Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild



Yüklə 0,71 Mb.
səhifə7/10
tarix01.01.2022
ölçüsü0,71 Mb.
#105964
1   2   3   4   5   6   7   8   9   10

Rosaceae. Cydonia oblonga Mill. – Adi heyva. Meşə ətrafı kolluqların tərkibində rast gəlinir. Yarpaqlarının dəmlənməsindən mədə xəstəlikləri, çiçəkləri bəd xassəli şişlərə qarşı; meyvələri ürək, nəfəs yolları, astma, vərəm, mədə-bağırsaq traktının xəstəlikləri vaxtı ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.


Rosa canina L. – Adi itburnu. Meşə ətrafı kolluqların tərkibində, yol qıraqlarında rast gəlinir. Meyvələri, çiçəyi və köklərindən xalq təbabətində və praktiki təbabətdə geniş istifadə olunur. Meyvələrində C, B2, P, PP vitaminləri və A provitamini vardır [12]. Onlardan qanazlığı, mədə, qaraciyər, arterisklerioz xəstəliklərinin müalicəsində, həmçinin böyrək xəstəlikləri və avitaminoz vaxtında geniş istifadə edilir. Mədəni sortlarından gül yağı alınır, ətriyyat sənayesində və əczaçılıqda geniş istifadə olunur. Hirkan tipli qarışıq meşələrdə itburnu növləri orta dağ və yuxarı dağ qurşaqlarında xüsusi ilə daha çox yayılmışdır.

Rosa gallica L. – Fransız itburnu. Meşə ətrafı kolluqların tərkibində tək-tək rast gəlinir. Antiseptik, ağrıkəsici, büzüşdürücü xüsusiyyətlərə malikdir; hipertonik xəstəliklər, atreoskeleroz, xora xəstəlikləri, qastrit, dizenteriya, qara ciyər xəstəlikləri vaxtı istifadə edilir.





Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin