Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun 2015-ci IL üçün hesabat I



Yüklə 3,97 Mb.
səhifə5/20
tarix22.03.2020
ölçüsü3,97 Mb.
#102343
1   2   3   4   5   6   7   8   9   ...   20
İnformasiya cəmiyyəti (E-dövlət)

  • E-dövlət quruculuğunun konseptual və arxitektur əsasları tədqiq olunmuş, aktual tədqiqat istiqamətləri müəyyən edilmişdir.

  • İnformasiya cəmiyyətində intellektual mülkiyyət hüquqlarının qorunmasının aktual problemləri kimi plagiatlıq, piratçılıq, virtual vərəsəlik, patentləşdirmə, virtual əmlakın sığortalanması məsələləri araşdırılmışdır. Azərbaycanda intellektual mülkiyyət hüquqlarının qorunmasına dair təkliflər işlənmişdir.

  • Viki-mühitdə informasiya münaqi-şələrində iştirak edən gizli sosial şəbəkələrin aşkarlanması üçün metod və alqoritm işlənmişdir.

  • E-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün yanaşma təklif olunmuşdur.

  • Qeyri-səlis uyğunsuzluq şkalası əsasında əmək bazarında İT-mütəxəssislərə olan tələb və təklifin disbalans dərəcəsinin qiymətləndirilməsi metodu təklif edilmişdir. Disbalans vəziyyətinin qeyri-səlis təsnifatı alqoritmi işlənilmişdir.

  • Qeyri-səlis situasiya analizi və qeyri-səlis obrazların tanınması əsasında mikrosəviyyədə İT-mütəxəssislərə olan tələb və təklifin idarə olunması metodu təklif olunmuşdur.

  • İT-əmək bazarında intellektual idarəetmə sisteminin modeli təklif olunmuş və tranzaksiya modeli işlənmişdir.

  • Zaman faktoru nəzərə alınmaqla qərar qəbul edən şəxsin dəyişən tələblərinə uyğun İT-mütəxəssislərin qiymətləndiril-məsi üçün namizədləri xarakterizə edən kriteriyaların, onları təyin edən faktorların nisbi vaciblik əmsallarının ekspert qiymətləndirilməsini və ziddiyyətin aşkarlanmasını özündə ehtiva edən metod təklif olunmuşdur.

  • E-dövlətdə insan resurslarının formalaşmasına dair mövcud təcrübə araşdırılmış, e-dövlətin inkişaf indeksinin bir komponenti kimi insan resurslarının indikatorları analiz olunmuşdur. İnsan resurslarının formalaşması məsələləri təsnif olunmuş və həlli istiqamətində mövcud problemlər və Azərbaycandakı vəziyyət şərh edilmişdir. 

  • İnsan resurslarının idarə olunması məsələlərində qərarların qəbul edilməsinin ümumiləşdirilmiş konseptual modeli təklif olunmuş, alternativlərin qiymətləndirilməsi üçün modifikasiya edilmiş TOPSIS metodu təklif edilmişdir.

  • Beynəlxalq münasibətlər əsasında ölkələrin inteqrasiya dərəcəsini ölçmək üçün metod təklif edilmişdir.

  • İnformasiya mədəniyyəti kriteriyaları əsasında personalın qiymətləndirilməsi üçün hibrid qeyri-səlis çoxkriteriyalı qərar qəbuletmə modeli təklif edilmişdir. Alternativləri ranqlaşdırmaq üçün qeyri-səlis VİKOR metodunun effektiv modifikasiyası işlənmişdir.

  • Elektron tullantıların qanunvericilik, texniki və texnoloji, iqtisadi, təşkilati və s. idarə edilməsi üzrə Azərbaycan və Avropa İttifaqındakı vəziyyət müqayisəli şəkildə analiz edilmişdir.


  1. Yüklə 3,97 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin