Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə129/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   125   126   127   128   129   130   131   132   ...   300
VII mətn

Qaralar kəndində Qəmbər oluf, hamı ona əmi deyirmiş, Nəbi də əmi deyirmiş. Yük daşımağa qatır davamlı olur da. Qəmbər Mazandaran ulağı alıf atla cütləşdirif qatır cinsi törədib. Yaz vaxdı dağların qarı əriyəndə çaylar daşır. Onda Qəmbər əmi gedərmiş daş­dıx yerlərə əlavə daş düzərmiş, çay daşdıxcan ora torpax olur­muş. Oranı əkin yeri salırmış. Belə-belə mülk sahibi oluf. Kəndin ən addı-sannı adamı oluf, Nəbinin də qonaxçısı oluf.

Qəmbər əminin Qapışıtdıdan Allahverdi, İrannan Niftılla addı nökərləri oluf. Olar sora 41-45-in müharibəsinə getdilər. Mühari­bə­də Niftılla Allahverdiyə deyir ki, Nəbinin qızılın əlimnən basdırmı­şam. Bırdan salamat qayıtsax, çıxardax verək Qəmbərin nəvəsinə, bizə də bir şey versin. Allahverdi kişi salamat qayıdıb gəlmişdi, bu söhbəti o eliyirdi, amma Niftılla orda ölmüşdü. Nə qədər deyir, yalvardım ki, de da harda basdırmısan? Dedi, dədəm qurban, yeddi arxa dönənin boynuna babalım bı sirr ağzınnan çıxsa. Qızılın yerin demiyif. Müharibədən qayıdıf gələnnən sora Qəmbərin evinin arxasında dərədən, maşın getmiyən yerdən o (Allahverdi – top.) daş topladı. Heş daşımadı da. Heş demə, onu axtarırmış.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin