AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
_____________________________________________
ATİF İSLAMZADƏ
OĞUZ EPİK ƏNƏNƏSİNDƏ
QAZAN XAN OBRAZININ MİFOLOJİ STRUKTURU
BAKI – 2017
Elmi redaktor: Tofiq İsmayıl oğlu HACIYEV
akademik
Elmi rəyçilər: Muxtar Kazım oğlu İMANOV
akademik
Seyfəddin Gülverdi oğlu RZASOY
filologiya elmləri doktoru
Atif İslam oğlu İslamzadə. Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturu. Bakı, Elm və təhsil, 2017, -238 səh.
Monoqrafiyada oğuz epik ənənəsini əhatə edən epik-tarixi-mifoloji əsərlər əsasında Qazan xan obrazının mifoloji strukturu aşkarlanmış, obrazın oğuz epik sistemində tutduğu yer müəyyən olunmuşdur.
Oğuzşünaslıq və qorqudşünaslıqda ilk dəfə olaraq struktur-semiotik tədqiqat metodunun tətbiqi ilə Qazan xan obrazı haqqında geniş həcmli tədqiqat əsəri elmi-kütləvi ictimaiyyətə təqdim olunur.
folklor.az
Ə 4603000000 Qrifli nəşr
N-098-2017
© Folklor İnstitutu
© A.İslamzadə
REDAKTORDAN
Atif İslam oğlu İslamzadənin “Оğuz еpik ənənəsində Qazan xan оbrazının mifoloji strukturu” monoqrafiyası акtuаl mövzuya həsr olunmuşdur. Belə ki, оğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturunun araşdırmaya cəlb olunması, doğrudан dа, folklorşünaslığın zəruri elmi problemdir. Mövzunun tədqiqat aktuallığının Qazan xan obrazının epik-mifoloji semantem kimi oğuz-türk epik-mifoloji ənənəsinin əsas struktur oxlarından birini təşkil etməsi, “Оğuznamə” eposunun üç əsas obrazından biri olması və zəngin mifoloji semantikası ilə müəyyənləşməsi təkcə oğuz etnik-mədəni sistemi deyil, ümumiyyətlə Azərbaycan- oğuz epik düşüncəsinin bütün inkişaf tarixi ilə təsdiq və təsbit olunur.
Giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olan monoqrafiya kamil elmi quruluşa malikdir. Hər iki fəsildə qoyulan məsələlər, onların həlli yollarının, tətbiq olunmuş yanaşmaların yeniliyi, əsaslandırılmış nəzəri-metodoloji bazanın mükəmməlliyi monoqrafiyanın yeniliyini və elmi sambalını müəyyənləşdirmişdir. Əsas obyektini “Oğuznamə” mətnlərinin təşkil etdiyi araşdırmada “Dədə Qorqud kitabı” ilə yanaşı başqa oğuznamələr də tədqiqata cəlb olunmuşdur. Qazan obrazının “Dədə Qorqud” eposunda inikas olunmuş səciyyəsini əsas götürən müəllif abidədən kənar digər örnəklərdəki bilgiləri də təhll çevrəsinə daxil edərək, Qazan obrazının müəyyən oğuznamələr sistemindəki semantik bütövlüyünün gerçək sərhədlərini bərpa edə bilmişdir. İşdə Qazan xan obrazının örnəyində oğuz-türk mədəniyyətinin düşüncə tərzindən müasir ictimai-ədəbi davranış spesifikasına uyğun şəkildə adaptasiya olunmasını izləmək, qədim tarixi keçmişə malik olan türk xalqlarının, xüsusilə də oğuz türklərinin obraz vasitəsilə epos mədəniyyətinə malik olan bir toplum kimi əski və çağdaş dünyagörüşünü, ictimai-siyasi-sosial təşkilat institutlarını diqqətdə saxlamaq, oğuzların mifoloji baxışlarının vahid kompleks səviyyədə mövcud olduğunu, kosmoqonik və etnoqonik sistemə malik bir mədəniyyət hadisəsi kimi obraz arealında bir daha müəyyənləşdirmək və oğuz epik ənənəsinin şifahi və yazılı örnəklərinin uzunəsrlik bir tarixi prosesdən keçdiyini struktur layları səviyyəsində bərpa edib aşkarlamağı qarşısına əsas məqsəd kimi qoyan A.İ.İslamzadə öncə оğuz epik ənənəsinə və qeyri-oğuz epik ənənəsinə daxil olan əsərlərdə Qazan obrazının məlumat səviyyəsində səciyyələndirilməsi üçün epik, mənqəbəvi əsərləri tədqiqata cəlb etmişdir. Tədqiqatçı daha sonra obrazın struktur səviyyələrinin aşkarlanması üçün tədqiqatda olan mətnləri struktur-semantik təsnifat prinsipinə əsasən öyrənмiş, мövzu, motiv və mifologemləri folklor, sənət, dil və düşüncə səviyyəsində izləmiş, diqqətdə saxladığı ədəbi mətnləri sinxron və diaxron istiqamətdə öz tədqiqatınын baxış bucağına çevirmişdir.
Tədqiqatin elmi məziyyətlərindən biri budur ki, A.İ.İslamzadə tədqiq etdiyi problemin tarixini dərindən öyrənmişdir. Nəzərə almaq lazımdır ki, Qazan xan obrazı oğuz epik ənənəsinin əsas obrazlarından biri olduğu üçün “Dədə Qorqud kitabı” ilə bağlı tədqiqatların əksəriyyətində onun haqqında bəhs edilmişdir. Həmin araşdırmalarda obrazın bədii-poetik səciyyəsi, tarixi-sosial semantikası və s. kimi məsələlərə toxunulmuşdur. Lakin Qazan obrazının mifoloji semantikasından bəhs edən tədqiqatlar çox azdır. Belə ki, оğuz epik ənənəsində Qazan xan obrazının tarixi-müqayisəli və struktur-semantik səviyyələrdə bir obraz kimi tədqiq olunması bir neçə tədqiqat əsəri istisna olmaqla, demək olar ki, əhatəli şəkildə araşdırmalara cəlb olunmamışdır. Bütün bunları problemin real elmi mənzərəsi kimi nəzərə alan tədqiqatçı özünəqədərki araşdırmaların əsas tezislərindən, fundamental elmi nəticələrindən uğurla istifadə etmişdir. Qeyd olunmalıdır ki, A.İ.İslamzadənin tədqiqatda əldə etdiyi nailiyyətlər yeni və orijinaldır. Bu cəhətdən monoqrafiyada bir sıra elmi yenilklər əldə olunmuşdur. Belə ki, tədqiqatda Qazan xan obrazının mifoloji strukturu oğuz mifoloji dünya modelinin üzvü struktur ünsürü olaraq araşdırılmış, оbrazın epik-mifoloji səciyyəsi aşkarlanmış, ritual-mifoloji semantikası aydınlaşdırılmış, Qazan xanın bir obraz kimi yalnız bədii təcəssümün ifadəsi olması inkar olunmuş, həm bədii-epik, həm mifoloji, həmçinin tarixi bilgilərin informator təfəkkürünün süzgəcindən keçib müxtəlif laylar səviyyəsində struktur təşkil etməsi bərpa olunmuş, оbrazın oğuz epik ənənəsində folklorlaşmasının epik-bədii və tarixi-ictimai səbəbləri funksional səviyyədə öyrənilmişdir.
Tədqiqatda əsas etibarilə struktur-semiotik və tarixi-müqayisəli metodlar tətbiq olunmuşdur. Müəllif türk alimlərindən O.Ş.Gökyay, Z.Göyalp , Ə.Cəfəroğlu, M.Ergin, Ə.B.Ərcilasun, F.M.Kırzıoğlu, B.Ögəl, F.Sümər, Z.V.Toğan və başqalarının, rus alimlərindən V.V.Bartold, A.Y.Yakubovski, V.M.Jirmunski, V.N.Basilov və başqalarının, Azərbaycan alimlərindən Ə.Abid, H.Araslı, M.Təhmasib, M.Seyidov, X.Koroğlu, T.Hacıyev, N.Cəfərov, Ş.Cəmşidov, P.Xəlilov, K.Abdulla, R.Bədəlov, A.Rzayev, B.Abdulla, F.Bayat, K.Əliyev, C.Bəydili, M.Kazımoğlu, R.Əliyev, S.Rzasoy, R.Kamal, Ə.Əsgər, A.Xəlil və baş
Dostları ilə paylaş: |