Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə133/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   129   130   131   132   133   134   135   136   ...   300
VII mətn

Eşşək gavı deyilən yer var. Bunnar (Əylanlı qaçaqları – top.) atışa-atışa gəlif giriflər həmin tövlələrə. Orda dövlət tərəfinnən buların bir dosdu oluf. O gəlif deyir, ə, Əlyannı sən ölü deyirəm (bizdə sən öl deyəndə ikinci söhbət olmazdı), arxayın olun, sizi ələ vermiyəjeyih. Kömək eliyif sizi azad eliyəjeyih. Sən öl sözünə görə atışmanı dayandırıllar, çıxıllar qənşərə, buları aparıllar.


VIII mətn

Əlyannı qaçaxları o qədər işlər törədif ki, Bağırov bunnarı öz kəntdərinnən didərgin salıf. Bunnara xəbər verillər ki, Bağırov gəlir Ağdam tərəfə, ordan da Laçına gedəjəh. Bərdədə Əlyannı kəndi var. Həmin kəndin yerində o qaçaxlar Bağırovun maşınını sax­lat­dırır. Bağırova deyillər ki, ya bizim hamımızı güllələt, ya da biz bir yerdə yerrəşməliyik. Bizə azaddıx ver. Bağırov da ətrafa baxır. Deyir ki, orda çox işlər görmüsünüz, qayıtsanız ordan qan qutar­mı­yajax. Amma bax bu durduğunuz yer sizə yaşayış yeridi. Burda kəndinizi tikin, yaşıyın. Bərdənin Əlyannı kəndini Qubadlının Əlyannı kəndinnən gələnnər salıf. Oların da içində Sarı qaçağ oluf. Bağırov deyif ki, Sarı qaçağa deyin gəlsin yanıma, onu görmək isdiyirəm. Görünür, Sarı qaçax da qoçax adammış ki, Bağırov onu çağırır yanına. Sarı qaçax gedir Bağırovun qəbuluna. Silahını təhvil verir. Arxayın olullar ki, bunun üsdündə əlavə silah yoxdu, onu bura­xıllar içəri. Bu da paltarının altında balaca bir silah keçirir içəri.



Nəysə, Bağırov deyir, buraxın gəlsin. Buna da gəlməmişdən qabax demişlər ki, Bağırov eynəyinin altından baxsa, bil ki səni gülləliyəjəh. Bağırov bununnan görüşür, söhbət eliyir. Deyif ki, bilsəydim ki, sənin rəngin bu qədər qırmızıdı, səni bağışdamazdım. Ə, yekə kişisən, kişidə bu qədər qırmızı üz olmaz. Deyir ki, yoldaş Bağırov, bağışdamazdın, mən də səni bağışdamazdım. Deyif, sən məni nətər bağışdamazdın? Balaca silahı çıxarıf verir. Deyif, sənin yanına silahlı gəlmişdim. Deyif, elə deyilmiş kimi varsan, get, amma o işlərdən qutar. O da qayıdır səhv eləmirəmsə Bərdənin Əlyannı kəndində yaşıyır.
IX mətn

Bir günnəri Soltan bəy sifariş göndərir ki, Qəbil, dur dəs­dən­nən gəl bura, böyük ziyafət təşkil eləmişəm, o ziyafətdə iştirak elə. Mər­dannı kəndinnən Umud addı bir kişi varmış, çox atan imiş. Bir dəsdə də Umud yığır başına, gedir. Umud çox usda adam olur. Deyir ki, ay uşaxlar, bəy tayfasını bilmək olmur nətərdi. Sultan bəy doğ­ru­du, biznən yaxşıdı, ola bilər heş xəbərimiz yoxdu, şeytan-şuğul or­taya düşər bizdən bəd xəbərrər deyər ona. Dəsdəni yeddi-səkgiz yerə bölür. Deyir ki, iyirmi nəfər bu dərədə durajeh, iyirmi nəfər orda du­rajeh, mən işarə verəndə hərəmiz bir tərəfdən güllə yağdı­rarsınız.

Gedillər düşüllər. Soltan bəy deyir ki, Qəbil, icazə ver şənnik eliyək. Qəbil deyir, nə iş eliyək? Deyir ki, Qəbil, səni atıcı deyillər. Mən atajam, sən də. Qəbil deyir, yox, bəy. Mənim ağsakqalım olan yerdə mən güllə atmaram. Mənim ağsakqalım güllə atanda bilərsiz ki, mən nətər güllə atıram. Umudnan at. Soltan bəy neçə güllə atırsa hamısı boşa çıxır. Belə baxır-baxır, çox pərt olur. Mürsəl kişi vardı. Soltan bəyin zülmündən qaçıb gəlmişdi, o danışırdı. Umud kişi deyir ki, bəy, olmaz ki, tüfəng atmıyax? Sən cavansan, mənim oğlum ya­şındasan. Atdın, nolar boşa gedib, adamın hər cürə iş başına gələr. Ondan pərt olmaginən. Bu dəsdə sənin sorağınnan gəlib. Hamısı da sənin xasiyyətini bilir, hamısının da sənə hörməti var. Sən bu əra­zinin bəyisən, mən də bu dəsdənin bir üzvüyəm, bir kəndin yox, bir elin ağsakqalıyam. Gəl heç məni nitqinə gətirmə, xayiş eləmə. Deyir, yox, ateysən. Məsələn, paltar qoyullar, onu at. Deyir, o mənim işim de­yil. Nəyə atax, nəyə atax? Axırda gəlif yenir spişkanın karopka­sına. Deyir, onu atax. Deyir, yox, o da mənim işim deyil. Spişkanın dənəsin kötüyün üsdünə qoy, mən ona atajam. Mən güllə atajam, gül­­ləm boşa getdi, getdi. Yox, dəydi, sən hirsdənən adamsan, hirs­dən­mə. Umud kişi dalbadal beşatılannan neçəsini atırsa, hamısı gedir dənəni tulluyur. Deyilənə görə, bəy çox hirsdənir. Umud kişi baxır ki, bəy hirsdənib, Qəbilə göz vurur. Qəbil deyir, bəy, bilirsən nə var? Deyir, nə var? Bəy də yaxşı ziyafət təşkil eliyib, heyvan-zad kəsib. Deyir ki, yemək hazır olana qədər Qarakeşişdə filankəsnən dosdam, o ağır xəsdədi, gedim ona dəyim qayıdım. – Ə, çörək hazır olur, hara ge­dirsən? Deyir, yox ey, sən öl, atdan düşmeyjəm, dəyib qayıdajam. Bəy də sən ölə aciz imiş. Qəbil bunu orda qoyur, gəlir Həkəri çayına, addıyır İrana sarı. Bəy bir vaxdı duyux düşüb ki, Qəbilin dəsdəsi ke­çib İrana. Sifariş göndərir ki, Qəbil, mən Soltan bəy idim. Heyvanat aləmində, üzr isdiyirəm, tülküdən sayığı yoxdu. Mən tülküdən sayığ idim, amma sən mənnən də sayığ oldun. İndi oldun mənnən ömürrük qardaş. Mən belə bir adam axtarırdım.
X mətn

Bağırov başının dəsdəsiynən gəlir Dəvədərəyə. Bu gəlir ki, qa­çaqları qırsın. Bulara da rəhbərlik eliyən Keçəl Əziz olur. Gə­lən­də Keçəl Əziz Mircəfər Bağırovun müavinini vurur, dəsdəni gö­türüf aradan çıxır. Bağırov bərk hirsdənir, deyir bir halda ki belədi, buların yumurtadan çıxanının hamısını qırajam. Əlyannılar da cəld cama­hatdı da. Bunun dəsdəsinnən birin də atın vurullar. Eşidir ki, xən­dəkdə Alı kişidə saz at var. O vaxdı haja atnan gedirmişdər. Üç ay atı qapıda bağlıyıb bəsliyirdilər. Bu atı da Alı kişi bəsdiyir ki, haca getsin. Eşidir ki, Alı kişidə bir at var. Adam göndərir ki, Alı, gəl bura. Gedir xoşgəldin eliyir. Deyir, Alı, eşit­mi­şəm səndə bir at var. Deyir, var. Deyir, o atı verərsən mənə. Deyir, yoldaş Bağırov, sən seyidsən, mən bu atı bəsdəmişəm ki, haj ziyaratına gedəm. İndi zəv­var gedəndə mən nəyə minib gedəjəm? Axı ora hər at gedib çıxmır. Deyir ki, mənim sözümə atkaz eliyir­sən? Deyir, atkaz elə­mirəm ey. Sən seyidsən, haja etiqadın olsun. Mən bu atı bəsdə­mişəm ki, haja gedim. Bu işarə verir ki, bunu götürün. Məzməzək kəndinnən Hü­seyin kişi olub. O da Laçında ispalkommuş. Eşidib ki, belə bir vəz­yət olub, o da gəlib bu haya, Bağırovnan görüşüb. Bağırov Hüseyini çox yaxşı tanıyır. Deyir, Hüseyin, bu Alı atı maa vermədi, aparıb onu gülləliyəjəm. Hüseyin bərk gülür. Deyir, niyə güldün? Deyir ki, yoldaş Bağırov, hay düşəjək ki, Mircəfər Bağırov Bakıdan gəldi bir muzduru güllələdi. Nəyin üsdündə? Vermir vermir da. O haja gedir. Hüseyin kişinin hesabına Alını öldürmür, çıxır gedir.
XI mətn

Bağırov partizanları kəntdə qoyuf özü tək gedifdi Əlyannıya, silah-zad götürmüyüfdü. Gedif Başarat meşəsinə. Orda qoz ağacı var, dibinnən gözəl bulaxlar çıxır. Bulağın yanıynan gedəndə bir kişi buna ürcah olur. Deyir ki, ay oğul, nə axtarırsan belə? Deyir, əmi, sənnən bir söz soruşajam. De görüm Qabil harda olar? Deyir, oğul, neynirsən onu? Sən Mircəfər döyülsən ki? Kişi tanıyır o saatı. Deyir, hə, Mircəfər Bağırovam. Deyir, bala, saa qurban olum, heyif­sən, səni vurar, çıx getginən, neynirsən onu? Deyir ki, yox ey, mə­nim onnan işim var. Silahım yox, bir şeyim yox. Amma maa la­zım­dı, mən onnan görüşmək isdiyirəm. Kişiyə and verir, axır ki, kişi gedir. Deyir, onda burda durginən, gedim deyim ki, filankəs gəlib, səni görmək isdiyir. Bağırov özü qalıf orda. Bu kişi gedib Qabilin dəsdəsini tapıb. Qabil dəsdəsini qoyub özü tək gəlib. Bağı­rov deyib ki, burda nə qədər qaçax varsa, hamısına zamin dururam, heç kimi tutmuyajaxlar. Sənin özünə də zamin dururam ki, səni naçalnik mi­lis­ya qoyam. Adamlarının hamısını çağırır. Çörək də gə­tirillər. Çö­rək Qurannan qabax gəlif. Bizdə and içəndə çörəyə and içillər. Çö­rəyi düzüllər. Bağırov çörək kəsir, Qabil kəsmir. De­yir, niyə yemir­sən? Deyir ki, mən sənnən çörək kəssəm gərək sənin dediklərinə əməl eliyəm. Ona görə mən yemi­rəm çörək. Deyir, mənnən nə isdi­yirsən? Bu adamlar yazıxdı, ayləsi-uşağı var, yığmı­san meşəyə. Hö­kumətnən hökumətdik eləmi­yəssiz ki. Qabil deyif, onda sənnən bir xayiş eliyirəm. Bu adamların hamı­sını bura­xı­ram, sənin yanında da bulara təklif eliyəjəm çıxsınnar getsinnər öz evlərinə. Amma ma­na icazə verginən mən çıxıb gedim burdan. Mən sovet höku­mətinə tabe olmuyajam. Bağırov çox aşağı-yuxarı baxannan sora deyif ki, mən saa kömək eliyərəm. Qabilnən gedən üç nəfər olub. Bağırov onnarı Zəngilanın Ağ yazısınnan yola salır, çıxıf gedillər.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin