çoxlu lazımlı maddələr də vardır. Bunlar: gübrə üçün yararlı üzvi birləşmələr, kağız və karton, şüşə, plastmas, dəri, oduncaq və metallardır. Ona görə də yeni layihələr işlənilir və məişət tullantıları emal edən xüsusi zavodlar tikilir. Belə zavodlar zibil yandırıcı qurğulara nisbətən həm ətraf mühit üçün, həm də iqtisadiyyat üçün daha təhlükəsiz və faydalıdır. Məişət tullantılarının toplanmasının qarşısının alınmasında şüşə, plastmas su qablarının və polietilen paketlərin əridilərək təkrar emal olunması çox böyük və əhəmiyyətli rol oynayır. Texnikanın daha da müasirləşməsi və inkişafına heç bir şübhə yoxdur. Tullantısız texnoloji proses hazır istehsal məhsullarının və ya onun bir hissəsinin alınmasını tullantısız təmin edir (məsələn, sıyrıntısız metal emalı) və ya müxtəlif istehsal növündə onların təkrarən emalı nəzərdə tutulur.

Müasir istehsalın inkişafı, miqyası və sürəti ilə əlaqədar olaraq, aztullantılı və tullantısız texnologiya problemlərinin işlənməsi və tətbiqi böyük aktuallıq kəsb edir. Bir çox ölkələrdə bu problemin həlli təbii ehtiyatlardan səmərəli istifadədə və ətraf mühitin mühafizəsində strateji istiqamət kimi dəyərləndirilir. Tullantısız texnologiya məhsul istehsalının elə bir metodudur ki, burada bütün xammal və enerji dövrü daxilində səmərəli və kompleks şəklində istifadə olunur. İkinci xammalın təkrar emalı və ətraf mühitə təsiri bu mühitin normal funksiyasına mənfi təsirinin olmaması şərtləri də buraya daxildir. Bu formula mütləq mənada elə başa düşülməməlidir ki, istehsal tullantısız mümkündür. Mütləq tullantısız istehsalı sadəcə olaraq qəbul etmək olmaz. Təbiətdə bu mümkün deyildir. Ancaq buna baxmayaraq, tullantılar təbiət sistemlərinin normal fəaliyyətini pozmamalıdır. Başqa sözlə desək, biz təbiətin pozulmayan vəziyyəti meyarını (ölçüsünü) işləyib hazırlamalıyıq.



Tullantısız texnologiyanın yaradılması, mürəkkəb və uzun çəkən proses olub, onun aralıq mərhələsi aztullantılı istehsal texnologiyasıdır. Aztullantılı texnologiya prosesi dedikdə elə bir istehsal başa düşülməlidir ki, onun nəticəsinin ətraf mühitə təsiri sanitar-gigiyenik normalarına cavabversin. Bu zaman texniki, iqtisadi, təşkilatı səbəblər üzündən xammalın və materialların az bir hissəsi tullantı şəklinə keçir və utilizasiya olunur.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin